“Dövlət Dumasına seçkilər Rusiyanın dözümlülüyünü və istənilən xarici təhlükəyə qarşı durmaq qabiliyyətini təsdiqləyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Putin bildirib ki, ən çətin şəraitdə belə, Rusiya xalq suverenliyi prinsiplərindən yayınmayacaq və ölkə daxilində seçkilər keçirəcək.
“Cəbhədəki düşmən üçün vəziyyət nə qədər çətin olarsa, Kiyev rejimi də bir o qədər qəddar və barbar hücumlar həyata keçirir”, – Putin bildirib.