Azərbaycan dünyanın ən qədim ölkələrindən biridir. Dünyada mövcud olan 11 iqlim qurşağından 9-u burada var. Bu ölkə öz coğrafi mövqeyinə və yaşayış üçün çox əlverişli təbii şəraitinə görə tarix boyu müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu bir məkan olmuşdur. Azərbaycan xalqı həmişə mənəvi dəyərləri yüksək qiymətləndirmiş və ruhaniliyə can atmışdır. Bu xalqın ürəyində daima Allah qorxusu olmuşdur. Buna görə də sayı 40 milyondan çox olan sülhsevər Azərbaycan xalqı dinindən, millətindən asılı olmayaraq, bütün bəşər xalqlarına sevgi və hörmətlə yanaşır.
Azərbaycanda məsihçılık (xristianlıq) Xristianlıq (yun. Χριστός —ərəb Məsihi- məsh olunmuş) İsa Məsihin Əhdi-Cədid dini kitabında əksini tapmış həyatının təsvirinə və baxışlarına əsaslanan monoteist dünya dini. Digər adları: məsihçilik, məsihilik, nəsraniyyət, tərsa. Azərbaycan məsih təliminin yayıldığı ilk ölkələrdən biridir. Azərbaycanın şimal hissəsi – Albaniya ərazisi hələ eramızın I əsrinin ikinci yarısında məsihçiliyin ilk təbliğçilərinin fəaliyyət göstərdiyi məkan olmuşdur. Burada ilk məsihçi icmaları həzrəti-İsanın həvariləri olmuş Faddey (Taday) və Varfolomey (Bar-Tolmay) tərəfindən yaradılmışdır. Onlardan sonra Faddeyin şagirdi Yelisey Albaniyada fəaliyyət göstərmişdir. Məhz onun səyləri nəticəsində məsihçilik Albaniyanın bütün ərazisinə yayılır.
Onun barəsində tarixçi Musa Kolanqatlı belə məlumat verir:
‘Yelisey Yerusəlimdən İrana gəldi… Sonra Uti vilayətinə keçdi… Müqəddəs Patriarx Gisə (indiki Şəki r-nun Kiş kəndi) gəldi, burada kilsənin əsasını qoydu və təmiz, qansız qurbanlar verdi. Bura bizim Şərq əhalisinin ilk kilsələrinin, paytaxt şəhərlərinin salındığı, məsihçiliyin ilk dəfə yayıldığı yerlərdir. Həvari Faddeyin şagirdlərindən biri olan Yelisey Yerusəlimin birinci patriarxı Yəqubun xeyir-duası ilə yeni dini təbliğ edə-edə Aqvan diyarına gəlib çıxmış və Kiş adlı yerdə kilsə tikmişdir. Bu kilsə Ermənistandakı birinci xristian kilsəsindən qabaq tikilmişdir. Sonra Yelisey Çolaya (Dərbəndə) yollanmış, daha sonra isə Samur çayını keçib dinin təbliğini davam etdirmiş, Helmes kəndində bütpərəstlər tərəfindən öldürülərək bir çalaya atılmışdır. Sonralar Alban məliki Vaçaqanın göstərişi ilə Yeliseyin cəsədinin qalıqları Xruq kəndində torpağa tapşırılmış, çalanın üzərində isə kiçik bir məbəd tikilmişdir. Albaniyada geniş yayılan məsihçilik çox keçmir ki, ölkənin rəsmi dininə çevrilir: 313-cü ildə alban hökmdarı Urnayr məsihçiliyi Albaniyanın dövlət dini elan edir. Bundan sonra Albaniyada Məsih təliminin yayılması işi dövlət səviyyəsində aparılır. Albaniyanın məşhur hökmdarı Cavanşir (616-680) özü məsihçi idi və məsihçiliyə himayədarlıq edirdi. Bu dövrdə Müqəddəs Kitab (Bibliya) və digər ilahiyyat ədəbiyyatı siryani və yunan dillərindən alban dilinə tərcümə olunur. Alban kilsəsi görkəmli ilahiyyatçılar məktəbi də yetişdirmişdir. Dövrünün məşhur ilahiyyatçısı Yaqub əl-Bərdəi Albaniyanın dini mərkəzi olan Bərdədə fəaliyyət göstərirdi. 313-cü ildə Alban hökmdarı Urnayr xristianlığı dövlət dini elan edir. Bu vaxtdan etibarən Azərbaycanda xristianlığın yayılmasının qrekofil dövrü adlanan yeni dövrü başlanır. Urnayr, II Vaçe və III Vaçaqan ölkədə xristianlığı yaymaq işini aparmışlar. IV-V əsrlərdə ruhanilik və kilsə iyerarxiyası təşəkkül tapır. Bölgədə kilsələr tikilir, dini kitablar siryani, arami və yunan dillərindən Alban dilinə tərcümə edilirdi. Sinayda aşkar edilmiş "Alban yazısında və Alban dilində" leksionari dünyada xristianlığın ən qədim kütləvi qiraət kitablarından sayılır.
