İran İraqın daxili işlərinə heç vaxt müdaxilə etməyib.
Axar.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf 3 günlük İraq səfərinin nəticələri ilə bağlı açıqlaması zamanı deyib.
Qalibaf bildirib ki, görüşlərdə təhlükəsizlik məsələləri və İraqdakı silahlı qruplar müzakirə olunub:
“İran İraq daxilindəki qrupların və siyasi aktorların ölkə Konstitusiyası çərçivəsində müstəqil şəkildə əldə etdikləri razılaşmaları dəstəkləyir”.
Parlament sədri həmçinin İraqdakı xarici hərbi qüvvələrin ölkədən çıxarılmasının son mərhələyə çatdığını bildirib.
Onun sözlərinə görə, ABŞ-ın bölgədəki hərbi mövcudluğu və İsrailin fəaliyyəti regional təhlükəsizliyi təmin etmir, əksinə, qeyri-sabitliyi artırır.