Qarpız şirəsi orqanizmi ziyanlı maddələrdən çox yaxşı təmiləzyir, sidikqovucu təsir edir, arıqlamağa kömək edir.
Yayda orqanizmi təmizləmək, cavanlaşdırmaq və daha sağlam etmək üçün bu effektli detoks reseptlərdən istifadə edin:
1. Qarpız şirəsi çəkilir, 1 çimdik darçın əlavə olunur, qarışdırılır və gündə 3 dəfə 1/2 stəkan olmaqla içilir. Şirəni qəbul etdikdən bilavasitə əvvəl çəkin.
2. Qarpız şirəsi alma şirəsi ilə yarıbayarı qarışdırılır və gün ərzində 3 dəfə 1/2 stəkan olmaqla içilir.
3. Qarpız şirəsi çəkilir, 1 çimdik zəncəfil, 1 ç.q. limon şirəsi əlavə olunur, qarışdırılır, gündə 3 dəfə stəkanın 1/2 hissəsi olmaqla içilir.