Yaşadığımız ölkə və siyasət bu gün çox qaranlıq vəziyyətdədir... Ağ Ev hər gün qanunsuzluq, məsuliyyətsizlik, kin və tamamilə dəlilik dolu yeni davranışlar sərgiləyir.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın sabiq prezidenti Barak Obama Virciniyadakı çıxışında deyib.
“Trampın milyarder dostları və böyük korporasiyalar üçün iqtisadiyyat çox yaxşıdır – vergi güzəştləri alıblar, qaydalardan qaçırlar. Amma yüz minlərlə federal işçi, o cümlədən Virciniyada yaşayan insanlar bu milyarder vergi endirimlərinə görə işlərini itiriblər”, - Obama əlavə edib.