
       
Ağıl/Akıl/Ak El !                                                                                                                                       Bütün mənbələrdə Ərəbcə olduğu yazılan “ağıl“sözünün mənşəyi Türk xalqlarının dilində daha məntiqli anlaşılır. “Ak” və “el” hecalarından ibarət olan “ağıl” sözünü öz məntiqimizlə araşdırsaq; o sözün türk kosmoqoniyası, mifologiyası ilə bağlılığını və  eyni zamanda daha köklü məqamları ortaya çıxar.                                                                             Ağıl sözü; Qaqauz və Tatar dilində “akıl”, Başqırd dilində “аҡыллы”, Karaçay dilində “akıllı”, Özbəkcə “aqlli”, “oqilona”, Krım Tatarca “aqıllı”, Kazaxca “akıldı”, Avarca “гIакъила-б”, Ləzgicə “акьул” adlanır. Çuvaş  d. “ǎслǎ, тǎнлǎ” ağıl deməkdir ki, burada “Tanla” sözü Tanrı, ağarmaqda olan “dan yeri” sözünü və ağ insanların səmadakı vətəni adlanan Asqardı, insanlara təsərüfatla məşğul olmağı və s. öyrədən Osir tanrını, Macar d. “elme” adlanan ağıl sözü isə elmli, savadlı olmağı  və  ağıl/akıl sözünün ikinci hecasındakı “il/el” sözünü xatırladır. El sözü; ölkə, məmləkət, vilayət, el-yurd, vətən deməkdir.                                                                                             Ağıl sözü Yakut  d. “ey, öy” adlanır  və bizə  “ev” sözünü xatırladır. Ev; insanların təbiətdəki  xatalardan, soyuq və  isti havalardan, ildırım, yağış, qar, fırtına, vəhşi hayvanlardan, həşəratlardan və düşmənlərdən qorunmaq üçün meydana gətirdikləri bir tikili, bina olmaqdan əlavə, həm də makro  və mikrokosmosun obrazıdır. Qədimdə Türk yurtları öz dairəvi  quruluşu ilə, tavan hissəsinin mərkəzində yerləşən, şumerlərin tanrı işarəsinə bənzəyən, səkkiz guşəli şanırakı, yəni nəfəsliyi, düz mərkəzdə qurulan, günəşin obrazı olan sakral odağı, ocağı, sobası  ilə makrokosmosun modeli idi. Sübh çağı doğmuş günəşin şanırakın guşələrindəki  hərəkət trayektoriyası ilə dədələrimiz; saatı, dörd künc xanələri ilə həftənin günlərini, təqvimi  və  hətta astrolojini  bilərdilər. Otaq/Otağa işıq düşməsini təmin edən, pəncərə və qapı yeri olan “tağ” sözü də “ağ” işıqla bağlıdır.                                                                                                                                                                    Ocaq, yanmaq... Odaq/Ocaq  sözü bizim məntiqimizlə yalnız od yandırılan məkan kimi deyil, eyni zamanda ailə, nəsil ocağı, genetik kök ilə də bağlı bir anlayışdır. 
Agıl/Akıl/Ak El... İlk baxışda nisbətən fəqli səslənən bu sözlər; əslində eyni məna daşıyır. Yerdə  yaşayanlara  “Ağ İşıq elmi”ni bəxş edən Siriusla, Qütb ulduzuyla, Göy/Gök Tanrı  və onun göy üzündəki evi ilə, vəhylərin, şairlərə gələn ilhamın, insanlara  verilən elmin mənbəyi ilə əlaqəlidir. Həyatımızı idarə edən Göy/Gök Tanrının göydə “Qütb ulduzu”nda  yaşadığına, yerüzünü  müxtəlif  təbii fəlakətlərlə cəzalandıra biləcəyinə  inanılırdı. İldə iki dəfə Gök Tanrının adına törən düzənlənər və ona məhz Ağ at qurban edilərdi. 
Türk mənşəli olan və digər xalqlarda uğur, xoşbəxtlik, saflıq, düzgünlük, bütün rənglərin yaranmış olduğu AG Rəng, “Ana rəng”! Dədə Qorqud dastanındakı böyüklük bildirən “Ağ meydan”, “Ağ sancaqlı-bayraqlı-tuğlu sərkərdə”; Çingiz xanın Ağ bayrağı, Mete xanın və Gültiginin, Xızırın Ağ atı (əksər söyləncələrdə boz atlı təsvir edilən Xızır; Qəribi Gülgəzə Ağ atla çatdırmışdı), şəhid olan döyüşçülərin üzərinə Ağ bayraq salınması, ümumiyyətlə isə  Ağ-Ak-Aq sözü bizə nələr deyir?                       Dövlətçilikdə  qorunması, uca tutulması və  olması vacib atribut olan Bayraq!                                         Al Bayraq və barış rəmzi olan Ağ Bayraq. Qədim hakimiyyətlərdən, uluslardan, çarlıq zamanından bu günə qədər gəlib çatmış olan Bayraq vacib dövlət atributudur. Axı qədimdə ulusu, dövləti idarə edən Çarlar ilahiləşdirilmiş  fiqur olub, müqəddəs və Tanrının yerdəki obrazı hesab edilib. Çar kainatın mərkəzi, dünyanın oxu, həm kosmosda, həm də insan cəmiyyəti  üzərində ölümə qalib gəlmənin təcəssümü hesab edilib. Dünya ağacının analoqu olaraq bütün Çarlarda çomax  və çəlik kimi hakimiyyət rəmzləri olub. Qədim Misirdə Sokar, Osir və bir sıra tanrılar, İsa və Musa peyğəmbər də əfsanələrdə, dini kitablarda çomaxla, çəliklə təsvir edilib.                                                                                                                                                                Türk mifologiyasında, dastanlarında, mədəniyyətində Ağ rəng; işıq, aydınlıq, qutsallıq, qurtuluş, arılıq, ululuq və  yaranışla bağlıdır.                                                                                                                                                     Ülgene yarat əmrini verən də Ak Enedir.                                                                                                                                                                  Tanrılara ibadət evi olan Tapınaq/tapınağ, Ağoğlan, Ağbaba piri. Coğrafi ərazilərimiz; Ağsuçay/Ağvan/Ağcaqala/Ağdam/Ağsu/Ağdaş/Ağ qoyunlu/ Ağcaqoyunlu /Ağrı dağı (Nuhun gəmisinin dayandığı yer) Ag ellərin yadigarıdır. Ağrı sözündə də Ağ sözü aydın, dağın arxasından doğan günəşin tanrısı isə Rı/Ra komponentində gizlidir!                                                                                                                                 Dünya dağı; Dünya ağacının transformasiyası kimi qəbul edilir. Belə ki, Dünya dağı dünyanın mərkəzində yerləşir  və həmin hissədən dünyanın mərkəzi oxu keçir. Dünya oxunun davamı göylərə qalxaraq Qütb ulduzuna qovuşur.                                                                   Ağac, Ağcaqayın/Ağcaqovaq ağacı. Yarpaq/ yarpağ, dirək sözü; Ağ tirek; Ağ qovaq sözündən gəlir. Ağaclar; Bahar gələn zaman yarpaqlayır. “Yar” Ukrain və cənubi slavyan xalqlarının dilində “Yaz/Bahar”deməkdir. Yarilo slavyanlarda məhsuldarlıq tanrısıdır. Slavyan dilində «ярый», «яриться», «ярына», «ярица», «ярец» kimi sözlər sübh çağı doğan günəşin işığı, bitkilərə, ağaclara, təbiətə, insanlara və bütün canlılara günəşin verdiyi güc, sevgidir. Sevgiliyə “Yar” demək təsadüf deyil. Yardımlı rayonunun adında belə “Nur,İşıq” və “tən”, yəni nura, işığa bərabər olan bir yer mənası var. Yaran Suvar Ləzgilərdə bahar bayramıdır.                                                                  Bağ, bağat, Babil bağlarının himayəçisi Bağal tanrı. Qaba ağac, nəsil, soy ağacı, ağacın budaqı/budağı, ağac şaxı... Lopa, məşəl yandırmaqla həyat ağacının, məhsuldarlıq  və bərəkətin simvolu olaraq  şax qaldıqmaq, şax/şıx/ işıq/ışıx qardaşlığı. İşıqla bağlı olan Şıx, Şıxlı kimi yaşayış ərazilərimiz.                                                                                                                                                Eşq/Aşq insanın qəlbinə ilahidən enir. Bir çox xalqların mifologiyasında sevgi tanrı və tanrıçaları belə olub. Demək Eşq də ilahi işıqla bağlıdır.                                                                                                                               Ayağ; dünya ağacının başında olan öksökö qartalı kainat kimi böyük idi, bir qanadı ilə Günəşin, o biri qanadı ilə Ayın üzərini bağlayırdı. Sağ ayağının caynağında Günəşi, sol ayağının caynağında Ayı saxlayır və göylərin qapısını qoruyurdu.                                                                                                                            Koyaş/Kuyoş  günəş tanrısı isə gümüşü, Ağ yeləli atını hər gün doğudan batıya sürər.                                                                                                                                                        “Günün ağ olsun” deyə alqışımız var. Günün ağ olsun, bütün işıqlı qüvvələr sənə kömək olsun yəni. Doğu gündoğan. Elin, ulusun böyüyü Hakan, Kağan, evin, elin böyüyü ağa, uşaq/uşağ, cağa tanrının bağışladığı övlad payı, axı bir çox tanrı və peyğəmbər anaları; ata rolu olmadan, ağ işıq selindən hamilə qalıb.  Qeybdən peyda olan və ölməyib qeybə çkilən Ağsaqqal, ağ saçlı qadın, qonaq/Allah qonağı...                                                                                                                                                        Ol deyəndən, alidən, ağ işıqdan gələn “ağ işıq elmi”, maq elmi, nur, işıq kimi peyda olan ağ atlı, ağ xilaskar. Dünyanın pozulmuş nizamını düzəldən və kainatın mərkəzi, dünyanın oxu hesab edilən Çar qızlarını gözlənilməz anda bəladan qurtaran ağ atlı oğlan. Mağara torpaq ananın bətni, atlarını axtararaq mağaraya gələn Heraklın rastlaşdığı qadın Meqara; qadın rəmzi olan Umay/Humay ana adının bir komponenti olan Ma, qadının, torpaq ananın rahmi hesab edilən Mağara/Meqara, qaranlıq mağarada yaşayan, ayaqları qaranlıq dünyanın sakinlərindən olan ilan ayaqlı Meqara... İşıq, sübh şəfəqi isə zülmət tanrısı ilə gecə tanrıçasından doğub. Mağaraların girişi tağ formalı olur, həmin tağdan ağarmış dan yerinin ilk şəfəqləri orada gecələyən insanların üstünə düşür. Bildiyimiz qaranlıq mağara işıqlanır. Meqara; qadın demək olan Me və Qarı sözlərindən ibarətdir. İşıqlı, günəşli dünyanın rəmzi ağ qoç, işıqlı günlərin çox olduğu bahar fəsli qoç bürcündə gəlir və qoçağan bayramı keçirilir, bayram şənliyində çalınan, səsi göylərə ucalan, qələbəyə, birliyə çağıran  nağara  və s.                                                                                                                                                                Al rəng dedikdə biz qırmızı rəngi xatırlayırıq. Al rəng günəşə də aid edilir, məs: “al şəfəqli günəş”.  Latın d. isə “ağ” rəng “alba” adlanır. Demək “al” sözü həm də ağ işıqla əlaqədardır. 
Yağış, yağışdan sonra yaranan göy qurşağı.                                                                                                                                                                                                                                        Bulaq/bulağ/ırmağ, Kurqay xanın süd kimi ağ gölün suyundan içməsi. Ağ rəngdə olan  süd; Latın  d. “lac”, “leche”, Bask d. “esnea” adlanır. Süd sözünün özündə də ağ işıqla əlaqəsi var. Əfsanəyə görə ölümlü qadından olan oğlu Heraklın ölümsüzlüyə qovuşması üçün Zeus gizlincə körpəni xanımı tanrıça Qeranın döşünə qoyur. Yuxudan oyanan Qera Heraklı görəndə onu itələyir və südünün bir hissəsi havaya püskürür. Həmin süddən isə qalaktikamız yaranır - yəni ağ yol, süd yolu.                                                      Akel/Akal/Akıl/Fakel...                                                                                 
   Fakel; ətrafı işıqlandıran, canlandıran məşəl dediyimiz  alov! Fakel; İlkin yaranış ünsürlərindən biri olan odu simvolizə edir. Toylarda, bayramlarda, Baharın gəlişi, ilin yenilənməsi, yaranışın 4 ünsürünün yadigarı olan ilaxır çərşənbələrdə, şax qardaşlığı münasibətilə  həyat ağacının zirvəsində alovlanan lopa, xoşbəxtliyin, nəsil törətmənin, gücün simvolu olaraq, məhsuldarlıq rəmzi kimi, qədimdən bu günə qədər olimpiya oyunlarının vacib ritualı olan, şəhidlərin xatirəsini əbədiləşdirən Fakel; həm də ulduzların, sübhün, Günəşin, günəş işığının, Prometeyin Tanrılardan insan həyatını yüngülləşdirmək məqsədilə oğurlayıb gətirdiyi od/ocaq/alovun; Tanrı işığının, yerdəki hakimiyyətin simvoludur. Tanrı Dionisin, Liviya Sibillasının, doğum tanrıçası Eylefiyanın, sübh çağı Günəş tanrısı Heliosun arabasının önündə fakel aparan Eosun, məhəbbət alovu olaraq Eros və Afroditanın atributudur. Başı aşağı dayanan fakel, başı aşağı endirilmiş bayraq kimi  ölümün, matəmin simvoludur. Fakel sözündəki birinci komponent olan “fa”; işıqla bağlıdır. Məsələn: “Fa notu; familias рlanetarium– Planetlər ailəsi, yeddi planet və Günəş sistemi (Qvido d Aretso). Feriae "bayram", festus "şənlik/bayram", fanatikus "tanrıya cəzb olunmuş”, Latınca “fanaticus" tapınağa aid olan, “tanrı cazibəsinə düşmüş" sözü “fanum”,  yəni "tapınaq" sözündən törənib. Farma, farmasiya sözü;şəfavermək, müalicə etmək, müalicə vasitəsi kimi mənalar daşıyır. Qədim Misirlilər müalicə işinin Tot Tanrısının himayəsi altında olduğuna inanırdılar. Hansı ki, Tot Tanrısının adlarından biri də Farmaki/Farmasi idi. Bu gün farmasiya, farmasevt kimi sözlər də Qədim Misir ilə bağlıdır. Fənər/fanar (dəniz fənəri, gəmi fənəri);  Yunan d. phanós “kiçik lampa” deməkdir.Fara; sözü də latın d.pharus, pharos sözündən yaranıb. İşıqla bağlı olan “fa” söz kökü; səmavi Ata Ranın oğlu hesab edilən “faraon, firon” sözündə də var”. Bu gün övladlarımıza verdiyimiz Afaq adının; Apağ, üfüq, nur kimi mənaları var. Fakel; Ak Eldən gələn “Fa/Afa/Apağ” “işıq”! 
F. Rüstəmova