• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır
Rusiya tankerlərin istiqamətini dəyişdi: Yeni marşrut...
İsrail və Türkiyə gizli danışıqlar aparır?
Bu qarpızlar mədə və bağırsağı məhv edir
İran bu üç ölkəni hədələdi: Sonradan şikayətlənməyin!
Moskvadakı bütün ölkələrin səfirliklərinə nota göndərildi
Yulaf əzməsi həqiqətən faydalıdırmı?
Həyatında yeni səhifə açacaq 4 bürc
Elmi araşdırma: Hansı idman hansı xəstəliyə faydalıdır?
Bakını tüstü bürüyür – Paytaxtı zəhərləyənlər cəzalanacaqmı?
Sarımsaqdan öskürək siropunu belə hazırlayın
Kanada ABŞ-la ticarət danışıqlarını dayandırdı
Bu ölkənin daxili işlərinə heç vaxt müdaxilə etmirik - Qalibaf
Saç tökülməsinin ümumi səbəbləri - Hər gün neçə tel itirilə bilər?
32 dövlət Makrona görə təşviş içində – O tarixdən sonra hər şey dəyişə bilər
Ən çətin şəraitdə belə, Rusiya bunu edəcək – Putin
Günorta saatlarında yorğunluqdan belə xilas olun - Həkimdən 3 sadə MƏSLƏHƏT
ABŞ-da daimi yaşamaq istəyənlərə ŞAD XƏBƏR - Məhkəmə qadağanı ləğv etdi
Yumurtanı səhər yox, axşamlar yeyin
Həkimlər ən çox miqrenə səbəb olan qidaları müəyyən ediblər
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır

Gündəm / Səhiyyə

Bu gün, 15:27

Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır



Əvvəllər ultra-emal olunmuş qidalar artıq piylənmə, diabet və ürək xəstəlikləri ilə əlaqələndirilirdi. İndi isə Florida Atlantik Universitetinin (ABŞ) alimləri bu tür qidaların həddindən artıq istehlakının kişilərdə ağciyər xərçəngindən sonra ən çox təsadüf edilən onkoloji diaqnoz olan prostat xərçənginin inkişafı riskini əhəmiyyətli dərəcədə artırdığına dair inandırıcı sübutlar təqdim ediblər.

Publika.az xəəbər veirr ki, genişmiqyaslı tədqiqatın nəticələri nüfuzlu “American Journal of Medicine” nəşrində dərc olunub.

Ultra-emal olunmuş məhsullar müasir insanın rasionunda möhkəm yer tutub. Məsələn, ABŞ-da böyüklərin qəbul etdiyi kalorilərin təxminən 60%-i, uşaqların isə təxminən 70%-i bu qidaların payına düşür. Bu kateqoriyaya qazlı içkilər, quru səhər yeməkləri, qablaşdırılmış qəlyanaltılar (sneklər), fastfud, kolbasa və sosislər, ət yarımfabrikatları və s. daxildir. Bunların hamısı rafinə edilmiş yağlar, şəkər, nişasta və dadı yaxşılaşdıran, yararlılıq müddətini uzadan, lakin qidanı qida dəyərindən məhrum edən kimyəvi komponentlər əlavə edilməklə sənaye üsulu ilə istehsal olunur.

Tədqiqatın əsasını 2003-cü ildən 2023-cü ilədək 18 və daha yuxarı yaşda olan 17 024 amerikalını əhatə edən Milli Sağlamlıq və Qidalanma Müayinəsi Sorğusunun (NHANES) məlumatları təşkil edib. “NOVA” beynəlxalq qida təsnifatı sisteminin köməyi ilə alimlər iştirakçıları gündəlik rasionlarında ultra-emal olunmuş qidaların payından asılı olaraq dörd qrupa bölüblər: bu cür qidalardan kalorilərin 20%-dən azını alanlardan tutmuş, bu göstəricisi 44%-dən çox olanlara qədər.

Təhlilin nəticələri dəqiq riyazi qanunauyğunluq göstərib: ultra-emal olunmuş məhsulları yüksək səviyyədə istehlak edən kişilərdə prostat xərçəngi ilə qarşılaşma riski düzgün qidalananlarla müqayisədə 29% yüksək olub.

Hətta yaş, irq, gəlir səviyyəsi və tütün çəkmə nəzərə alınmaqla məlumatların dəqiq düzəlişindən sonra da statistik təhlükə dəyişməz olaraq qalıb və 24%-dən 31%-ədək diapazonda tərəddüd edib. Alimlər belə bir əlaqənin bioloji səbəbləri kimi qatqı maddələrinin təşviq etdiyi maddələr mübadiləsi pozuntularını, sistemli iltihabları, oksidləşdirici stresi və bağırsaq mikrobiomundakı kritik dəyişiklikləri göstərirlər.

İşin müəlliflərinin fikrincə, ultra-emal olunmuş qidalarla bağlı mövcud vəziyyət ötən əsrin genişmiqyaslı tütünəleyhinə kampaniyasını xatırladır. Dövlətin siyasətini dəyişməyə başlaması üçün onilliklər boyu mübarizə və siqaretin zərərinin təkzibedilməz sübutları tələb olundu. Bu gün qida sənayesinin prioritetləri də eynilə əhalinin sağlamlıq mənafeləri ilə ziddiyyət təşkil edir, zərərli qidaların əlçatanlığı isə onun istehlakını qlobal problemə çevirir.

