• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ürəyin zəif olub-olmadığını necə müəyyən etmək olar? - Cərrah açıqladı
Bədəndə zülal çatışmazlığını göstərən 5 əlamət
ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?
Az yuxu yatanlar daha çox infarkt və insult keçirir?
Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi
Miqrant qalmaqalının pərdəarxası: Niyə İspaniyanın Afrikada torpaqları var?
Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
Şişkinlikdən çənə ağrısına qədər: Ürək problemlərinin 6 ilkin əlaməti
Pezeşkianın istefası ilə bağlı açıqlama: Dərhal Xameneidən üzr istənilməlidir
Azərbaycan da mövqeyini dəyişəcək - Çepa
Dişlərinizi yeməkdən dərhal sonra fırçalamayın
ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır
Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - Rəsmi
Qaragilənin az bilinən faydaları
Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
Zelenski Azərbaycana təşəkkür etdi
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Urnayr

Bioqrafiya

19-07-2023, 09:18

Urnayr


Sələfi I Vaçe
Xələfi II Vaçaqan
Şəxsi məlumatlar
Sülalə Alban Arşakiləri
Atası I Vaçe
Həyat yoldaşı Asay (II Şapurun bacısı)
Uşaqları II Vaçaqan

Urnayr — Qafqaz Albaniyasında çar. Alban arşaki hökmdarı. 313-cü ildə Urnayr xristianlığı dövlət dini elan etdi. Mənşəcə Arşakilərdən olan Urnayrın (və onun varislərinin) xristianlığı qəbul etmələri, onların daxili inamları və ya xristianlığa olan meyillərindən daha çox siyasi mülahizələrlə bağlı idi. Monoteist din olan xristianlığın köməyilə Urnayr çoxmillətli alban dövlətini yaratdı.

Həyatı
Hökmdar Urnayrın adı ilk dəfə 314-cü ildə çəkilir. Belə ki, o, Albaniya ərazisində yaşayan tayfaları uzaqgörənliklə birləşdirmək qərarına gəlmiş, bu yolda əsas vasitənin din olmasını anlamışdır. Nəticədə o, 314-cü ildə xristianlığı Albaniyanın dövlət dini elan etmişdir. Təkallahlığı qəbul etməklə o, tayfalarda olan 16 bütləri məhv edir və tayfaları vahid din ətrafında birləşdirirdi. Xristianlığın qəbul edilməsi, həmçinin quldarlıq quruluşunun yeni, feodalizm quruluşu ilə əvəzlənməsi prosesi Albaniyanı daim tabe etməyə çalışan və İran feodalları tərəfindən idarə olunan Sasani dövləti ilə, həmçinin Şərqi Roma (sonralar Bizans) dövləti ilə mübarizə şəraitində baş verirdi. Xristianlığı Fələstin missionerlərindən (yəni xristianlığın mənbəyindən) qəbul etməsi isə müstəqil alban kilsəsi yaratmağa, Roma xristian rəhbərlərindən asılı olmamağa imkan verirdi. Eyni zamanda, Sasani hökmdarları da alban əhalisinə təsir imkanlarını itirirdilər. Beləliklə, Urnayrın addımı Albaniyanın vahidliyini və müstəqilliyini təmin edən addım kimi qiymətləndirilməlidir. Qafqazda ilk xristian dövlətlərindən olan Albaniya özü xristianlığı digər Qafqaz xalqları arasında yaymağa başlayır. Buradan missionerlər Qafqaz dağları və Xəzərsahili çöllərə yollanır, Qafqaz dağlarından şimalda təkallahlılığı yayırlar. Məhz alban missionerlərinin sayəsində xristianlıq regionda aparıcı dinə çevrilir, vacib siyasi amilə dönür. Nəticədə alban hökmdarı Şimali Qafqaz və Volqaboyu əhalisinə təsir etmək imkanı qazanır və bu imkandan istifadə edir. Urnayrın regionda artmış qüdrətini görən Sasani hökmdarı II Şapur onunla qohum olmaq istədiyini bildirir və razılıq alır. II Şapurun bacısı ilə evlənən Urnayr qərbdən gələn yeni təhlükənin qarşısını almağa çalışır. Belə ki, Roma qoşunları əlaltıları olan ermənilərlə Albaniyanı zəbt etmək fikirlərindən dönməmişdilər.

Haşiyə çıxaraq qeyd etmək lazımdır ki, romalıların Albaniyaya ilk yürüşü e.ə. 66-cı ildə baş vermişdir. O vaxtdan bəri romalılar mütəmadi olaraq Albaniya üzərinə yürüşlər etmiş, lakin güclü müqavimətlə üzləşmişlər. Dünyanın ən qüdrətli dövləti sayılan Roma imperiyası bütün səylərinə baxmayaraq Albaniyanı zəbt edə bilməmişdir. 359-cu ildə Roma-erməni qoşunu yürüşə hazırlaşdığı dövrdə Urnayr II Şapurla görüşüb düşmənin hücumunu gözləməməyin, əksinə, hücum edib onu öz torpaqlarındaca məğlub etməyin vacibliyini sübut edir. Birləşmiş alban-Sasani ordusu Suriya istiqamətində yürüş edir və Amida şəhəri yaxınlığındakı döyüşdə düşmənlərinin belini sındırır. Bu dövr mənbələrində Urnayr haqqında belə yazılmışdır:

"Urnayr, şərəfli döyüşçü, öz şanlı adını o, böyük müharibələrdə qazanmış, Ermənistanın daxilində öz zəfər bayrağını sancmışdır".

Qələbədən sonra vətənə qayıdan Urnayr ölkədə quruculuq işləri ilə məşğul olmuşdur. O, xristianlığı yaymaq üçün xüsusi qanunlar qəbul etmiş, dini məktəblər açmışdır. Torpaqların bir qismini kilsə torpaqları adlandırmışdır ki, onlardan gələn gəlir kilsənin xərclərini ödəsin. Bununla belə, dədə-baba dinlərindən imtina etməyənlərə qarşı o, yumşaq münasibət göstərmiş, heç bir cəza tədbirləri həyata keçirməmişdir. Nəticədə artıq IV əsrin ortalarında xristianlıq Albaniyada əsl dövlət dini olmuşdur. Bu, Sasani hökmdarının xoşuna gəlməsə də, Urnayr kimi güclü müttəfiqi itirmək istəməyən II Şapur bu tədbirlərə göz yummağı üstün tutmuşdur.

371-ci ildə Roma qoşunları yeni, daha güclü bir yürüşə başlayır. Alban-Sasani ordusu onları qarşılayır, lakin Dzirav yaxınlığında baş verən döyüşdə məğlub edilir. Urnayr bu döyüşdə ağır yaralanır və mühafizəçilərinin köməyi ilə vətəninə çatdırılır. Lakin romalılar da böyük itkilər vermişdilər. Nəticədə Roma–Sasani danışıqları başlayır. 387-ci ildə imzalanan müqaviləyə əsasən, Ermənistan dövlətinin adı dünyanın siyasi xəritəsindən silinir. Van gölü ətrafında olan torpaqlar Roma ilə sasanilər arasında bölünür.

Antroponimlər
Azərbaycanlı tədqiqatçılar türkcə "urun", "yaraşan", "uyğun gələn", "münasib olan" və ər "igid", "döyüşçü", "kişi" sözlərindən Urnayr adının qədim ermənicədəki "ayr" hissəsi həmin dildəki ayr "kişi" sözünü uyğunlaşdırmışdır). Erməni tədqiqatçıları ayr sözünü erməni sözü hesab edir və iranmənşəli Ari (qədim farsların ulu əcdadlarının adı) sözü ilə əlaqələndirirlər. Qiyasəddin Qeybullayevin iddiasına əsasən isə erməni dilində ayr "kişi" sözü qədim türk dillərindən, ehtimal ki, qonşu albanlardan mənimsənilmiş "ər" sözüdür. Onun iddiasına əsasən, bu çarın əsl adı Urunər olmuşdur.

Oxunub: 2 188
Paylaş:
Digər xəbərlər

Xəbərlər

16-01-2022, 18:04

Tramp ELAN ETDİ: 2024-cü ildə...

Xəbərlər

26-04-2021, 08:08

Azərbaycanda DAHA BİR QADAĞA – QƏRAR QƏBUL EDİLDİ

Bioqrafiya

25-02-2021, 13:40

Alban hökmdarı Cavanşir

Xəbərlər

4-04-2019, 17:18

Maduro orduda həyəcan elan etdi

Manşet / Araşdırma

15-08-2018, 10:18

Azərbaycanda Xristianlıq - Araşdırma

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ürəyin zəif olub-olmadığını necə müəyyən etmək olar? - Cərrah açıqladı
Bədəndə zülal çatışmazlığını göstərən 5 əlamət
ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?
Az yuxu yatanlar daha çox infarkt və insult keçirir?
Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi
Son xəbərlər
  • Bu gün, 15:01
    Ürəyin zəif olub-olmadığını necə müəyyən etmək olar? - Cərrah açıqladı
  • Bu gün, 12:57
    Bədəndə zülal çatışmazlığını göstərən 5 əlamət
  • Bu gün, 10:42
    ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?
  • Bu gün, 09:06
    Az yuxu yatanlar daha çox infarkt və insult keçirir?
  • Dünən, 21:10
    Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
  • Dünən, 20:25
    “Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi
  • Dünən, 19:32
    Miqrant qalmaqalının pərdəarxası: Niyə İspaniyanın Afrikada torpaqları var?
  • Dünən, 18:46
    Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
  • Dünən, 17:26
    8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
  • Dünən, 16:10
    İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
  • Dünən, 15:37
    Şişkinlikdən çənə ağrısına qədər: Ürək problemlərinin 6 ilkin əlaməti
  • Dünən, 14:44
    Pezeşkianın istefası ilə bağlı açıqlama: Dərhal Xameneidən üzr istənilməlidir
  • Dünən, 13:19
    Azərbaycan da mövqeyini dəyişəcək - Çepa
  • Dünən, 12:21
    Dişlərinizi yeməkdən dərhal sonra fırçalamayın
  • Dünən, 11:33
    ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır
  • Dünən, 10:22
    Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - Rəsmi
  • Dünən, 09:00
    Qaragilənin az bilinən faydaları
  • 6-08-2026, 22:22
    Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
  • 6-08-2026, 21:34
    Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
  • 6-08-2026, 20:57
    Zelenski Azərbaycana təşəkkür etdi
  • 6-08-2026, 19:35
    İspanlar Mərakeşi ittiham edir: Miqrantlarla hökumətə təzyiq göstərir
  • 6-08-2026, 18:17
    Dırnaqlardakı bu xətlər ürək problemlərini göstərə bilər
  • 6-08-2026, 17:10
    Rusiya qalib gələrsə, Putin xalqa görün nə paylayacaq
  • 6-08-2026, 16:03
    Bakıdan tarixi müdaxilə: Netanyahu son anda dayandı – Prosesin gizlinləri
  • 6-08-2026, 15:44
    Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
  • 6-08-2026, 14:26
    NATO-dan iki postsovet ölkəsinə pis xəbər – Gözlənilən olmadı
  • 6-08-2026, 13:48
    Paşinyan bu 6 nəfəri öz tərəfinə çəkir – Bakı hansı qərarı verəcək?
  • 6-08-2026, 12:33
    Sümükləri möhkəmləndirən qidalar
  • 6-08-2026, 11:39
    Bakıda yağış yağacaq - Bu tarixdə
  • 6-08-2026, 10:41
    Şimali Koreya Rusiyaya 120 ballistik raket yerləşdirib - Ukraynanı vuracaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə