• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Diş əti qanamasının qarşısını belə alın
Prezidentdən Naxçıvanla bağlı qərar
Netanyahu Zelenski ilə görüşdən imtina etdi
Dildə yanma hissi xərçəng əlaməti olub
Putin iki türk ölkəsi ilə bağlı əmr verdi
Türkiyə ilə İraq arasında TARİXİ SÖVDƏLƏŞMƏ - Ərdoğan vəd verdi
İsti hava 4 xəstəliyi ağırlaşdıra bilər
Artıq hər kəs bundan danışır – 2030-cu ildə dünyada nə baş verəcək?
Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
Putin referendumu soruşub? - Nikoldan sərt cavab
Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
Şirniyyata qarşısıalınmaz istək nədən yaranır? - Dietoloq səbəbləri açıqladı
ABŞ və Səudiyyə Ərəbistanı İraqı vurdu - Hədəf nə olub?
Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?
İnsan beyninin tutumu neçə giqabaytdır?
Ali məktəblərə ixtisas seçimi nə vaxt başlanacaq?
Lavrov Mertsə meydan oxudu: Belə cəsarətlisənsə, hazır ol!
İnsulin dirənci gələcəkdə xərçəngə yol açırmı?
İran Odessanı vura bilər - Hərbi ekspertdən sensasion iddia
Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

GİZLİ PLAN: Rusiya Arktikada buzlaqları niyə əridir?

Xəbərlər

19-01-2024, 23:27

GİZLİ PLAN: Rusiya Arktikada buzlaqları niyə əridir?



“Arktika marşrutu Süveyşdən keçən nəqliyyat xətlərinə alternativ ola bilər”.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Economist” nəşrinin dərc etdiyi məqalədə bildirilir.

Nəşr yazır ki, Qırmızı dənizdə vəziyyətin pisləşməsi bəzi dövlətləri alternativ ticarət yolları tapmaq barədə düşünməyə vadar edir. Mümkün olan ən sərfəli və təhlükəsiz marşrut isə Arktika ola bilər. Belə ki, Rusiya bu regiona böyük sərmayə qoyur və buzlaqların əriməsi fonunda onu daha da fəal şəkildə inkişaf etdirməyi planlaşdırır:

“Dünyanın 10 ən böyük gəmiçilik şirkətindən 7-si Yəmənin Husi üsyançılarının hədəf aldığı Qırmızı dənizdə tranzitini dayandırıb. Nəticədə, indi Hind okeanından Aralıq dənizinə qısa yol olan Süveyş kanalından az sayda gəmi keçir. Atlantik və Sakit okeanları birləşdirən Panama kanalı vasitəsilə ticarət noyabr ayından bəri 30 faiz azalıb. Çünki şiddətli quraqlıq kanalda suyun səviyyəsini aşağı salıb. Beynəlxalq daşımaçılıq platformalarının məlumatına görə, Çindən Şimali Avropaya 12 metrlik konteynerin göndərilməsinin spot qiyməti 283 faiz artıb. Ona görə də, bir sıra dövlətlər alternativ və daha cəlbedici marşrutlar axtarmaq niyyətindədirlər. Süveyş Kanalı ilə müqayisədə səyahət vaxtlarını 40 faizə qədər azalda bilən bir neçə marşrut mövcuddur ki, onlardan biri də Arktika nəqliyyat qovşağıdır. Lakin Şimal Dəniz Yolu, Şimal-Qərb keçidi və Transqütb Dəniz Yolu buzla bağlanmış okeandan keçir”, – deyə məqalədə qeyd olunub.

Arktika əlverişli daşımaçılıq marşrutuna çevrilə bilərmi?

Nəşr yazır ki, Arktika orta dünya səviyyəsindən dörd dəfə daha sürətli istiləşir:

“1978-ci ildən bəri buz örtüyü hər il təxminən 78 min kvadrat kilometr azalıb. Buna baxmayaraq aparılan araşdırmalar göstərir ki, ilk buzsuz Arktika yayını 2040-cı ildən tez görmək mümkün olmayacaq. Hərçənd buzlaqlar əridikcə və soyuq dənizlərdə gəmiçilik texnologiyası inkişaf etdikcə Arktikanın əlçatanlığı artacaq. Ən məşhur nəqliyyat marşrutu isə Rusiyanın nəzarətində olan Şimal Dəniz Yoludur. Bu yolda 2014-2022-ci illər arasında ticarət həcmi 755 faiz artıb. Rusiya 2035-ci ilə qədər trafikin həcminin 2022-ci il səviyyəsindən 10 dəfə daha çox artmasını istəyir. Bütün bunlara rəğmən, qlobal standartlara görə, Arktika ilə yükdaşımaların həcmi hələ də cüzi olaraq qalır. 2022-ci ildə 1,7 mindən az gəmi Arktika sularına daxil olub. 23 mindən çox gəmi Süveyş kanalından, 14 min gəmi isə Panama kanalından keçib. Şimal marşrutları üzrə daşınma hələ də mövsümi xarakter daşıyır”, – deyə nəşr bildirib.

Digər tərəfdən mütəxəssislər Arktikaya naviqasiyası təcrübəsi olan və ixtisaslaşmış gəmilər tələb olunduğunu açıqlayırlar. Bütün bunlar isə külli miqdarda vəsait tələb edir. Artan geosiyasi gərginlik də ən azı orta müddətli perspektivdə Arktika gəmiçiliyinə mane olacaq. Çünki gəmilərin Şimal dəniz marşrutu ilə hərəkət etməsi üçün Rusiya hakimiyyət orqanlarından icazə alınmalıdır. Ona görə də, hazırda Qərb gəmiləri bu marşrutdan praktiki olaraq istifadə etmirlər. Kanada və Amerika Şimal-Qərb keçidi boyunca tranzit qaydaları ilə bağlı razılığa gələ bilmir. Üstəlik, ekstremal hava şəraiti də bu nəqliyyat qovşağından istifadəni məhdudlaşdırır. Lakin buz təbəqəsi əridikcə, Arktika sularında nəqliyyat getdikcə sıxlaşacaq və Rusiya bundan daha çox yararlanmağa çalışacaq.

Əliyar Xəlil,

Globalinfo.az

Oxunub: 585
Paylaş:
Digər xəbərlər

Xəbərlər

20-12-2023, 10:16

Avropa "geosiyasi alov"la üz-üzə: diplomatik təzyiqlər arta bilər

Xəbərlər

10-05-2022, 22:03

Ukrayna Rusiya qazının Avropaya tranzitini dayandırır

Xəbərlər

17-03-2022, 20:32

Rusiya Qara dənizdə 3 gəmini vurdu: Bölgə mühasirəyə alınıb

Xəbərlər

27-03-2021, 17:14

Süveyş kanalını bağlayan gəmi tərpənib

Xəbərlər

27-04-2019, 22:26

Rusiya döyüş gəmisini Aralıq dənizinə göndərdi

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Diş əti qanamasının qarşısını belə alın
Prezidentdən Naxçıvanla bağlı qərar
Netanyahu Zelenski ilə görüşdən imtina etdi
Dildə yanma hissi xərçəng əlaməti olub
Putin iki türk ölkəsi ilə bağlı əmr verdi
Türkiyə ilə İraq arasında TARİXİ SÖVDƏLƏŞMƏ - Ərdoğan vəd verdi
Son xəbərlər
  • Bu gün, 15:42
    Diş əti qanamasının qarşısını belə alın
  • Bu gün, 14:09
    Prezidentdən Naxçıvanla bağlı qərar
  • Bu gün, 13:27
    Netanyahu Zelenski ilə görüşdən imtina etdi
  • Bu gün, 12:38
    Dildə yanma hissi xərçəng əlaməti olub
  • Bu gün, 11:45
    Putin iki türk ölkəsi ilə bağlı əmr verdi
  • Bu gün, 10:29
    Türkiyə ilə İraq arasında TARİXİ SÖVDƏLƏŞMƏ - Ərdoğan vəd verdi
  • Bu gün, 09:12
    İsti hava 4 xəstəliyi ağırlaşdıra bilər
  • Dünən, 22:56
    Artıq hər kəs bundan danışır – 2030-cu ildə dünyada nə baş verəcək?
  • Dünən, 21:31
    Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
  • Dünən, 20:18
    Putin referendumu soruşub? - Nikoldan sərt cavab
  • Dünən, 19:36
    Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
  • Dünən, 18:28
    Şirniyyata qarşısıalınmaz istək nədən yaranır? - Dietoloq səbəbləri açıqladı
  • Dünən, 17:24
    ABŞ və Səudiyyə Ərəbistanı İraqı vurdu - Hədəf nə olub?
  • Dünən, 16:08
    Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?
  • Dünən, 15:22
    İnsan beyninin tutumu neçə giqabaytdır?
  • Dünən, 14:35
    Ali məktəblərə ixtisas seçimi nə vaxt başlanacaq?
  • Dünən, 13:51
    Lavrov Mertsə meydan oxudu: Belə cəsarətlisənsə, hazır ol!
  • Dünən, 12:20
    İnsulin dirənci gələcəkdə xərçəngə yol açırmı?
  • Dünən, 11:22
    İran Odessanı vura bilər - Hərbi ekspertdən sensasion iddia
  • Dünən, 10:12
    Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...
  • Dünən, 09:09
    Bu bitki yağı bədəndə iltihabı azaldır
  • 28-07-2026, 22:46
    İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
  • 28-07-2026, 21:50
    Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
  • 28-07-2026, 20:23
    İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
  • 28-07-2026, 19:40
    Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi?
  • 28-07-2026, 18:19
    Ağır infarkt keçirmiş xəstələrin qanında təəccüblü nəticə
  • 28-07-2026, 17:54
    SDQ özünü buraxmağa və Suriyadan çıxmağa hazırlaşır
  • 28-07-2026, 16:55
    Əlaqələri kəs, onları həbs et - Avropadan Ermənistana Rusiya tələbi
  • 28-07-2026, 15:53
    Stomatoloqların sirri - Diş minasını zədələməmək üçün bunları edin
  • 28-07-2026, 14:47
    Proses başlayıb, geridönüş yoxdur: Yaponiyada dünyanın ən təhlükəli kəşfiyyat sistemi qurulur
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə