• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bu hücuma görə Ukraynaya dəstəyi artıracağıq – Makron
Tehran ağır sınaq qarşısında - BƏƏ ticarət və maliyyə əməliyyatlarını dayandırır
Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır
Rusiya tankerlərin istiqamətini dəyişdi: Yeni marşrut...
İsrail və Türkiyə gizli danışıqlar aparır?
Bu qarpızlar mədə və bağırsağı məhv edir
İran bu üç ölkəni hədələdi: Sonradan şikayətlənməyin!
Moskvadakı bütün ölkələrin səfirliklərinə nota göndərildi
Yulaf əzməsi həqiqətən faydalıdırmı?
Həyatında yeni səhifə açacaq 4 bürc
Elmi araşdırma: Hansı idman hansı xəstəliyə faydalıdır?
Bakını tüstü bürüyür – Paytaxtı zəhərləyənlər cəzalanacaqmı?
Sarımsaqdan öskürək siropunu belə hazırlayın
Kanada ABŞ-la ticarət danışıqlarını dayandırdı
Bu ölkənin daxili işlərinə heç vaxt müdaxilə etmirik - Qalibaf
Saç tökülməsinin ümumi səbəbləri - Hər gün neçə tel itirilə bilər?
32 dövlət Makrona görə təşviş içində – O tarixdən sonra hər şey dəyişə bilər
Ən çətin şəraitdə belə, Rusiya bunu edəcək – Putin
Günorta saatlarında yorğunluqdan belə xilas olun - Həkimdən 3 sadə MƏSLƏHƏT
ABŞ-da daimi yaşamaq istəyənlərə ŞAD XƏBƏR - Məhkəmə qadağanı ləğv etdi
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Paris İrəvanı uçuruma aparır: Ermənilər yenə vədlərə aldandı

Xəbərlər

31-08-2023, 21:26

Paris İrəvanı uçuruma aparır: Ermənilər yenə vədlərə aldandı


Cənubi Qafqazdakı proseslər yaxşı hazırlanmış ssenari çərçivələrindən çıxaraq böyük geosiyasi oyunçuların planlarını pozmağa başlayıb.

Fransanın Ermənistana verdiyi tam dəstək, fransalı siyasətçilərin bəyanatları və onların Ermənistana səfərləri, ən sonda da Paris meriyası ilə Fransadakı erməni diasporu ilə birlikdə "humanitar yardım" toplayaraq 10 ağırtonnajlı yük avtomobili ilə Azərbaycanla şərti dövlət sərhədinə yollaması - ən nəhayət, Fransa prezidenti Emmanuel Makronun "qarabağlı ermənilərin üzləşdiyi humanitar fəlakət" məsələsini BMT Təhlükəsizlik Şurasında yenidən müzakirəyə çıxarmaq cəhdi - bütün bunlar rəsmi Parisin strategiyasının tərkib hissəsidir.

BMT TŞ-da Azərbaycana qarşı yönəlmiş qətnamənin qəbuluna nail olmağa çalışan və bu məqsədlə Fransanın bütün diplomatik arsenalını işə salan Emmanuel Makronun məqsədləri konkret, amma bəsitdir.

Fransanın məqsədi Cənubi Qafqaz bölgəsində Rusiya Federasiyasının mövqelərini həddən ziyadə zəiflətmək və sonda Moskvanı ümumiyyətlə, bu mövqelərdən məhrum etməkdir.

Rəsmi Parisin Azərbaycana qarşı yönəlmiş radikal və aqressiv kampaniyasının, nümayişkaranə şəkildə davranışının və Bakını təbdən çıxarmaq cəhdlərinin arxasında çox incə şəkildə hesablanmış məqsədlər durur.

Bəli, ilk baxışdan hər şey aydındır: Fransanın hakimiyyət dairələri və siyasətçiləri ermənidən artıq erməni olmağa çalışır, qarabağlı ermənilərin separatizmini dəstəkləyir, beynəlxalq təşkilatlarda və qlobal geosiyasətdə Azərbaycana qarşı hücumlara keçir və s...

Fəqət, zahirə aldanmamalı, müşahidə etdiyiimiz situasiyanın pərdərarxasına baxmağa, əməlləri şərtləndirən məqsədləri və mahiyyəti bəlirləyən məzmunu anlamağa çalışmalıyıq.

Fransa prezidenti Emmanuel Makronun bilavasitə göstərişi ilə sürətlə və genişmiqyaslı şəkildə "erməni sevgisi"nə mübtəla olan fransalı siyasətçilər, məmurlar və ictimai xadimlər ermənilərə bol vədlər verirlər.

Hətta tragifars o həddə çatır ki, Paris meri Ann İdalqo Ermənistana yollanır, İrəvanda çoxsaylı görüşlər keçirir, qarabağlı separatçıların lideri Araik Arutyunyanla onlayn ünsiyyət qurur. Bununla da kifayətlənməyən mer Laçındakı sərhəd nəzarət-buraxılış məntəqəsində saxlanılaraq Birinci Qarabağ müharibəsində törətdiyi vəhşi cinayətlərə görə məsuliyyətə cəlb edilən Vaqif Xaçaturyanın qızı ilə görüşərək onu bağrına basır, "atanın ən qısa müddətdə azadlığa çıxması üçün əlimdən gələni edəcəyəm" deyir.

Arxa planda isə rəsmi Papis İrəvana, Ermənistanın baş naziri Nikol Paşinyana sərt təzyiqlər göstərərək Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Sülhməramlı Kontingentinə (RSK) qarşı çıxışların, gözdənsalma kampaniyasının sürətləndirilməsini tələb edir.

Məhz bu səbəbdən qarabağlı erməni separatçıları RSK hərbçilərinə qarşı "qəfil" aqressiya nümayiş etdirməyə başlayıblar.

Ermənistan mediasında və xüsusilə də sosial şəbəkələrin erməni seqmentində qatı anti-Rusiya təbliğatı, rusiyalı sülhməramlıların və ümumiyyətlə, Rusiyanın ünvanına fasiləsiz təhqirlər səngimək bilmir.

Xankəndində, Əsgəranda və Xocalıda qarabağlı ermənilər qruplar formasında rusiyalı sülhməramlıların qarşısına çıxır, onları fəaliyyətsizlikdə, xəyanətdə, "Azərbaycana və Türkiyəyə satılmaq"da suçlayırlar.

Xocalıda, RSK qərargahının girişində ermənilərin yolu kəsməsi, daha sonra Əsgəranda RSK-ya məxsus yük maşınını hərəkətinə imkan verməmələri, rusiyalı sülhməramlının döyülməsi və s. - bütün bunlar məhz Fransanın təhriki, təşviqi və göstərişləri əsasında edilən hərəkətlərdir.

Qarabağlı erməni separatçılarının isterikalarını Moskva görür və şübhəsiz ki, proseslərin dirijorluğunun kimlərə məxsus olduğunu da anlayır.

Fransalı siyasətçilərin davranışı isə gerçəkdən də, artıq qrotesk həddinə çatıb.

Məsələn, Paris meri Ann İdalqo İrəvanda bəyan edib ki, "humanitar yüklü maşınlarımızı Axərbaycan sərhəddən buraxmadı".

Halbuki, İrəvana yollanmazdan əvvəl İdalqo ölkəsinin prezidenti Emmanuel Makrondan bəzi məqamları öyrənə bilərdi. Makron Bakıya zəng vuranda ona başa düşəcəyi dildə anlatdılar ki, Azərbaycanın dövlət strukturları qarabağlı ermənilərə qarşı hər hansı formada blokada tətbiq etmir: sadəcə, Laçında, Ermənistanla dövlət sərhədimizdə gömrük və sərhəd nəzarəti var.

Görünür, fransızlarla ermənilər düşünüblər ki, əgər Paris meri maşınları müşayiət edirsə - məsələ çözüldü, yüklər barədə Bakıya əvvəlcədən məlumat verilməsi, avtomobil karvanının zəruri sənədləşdirilməsi və s. hamısı ikinci, hətta on ikinci dərəcəli məsələlərdir.

İdalqo ilə ermənilər gümanlarında yanıldılar.

Parisdən göndərimliş "humanitar yüklü" 10 TIR Ermənistanın Azərbaycanla şərti dövlət sərhədinin yaxınlığında, Kornidzorda bir neçə saat gözləyəndən sonra Gorusa, oradan da İrəvana yollanıb.

İdalqonun Ermənistanda "Vaqif Xaçaturyanın taleyi, onun ən qısa müddətdə azadlığa buraxılması ilə şəxsən məşğul olacağam" açıqlamasına gəldikdə isə, ucuz fransız melodramalarındakı səhnəcikdəki replikanı xatırladan bu ifadə sadəcə, vəddir.

Dinc azərbaycanlıları xüsusi amansızlıqla qətlə yetirməkdə suçlanan, hərbi cinayətkar sayılan Vaqif Xaçaturyanla bağlı Parisin merinin edə biləcəyi ən uzağı İnstagramda "kövrək" paylaşım etmək, yaxud da sabiq Tvitter, indiki X mikrobloqinq servisində Bakıya növbəti hədələr ünvanlayaraq virtual barmaq silkələmək olar.

Vəssəlam- Parisin geosiyasi təzyiq arsenalı budur.

Ermənilərsə Fransanın vədlərinə inanır və tarixlərindəki çoxsaylı, fəlakətli səhvlərə yenisini əlavə edirlər.

Hindistanla hərbi-texniki əməkdaşlığın həcmini 1 milyard dollara çatdırmağı planlaşdıran, Yunanıstanla geosiyasi ittifaq qurmaqla məşğul olan, Fransadan ən ciddi və böyük geosiyasi dəstək aldığını düşünən Ermənistan həddən artıq ağır problemlər məngənəsinə doğru hərəkət etdiyinin fərqində deyil.

Fransanın siyasi dəstəyinə, Hindistanın silah-sursatına, Yunanıstanın müttəfiqliyinə, erməni diasporunun puluna və lobbinq fəaliyyətinə bel bağlamaq Ermənistanın baş naziri Nikol Paşinyan üçün ən arzuolunmaz siyasi davranış modelidir.

İrəvandakı hakimiyyətlə yanaşı, Ermənistan vətəndaşları və xüsusilə də qarabağlı ermənilər hələ də dərk etmirlər ki, onlardan vasitə və alət qismində istifadə edirlər.

Ermənistan Fransaya, Yunanıstana, Hindistana, Rusiyaya müstəqil və suveren, güclü və normal dövlət qismində qətiyyət maraqlı deyil.

Ermənilərin indiki vəziyyəti ilə gələcəyi də həmin ölkələr üçün önəm kəsb etmir: yeganə əhəmiyyətli məqam ermənilərdən faydalanaraq məqsədləri reallaşdırmaqdır.

Əvvəlki dönəmlərdən fərqli olaraq qlobal geosiyasətdə möhkəmlənmək fikrinə düşən Hindistan, Türkiyənin mövqelərini zəiflətmək üçün Cənubi Qafqazda ermənilərlə "qardaşlığı" intensivləşdirməyin effektiv olacağını xəyal edən Yunanıstan və ermənilərdən son iki əsrdə artıq 3-cü dəfə vasitə qisminlə yararlanaraq sonradan kənara ataxağı şübhə doğurmayan Fransa trio formatında aktivləşiblər.

Bu gün Ermənistan XİN-nin Rusiya XİN-nə ünvanlanmış bəyanatı yayaraq Moskvanı "xəyanət"də suçlaması da məhz rəsmi Parisin təlimatları əsasında İrəvanın Moskvaya qarşı aşkar demarşıdır.

"Qarabağ məsələsi heç vaxt Ermənistan və Azərbaycan arasında ərazi mübahisəsi olmayıb, bu Qarabağ xalqının hüquqları məsələsidir. Rusiya ötən il Qarabağın statusunu təxirə salmağı təklif etdi, biz qəbul etdik, Azərbaycan isə bundan ümumiyyətlə imtina etdi. Rusiya Ermənistanı problemə salıb öz sözünə əməl etmədi, Ermənistan ərazilərinin işğalına biganə qaldı. Rusiya özü 9 noyabr bəyanatında da, Azərbaycanla imzalanan Müttəfiqlik Bəyannaməsində də Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Hazırda Qarabağda baş verənlər Rusiya sülhməramlılarının iştirakı ilə baş verir. Biz Rusiya XİN-ə təklif edirik vəziyyəti daha da mürəkkəbləşdirməsinlər", - bəyanatda deyilir.

Göründüyü kimi, İrəvandakı hakimiyyət məhz Fransanın siyasi və Hindistanın hərbi-texniki dəstəyinə bel bağlayaraq o qədər cürətlənib ki, Moskvanı hədələyir, Rusiya qarşısında ultimatum səsləndirir.

Fransa hər zaman və hər yerdə olduğu kimi, onun vədlərinə inanan hakimiyyətləri uçuruma aparır, Parisə bel bağlayan xalqları uzunmüddətli istismara sürükləyir.

Ermənilərsə bunu dərk etmirlər.

Elçin Alıoğlu
TREND

Oxunub: 253
Paylaş:
Digər xəbərlər

Xəbərlər

25-08-2023, 15:23

Fransa BMT TŞ-də Azərbaycana qarşı qətnamə hazırlayır - Makronun son həmləsi

Xəbərlər

15-06-2023, 18:30

Fransa Ermənistana niyə və nə qədər silah satacaq?