Alban kilsəsi dövlət kilsəsinə çevrilən dövrdən sonra kilsə daxilində İsa Məsihin insan təbiətinə malik olub-olmaması barəsində monofizit (bir təbiətli) və diofizit (iki təbiətli) təlimləri arasında fikir ayrılığı başlayır. Bu ziddiyət iki axında gedir: monofizit təlim və diofizit təlim. 451-ci ildə Xalkidon kilsə toplantısında Albaniya monofizitliyə üstünlük verir. V-VI əsrlərdə ölkə əpazisində monofizitlərlə diofizitlər arasında mübarizə güclənir. VI əsrin sonu - VII əsrin əvvəllərində Alban kilsəsi diofizitliyi qəbul edir. VIII əsrdə ərəblər Albaniyanı işğal edən zaman Qafqazın Bizansla əlaqəsini kəsmək üçün monofizit təliminin yayılmasına şərait yaratdlar. Bu dövrdən etibarən monofizitlik alban kilsəsinin rəsmi təliminə çevrilir. Әrəb istilasından sonra Azərbaycandan məsihçilik tədricən öz yerini islama verir. Ancaq bu proses ləng gedirdi. İlk dövrdə islamı dini vergidən azad olmaq istəyən alban əyanları qəbul edirdilər. İslam yayılsa da, burada XIII əsrə qədər məsihçiliyin geniş nüfuzu olan bölgələr mövcud olmuşdur. XIII əsrin ortalarında Qanzasar məbədi (Gəncədə yerləşir) alban kilsəsinin mərkəzinə çevrilir. Bu məbədə Həsən-Cəlal nəslinin nümayəndələri başçılıq edirdilər. Bu dövrdə Qanzasar Arsax knyazlığının dini-siyasi mərkəzi rolunu oynayırdı. XIII əsrin ortalarında monqolların Yaxın və Orta Şərqə hücumu ilə əlaqədar bu regionda məsihçiliyin nüfuzu güclənir. Azərbaycanda da xalq geniş şəkildə Məsih təlimi ilə tanış olur. Burada müəyyən dərəcədə dini dözümlülük XIV əsrin 2-ci yarısına kimi – Teymurləngin yürüşlərinə qədər davam edir. Bu dövrdə Məsih təlimi islam fəlsəfəsinə, xüsusilə sufiliyə öz güclü təsirini göstərmişdir. Bir çox Azərbaycan şairlərinin yaradıcılığında məsihçiliklə və İncillə bağlı motivlər mühüm yer tutur. Anası məsihçi olan şair Əfzələddin Xəqaninin (1126-1199) Məsih təlimi ilə yaxından tanışlığı vardı. XVI əsrdə Səfəvilərin hakimiyyətə gəlməsi ilə əlaqədar olaraq Avropa Osmanlı imperiyasının rəqibi olan İranla əlaqələrini genişləndirir. Səfəvilər məsihçiliyə dözümlülük nümayiş etdirir, İranda kilsələrin tikilməsinə yardım edirdilər. Bu sülalənin əsasını qoyan I İsmayılın (Şah İsmayıl Xətai, 1487-1524) ana nənəsi Trabzon imperatorunun qızı Dəspinə xatun (Marta) məsihçi idi. Səfəvi şahı I Abbasın (1571-1629) dövründə ilk dəfə bir neçə nəfər azərbaycanlı məsihçiliyi qəbul edir. Şah Abbas danışıqlar aparmaq üçün Avropa ölkələrinə səfir Hüseynəli bəy başda olmaqla bir nümayəndə heyəti göndərir. Bu heyətdən üç nəfər səfirin qohumu Әliqulu bəy, katiblər Bünyad bəy və Oruc bəy İspaniya kralı III Filipin və kraliça Marqaritanın önündə məsihçiliyi qəbul edirlər.
Bayat tayfasından olan Oruc bəy öz xatirələrindən belə yazırdı:
‘Mən Әliqulu bəylə danışanda… hiss etdim ki, qadir Allah möcüzənin mənim qəlbimə daxil olmasını istəyir… Öz mənzilimə qayıdanda artıq qəti surətdə məsihçi olmaq qərarına gəldim.’ XIX əsrin əvvəlində Azərbaycan Rusiya birləşdirildikdən sonra burada məsihçiliyin yayılma perspektivi genişlənir. Çar hökuməti hakim pravoslav kilsəsindən ayrılan təriqətçiləri Qafqaza sürgün edirdi. Bunun nəticəsində Azərbaycanda da az bir zamanda molokan, duxobor və başqa təriqətçi icmaları meydana gəldi. Bu icmaların qonşuluğunda yaşayan yerli əhali məsihçiliklə tanış olmağa başlayırdı. Savadlı və ziyalı adamların arasında da məsihçiliyə maraq artırdı. Kazan və Peterburq universitetlərinin professoru olmuş Mirzə Kazım bəy (1802-1870) məsihçiliyi qəbul etmişdi. O, şotlandiyalı missionerlərlə tanış olmuş, onlarla söhbətlərindən sonra Məsihin həqiqi xilaskar olduğuna iman gətirmişdi. Alim gəncliyində keçirdiyi hisslər barədə belə yazırdı: ‘Etiqadım lərzəyə düşmüşdü, şübhələr qəlbimi didirdi, məsihçiliyə maraq sehrli gözəl kimi məni ucu-bucağı olmayan dünyaya aparırdı… Nəhayət, səbrim tükəndi və artıq İncilin qəlbimdə nur saçan qüdrətinə qarşı dura bilmədim.’ XIX əsrin sonundan başlayaraq Rusiyada yaşayan protestant əqidəli imanlılar da təqiblərdən yaxa qurtarmaq üçün Qafqaza, o cümlədən, Azərbaycana gəlməyə başladılar. Bunun nəticəsində Azərbaycanda müxtəlif protestant baptist, adventist, əllincilər icmaları yarandı. Bu icmalar öz fəaliyyətlərini indiyə qədər davam etdirirlər. Hal-hazırda Azərbaycanda Xilaskara – İsa Məsihə iman etmiş 5 mindən artıq azərbaycanlı vardır. Bu əlimizdə olan tarixi qaynaqlardır.
Amma biz əgər Müqəddəs Kitaba nəzər salsaq, Azərbaycanda Məsihçiliyin təbliği daha əvvəllərə getdiyini, bu müjdəni eşidən ilk millətlərdən biri də Azərbaycan olduğunu görə bilərik.
"Həvarilərin İşləri 2-ci fəsil Müqəddəs Ruhun gəlməsi
1. Əllinci Gün bayramı zamanı onların hamısı bir yerə yığılmışdı.
