Qaraciyər xəstəlikləri zamanı ən optimal, istifadəsi rahat, büdcəyə münasib, qeyri- invaziv müayinə üsullarından biridə ultrasəs müayinədi.
Bu zaman ilk öncə qaraciyərin ölçüsünə baxılır, böyümənin olub olmadığı aşkarlanır.
Qaraciyərin kapsulasının hamarlılığı ,itiliyi , qalınlaşması, diafraqmaya münasibəti ,ətrafında mayenin yığılması nəzərə alınır.
Qaraciyər strukturasında birləşdirici toxumanın az və ya çox olması , hansı nahiyədə artması böyük əhəmiyyət kəsb edir.
Kistalar ,törəmələr ,hemangiomalar ,kalsenatlar asanlıqla aşkar olunur.
Əgər sizdə sağ qabırğaaltı nahiyyədə ağrı varsa, ilk öncə qaraciyərin ultrasəs müayinəsi məsləhət görülür!