Xəbərlər

8-06-2023, 10:25

Ermənistan Makronun dəstəyi ilə BU SİLAHLARI ALIR

Xəbərlər

16-11-2022, 16:15

Fransanın Qarabağ planı: Makron qətnamədən öncə Əliyevdən nə istəyib?

Xəbərlər

16-12-2021, 13:54

Makronun hiyləgər Brüssel gedişi – O, Əliyevlə Paşinyanı görüşdürməklə nəyə nail olmaq istəyir?

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bu hücuma görə Ukraynaya dəstəyi artıracağıq – Makron
Tehran ağır sınaq qarşısında - BƏƏ ticarət və maliyyə əməliyyatlarını dayandırır
Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır
Rusiya tankerlərin istiqamətini dəyişdi: Yeni marşrut...
İsrail və Türkiyə gizli danışıqlar aparır?
Bu qarpızlar mədə və bağırsağı məhv edir
Son xəbərlər
  • Bu gün, 17:46
    Bu hücuma görə Ukraynaya dəstəyi artıracağıq – Makron
  • Bu gün, 16:21
    Tehran ağır sınaq qarşısında - BƏƏ ticarət və maliyyə əməliyyatlarını dayandırır
  • Bu gün, 15:27
    Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır
  • Bu gün, 14:51
    Rusiya tankerlərin istiqamətini dəyişdi: Yeni marşrut...
  • Bu gün, 14:39
    İsrail və Türkiyə gizli danışıqlar aparır?
  • Bu gün, 12:35
    Bu qarpızlar mədə və bağırsağı məhv edir
  • Bu gün, 11:06
    İran bu üç ölkəni hədələdi: Sonradan şikayətlənməyin!
  • Bu gün, 10:18
    Moskvadakı bütün ölkələrin səfirliklərinə nota göndərildi
  • Bu gün, 09:03
    Yulaf əzməsi həqiqətən faydalıdırmı?
  • Dünən, 22:40
    Həyatında yeni səhifə açacaq 4 bürc
  • Dünən, 21:26
    Elmi araşdırma: Hansı idman hansı xəstəliyə faydalıdır?
  • Dünən, 19:46
    Bakını tüstü bürüyür – Paytaxtı zəhərləyənlər cəzalanacaqmı?
  • Dünən, 18:35
    Sarımsaqdan öskürək siropunu belə hazırlayın
  • Dünən, 17:07
    Kanada ABŞ-la ticarət danışıqlarını dayandırdı
  • Dünən, 16:03
    Bu ölkənin daxili işlərinə heç vaxt müdaxilə etmirik - Qalibaf
  • Dünən, 15:18
    Saç tökülməsinin ümumi səbəbləri - Hər gün neçə tel itirilə bilər?
  • Dünən, 14:50
    32 dövlət Makrona görə təşviş içində – O tarixdən sonra hər şey dəyişə bilər
  • Dünən, 13:06
    Ən çətin şəraitdə belə, Rusiya bunu edəcək – Putin
  • Dünən, 12:20
    Günorta saatlarında yorğunluqdan belə xilas olun - Həkimdən 3 sadə MƏSLƏHƏT
  • Dünən, 11:00
    ABŞ-da daimi yaşamaq istəyənlərə ŞAD XƏBƏR - Məhkəmə qadağanı ləğv etdi
  • Dünən, 09:02
    Yumurtanı səhər yox, axşamlar yeyin
  • 21-08-2026, 22:41
    Həkimlər ən çox miqrenə səbəb olan qidaları müəyyən ediblər
  • 21-08-2026, 21:23
    Dünəndən qalan çayı içmək olar?
  • 21-08-2026, 20:16
    ABŞ İrana niyə hücum edib? - Tramp tək səbəbi açıqladı
  • 21-08-2026, 19:08
    Türkiyə hərbi gücünü artırır: İsrail gəmiləri ilə bağlı GƏRGİNLİK
  • 21-08-2026, 18:13
    Qarında piyləri azaldan çörək növü hansıdır?
  • 21-08-2026, 17:32
    Hərbi biletlə bağlı qərar: Onlar 200 manat cərimə olunacaqlar - RƏSMİ
  • 21-08-2026, 16:25
    Hava ilə bağlı gözlənilməz dəyişiklik: oktyabra qədər davam edəcək – Yeni rekord
  • 21-08-2026, 15:38
    Qovunu kimlər ehtiyatla yeməlidir?
  • 21-08-2026, 14:21
    İsrail Ərdoğanı hədəf aldı: “Bizi sınağa çəkmə”
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə