Ukrayna "Soxranovka" stansiyası vasitəsilə Rusiya qazının Avropaya tranzitini dayandırıb.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın GTS operatoru məlumat yayıb.
Şirkət fors-major vəziyyətin baş verdiyini açıqlayıb. Avropaya tranzitin demək olar ki, üçdə biri "Soxranovka" vasitəsilə reallaşır.
Belə ki, 11 may 2022-ci il saat 07:00-dan qovşaqdan qaz qəbul edilməyəcək.