2. Birdən güclü külək uğultusu kimi göydən bir səs gəlib onlar oturan evin hər tərəfini bürüdü.
3. Onlara göründü ki, nə isə alov kimi dillərə parçalanaraq hər birinin üstünə düşür.
4. Onların hamısı Müqəddəs Ruhla doldu və Ruhun danışdırdığına görə başqa dillərdə danışmağa başladılar.
5. Bu vaxt səma altında mövcud olan bütün millətlər arasından gələn mömin Yəhudilər Yerusəlimdə yaşayırdılar.
6. Bu səs gələndə orada böyük izdiham toplandı. Hamı öz dilində danışıldığını eşidəndə çaş-baş qaldı.
7. Mat qalaraq heyrət içində dedilər: «Bu danışanların hamısı Qalileyalı deyilmi?
8. Bəs necə olur ki, biz hamımız öz ana dilimizi eşidirik?
9. Biz Parfiyalılar, Midiyalılar, Elamlılar, Mesopotamiyada, Yəhudeyada, Kappadokiyada, Pontda və Asiya vilayətində,
10. Frigiyada, Pamfiliyada, Misirdə və Liviyanın Kirenaya yaxın bölgələrində yaşayanlar, Romada yaşayan
11. Yəhudilər və Yəhudi dinini qəbul edənlər, Kritlilər, Ərəblər eşidirik ki, onlar bizim dilimizdə Allahın əzəmətli işlərindən danışır». "
Burada Parfiyalılar varsa Parfiya tarixinin bu bölümünə nəzər salaq:"IV Antiox (e.ə.175-163-cu illər) Selevki dövlətinin siyasi böhranının qarşısını ala bilmir.Midiyada Selevki satrapi Timarx üsyan qaldırır. E.ə.131-ci ildə VII Antiox Midiyada Selevki hakimiyyətini bərpa edir,lakin az sonra parfiyalılar ilə döyüşdə həlak olur.Bundan sonra Parfiya ilə Roma imperiyası siyasi təsir dairələrini genişləndirmək uğrunda mübarizəyə başlayır.Strabonun məlumatından görünür ki, parflar da Azərbaycan torpaqlarina göz dikibmişlər. e.ə 36-ci ildə Roma sərkərdəsi Antoni Parfiyaya qarşı yürüşə başlayır.Antoni böyük bir ordu ilə Azərbaycanın ərazisinə soxuldu,ölkəni taladı və mühasirəyə aldı. Midiyalı dəstələr də romalıların düşərgəsinə hücumlar edir və onlara tələfat vərirdilər.Antoni Adərbayqanı tərk ətməyə məcbur olur.Parflar geriyə çəkilən romalılari təqib edir,kiçik döyüşlərlə tələfata uğradırdılar.Eyni zamanda romalılari aclıq əldən salırdı. Parflar Antoniyə qalib gələ bilməsələr də,öz həmlələri ilə onun aclıqdan zəifləmiş ordusuunu əldən salırdılar. Son məqamda təqib dəstələri Antoniyə toxunmayacaqlarını vəd edirlər. Antoni bu döyüşlərdə 24 min döyüşçü itirmişdi. E.ə.31-ci ildə Antoni Roma triumviri Oktavian ilə döyüşə girişən zaman bir il sonra həlak olur və şərqdə ağalıq Oktavian Avqustun əlinə kəçdi. Lakin onun hakimiyyəti uzun sürmədi. Adərbayqan müstəqilliyini saxlamaği hərbi münaqişələrə qoşulmaqdan üstün tuturdu. Zəruri hallarda isə qonşuların köməyinə gəlirdi. Eyni zamanda şimalda Arazın o tayına qədər uzanan torpaqlarını qorumaq, təcavüzkar işğalların qarşısını almaq məqsədini güdən Adərbayqan dövləti öz varlığını və hüdudlarını saxlamaqda Midiya hökmdarlarının qüdrətinə də arxalanırdı. Böyük hərbi münaqişələrdə iştirak ədən Midiya və Parfiya da Adərbayqanın siyasi mənafeyini müdafiə edirdi.
"Demək orada müjdə eşidən Parfiyalılar Azərbaycanlılar olub Midiya: Midiya, Mada və ya Maday (yun. Μηδία) — E.ə. 728-ci ildən – E.ə. 549-cu ilədək mövcud olmuş qədim dövlət, şərqdə ilk imperiya. Dövlət ilkin dövrdə tarixi Azərbaycan və ya Şimali İran ərazisində yaransa da tezliklə genişlənərək Ön Asiyanın ən güclü dövlətinə çevrilmiş, bölgə xalqlarının tarixində böyük iz qoyaraq, mədəniyyətinə güclü təsir etmişdir. Mada tayfa ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı. Bu da bir Azərbaycan xalqının müjdə eşitdiyinə əsas olan fakt Mədəni baxımdan isə Müqəddəs Kitabın Azərbaycan dilinə zərb məsəl və yaxud atalar sözləri kimi qəbul olunmasıdır.
Bunun üçün qısa bir misallar göstərək: Sən nə üçün qardaşının gözündə çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən? Matta 7:3 Öz gözündə tiri görmür, başqa gözdə tük axtarır Atalar Sözü «Pis adamlarla ünsiyyət yaxşı əxlaqı pozur» 1 Korinflilərı 15:33 Dostunu göstər mənə, kim olduğunu deyim sənə Yaxın qonşu uzaq qohumdan yaxşıdır. Süleymanın Məsəlləri 27:10 Yaxın qonşu uzaq qohumdan yaxşıdır Atalar Sözü «düşmənin acdırsa, onu yedizdir, susuzdursa, ona su ver. Belə etməklə sanki onun başına köz tökərsən» Romalılar 12:20 Düşmən bizə daşla, biz düşmənə aşla cavab verək Atalar Sözü Kələklə gələn sərvət azalar, Süleymanın Məsəlləri 13:11 Kələklə gələn küləklə gedər. Atalar Sözü Məsləhətsiz niyyət boşa çıxar,Doğru nəsihət verən çoxdursa, uğur qazandırar. Süleymanın Məsəlləri 15:22 Məsləhətli don gen olar.Atalar Sözü
Bu numunələri çoxaltmaq olar, amma Azərbaycan klassik ədəbiyyatında İsa Məsihin obrazını Nəsimidə dəmi İsa, yəni İsa Ruhu, tərsa, gözəl bəlağətli surətdə verilmiş, İsa Məsihin imdad verməsi, çərxi fələk olması göstərilmişdir. Məhəmməd Fizuli: Dadilər qılmağa ol kafir əlindən gecələr Çıxar ahim göyə, ta tuta Məsiha ətəgin, Nəsimi: Gəh çıxmışam Isa kimi, çərx üstünə oturmuşam - deyir.
Əgər adi məntiqə əsaslanarsan, bütün peyğəmbərlər insan kimi dünyaya gəldi, İsa Məsih isə bakirə Məryəmin bətninə Allahın Ruhu tərəfindən verildisə, ona İsa Ruhullah, İsa Kəlamullah deyilirsə, Azərbaycan xalqının təkallahlılıqda inancı oldusa, bunun həm ruhani, həm irsi cəhətdən niyə Azərbaycanın mənəvi və mədəni dəyəri olmasın? İsa Məsihin kəlamlarına istinad edərkən sadə və ürəyə yaxın sözlərini biz niyə kənara ataq. Isa Məsih Matta 6-da deyir "25 Buna görə sizə deyirəm: “Nə yeyəcəyik?” və ya “Nə içəcəyik?” deyə canınız üçün, “Nə geyinəcəyik?” deyə bədəniniz üçün qayğı çəkməyin. Can yeməkdən, bədən isə geyinməkdən daha vacib deyilmi? 26 Göydə uçan quşlara baxın: onlar nə əkir, nə biçir, nə də anbarlarda saxlayır. Amma Səmavi Atanız onları yedizdirir. Siz onlardan daha qiymətli deyilsinizmi? 27 Hansı biriniz qayğı çəkməklə ömrünü bir anlıq belə, uzada bilər? 28 Nəyə görə geyim üçün qayğı çəkirsiniz? Görün çöl zanbaqları necə böyüyür: onlar nə zəhmət çəkir, nə də ip əyirir. 29 Lakin sizə bunu deyirəm ki, bütün cah-calalı içində olan Süleyman belə, bunlardan biri kimi geyinməmişdi. 30 Ey imanı az olanlar, bu gün olub sabah ocağa atılan çöl otunu Allah belə geyindirirsə, sizi geyindirəcəyi daha da yəqin deyilmi? 31 Beləliklə, “Nə yeyəcəyik?”, “Nə içəcəyik?” və ya “Nə geyəcəyik?” deyə qayğı çəkməyin. 32 Çünki bütpərəstlər bütün bu şeyləri axtarırlar. Doğrudan da, Səmavi Atanız bütün bunlara ehtiyacınız olduğunu bilir. 33 Ona görə də siz əvvəlcə Allahın Padşahlığını və Onun salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək. 34 Beləliklə, sabahın qayğısını çəkməyin. Çünki sabahkı gün özü üçün qayğı çəkəcək. Hər günün öz yamanlığı kifayətdir!"
İsa Məsih bizi də Allahın mənəvi övladı olduğumuzu burada aydın göstərir və bizi Özünə bacı-qardaş olaraq deyir ki, Müqəddəs Ruh üzərinizə enəndə siz qüdrət alacaqsınız Həvarilərin İşləri 1:8 Qüdrətli olmaq bizim də haqqımız deyilmi?
Təranə Nəsirova