Bir neçə gün əvvəl Ermənistanın Vardenis rayonunun (Basarkeçər-red.) Geqamabak kəndində sakinlər panika yaşayıblar. Məlumata görə, sakinlərdən biri otlaq ərazidə minaya bənzər bir əşya görüb.
Globalinfo.az bildirir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Nəşr yazır ki, əvvəlcə sakinlər hadisə yerinə toplaşıb və əşyanın nə olduğunu dəqiqləşdirməyə çalışıblar. Daha sonra panika içində kənd rəhbərliyinə, polisə məlumat veriblər. Polis Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb, kəndə xüsusi qüvvə göndərilib, bomba yerindəcə parladılaraq zərərsizləşdirilib.
Kəndin inzibati rəhbəri Vardan Saqatelyan bombanın Azərbaycan tərəfindən yerləşdirməsi haqda təkzib edib. Onun sözlərinə görə, bomba ya 2020-ci ildə 44 günlük müharibədən sonra ərazidə qalıb, ya da qanunsuz silahların dövriyəsi zamanı kəndə gətirilib.
Hadisənin ilə bağlı cinayət işi açılıb.
Qeyd edək ki, Vardenis Kəlbəcər rayonu ilə həmsərhəddir.