Professor Kollin Hennekens bu qorxulu statistikaları azaltmaq üçün bütün dünyada həkimləri pasiyentləri minimum emal olunmuş qidaların xeyrinə qidalanma vərdişlərini dəyişməyə fəal şəkildə həvəsləndirməyə çağırır.

Oxunub: 9
Paylaş:
Digər xəbərlər

Gündəm / Araşdırma

12-02-2026, 12:12

İnsult və infarktı tətikləyən qidalar – Siyahı

Gündəm / Səhiyyə

1-11-2025, 09:00

Hər gün yediyimiz bu 3 qida bağırsaq xərçəngi yaradır

Gündəm / Araşdırma

20-03-2025, 16:04

Bu 4 məhsul hər il 2 milyon insanı öldürür – ÜST-dən DƏHŞƏT

Araşdırma

6-12-2022, 12:17

Bu qidalar alzheimer riskini ARTIRIR

Gündəm / Səhiyyə

31-12-2024, 22:51

Uşaqlar kolbasa verməyin - XƏBƏRDARLIQ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır
Rusiya tankerlərin istiqamətini dəyişdi: Yeni marşrut...
İsrail və Türkiyə gizli danışıqlar aparır?
Bu qarpızlar mədə və bağırsağı məhv edir
İran bu üç ölkəni hədələdi: Sonradan şikayətlənməyin!
Moskvadakı bütün ölkələrin səfirliklərinə nota göndərildi
Son xəbərlər
  • Bu gün, 15:27
    Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır
  • Bu gün, 14:51
    Rusiya tankerlərin istiqamətini dəyişdi: Yeni marşrut...
  • Bu gün, 14:39
    İsrail və Türkiyə gizli danışıqlar aparır?
  • Bu gün, 12:35
    Bu qarpızlar mədə və bağırsağı məhv edir
  • Bu gün, 11:06
    İran bu üç ölkəni hədələdi: Sonradan şikayətlənməyin!
  • Bu gün, 10:18
    Moskvadakı bütün ölkələrin səfirliklərinə nota göndərildi
  • Bu gün, 09:03
    Yulaf əzməsi həqiqətən faydalıdırmı?
  • Dünən, 22:40
    Həyatında yeni səhifə açacaq 4 bürc
  • Dünən, 21:26
    Elmi araşdırma: Hansı idman hansı xəstəliyə faydalıdır?
  • Dünən, 19:46
    Bakını tüstü bürüyür – Paytaxtı zəhərləyənlər cəzalanacaqmı?
  • Dünən, 18:35
    Sarımsaqdan öskürək siropunu belə hazırlayın
  • Dünən, 17:07
    Kanada ABŞ-la ticarət danışıqlarını dayandırdı
  • Dünən, 16:03
    Bu ölkənin daxili işlərinə heç vaxt müdaxilə etmirik - Qalibaf
  • Dünən, 15:18
    Saç tökülməsinin ümumi səbəbləri - Hər gün neçə tel itirilə bilər?
  • Dünən, 14:50
    32 dövlət Makrona görə təşviş içində – O tarixdən sonra hər şey dəyişə bilər
  • Dünən, 13:06
    Ən çətin şəraitdə belə, Rusiya bunu edəcək – Putin
  • Dünən, 12:20
    Günorta saatlarında yorğunluqdan belə xilas olun - Həkimdən 3 sadə MƏSLƏHƏT
  • Dünən, 11:00
    ABŞ-da daimi yaşamaq istəyənlərə ŞAD XƏBƏR - Məhkəmə qadağanı ləğv etdi
  • Dünən, 09:02
    Yumurtanı səhər yox, axşamlar yeyin
  • 21-08-2026, 22:41
    Həkimlər ən çox miqrenə səbəb olan qidaları müəyyən ediblər
  • 21-08-2026, 21:23
    Dünəndən qalan çayı içmək olar?
  • 21-08-2026, 20:16
    ABŞ İrana niyə hücum edib? - Tramp tək səbəbi açıqladı
  • 21-08-2026, 19:08
    Türkiyə hərbi gücünü artırır: İsrail gəmiləri ilə bağlı GƏRGİNLİK
  • 21-08-2026, 18:13
    Qarında piyləri azaldan çörək növü hansıdır?
  • 21-08-2026, 17:32
    Hərbi biletlə bağlı qərar: Onlar 200 manat cərimə olunacaqlar - RƏSMİ
  • 21-08-2026, 16:25
    Hava ilə bağlı gözlənilməz dəyişiklik: oktyabra qədər davam edəcək – Yeni rekord
  • 21-08-2026, 15:38
    Qovunu kimlər ehtiyatla yeməlidir?
  • 21-08-2026, 14:21
    İsrail Ərdoğanı hədəf aldı: “Bizi sınağa çəkmə”
  • 21-08-2026, 13:40
    Rusiyadan İsrailə şok xəbərdarlıq: Dövlət kimi yox olacaqlar
  • 21-08-2026, 12:10
    Tez-tez başgicəllənmənin mümkün səbəbləri
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə