ABŞ-ın İrana hücum etməkdən başqa seçimi olmayıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “WABC” radiostansiyasına müsahibəsində bildirib.
“Bunu etməyimin səbəbi bizim başqa seçimimizin olmamasıdır. Və bunu yenidən yüz dəfə də olsa edərdim. Onların nüvə silahı ola bilməz və onların nüvə silahı olmayacaq”, — deyə o bildirib.
ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıblar. İyun ayında tərəflər münaqişənin dayandırılması və Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpası üçün zəmin yaratmalı olan aralıq saziş imzalayıblar, lakin sonradan razılaşmalar pozulub.