• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ayaqlarda mavi ləkələr qan qatılaşmasını göstərir
Ürək tutmasının qarşısını alan şirə elan olundu
Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
Çox yorğunluq yaşayanlar nələri yoxlatmalıdır?
Türkiyə İraqdakı kürdlərin müdafiəsinə qalxdı – Ankaradan Tehrana sərt xəbərdarlıq
ABŞ onlara xəbərdarlıq etdi: “Bu ölkələrə səfərdən çəkinin və təxliyəyə hazır olun”
Dəfnə yarpağı dəmləməsinin bilinməyən faydaları
Asiyada yeni müharibə başlayır
ABŞ-dan sərt viza qərarı - 20 min dollar tələb ediləcək
Qaraciyər xəstəliyinin beyinə təsir edən ağırlaşması
Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi
Bakı təhlükələrə qarşı hazırlığı artırır - “Forbes”dən diqqətçəkən analiz
Sağlam onurğa üçün mütəxəssisdən tövsiyələr
“Ərəb nüvə bombası”na doğru: ABŞ–Səudiyyə sazişinin pərdəarxası
Seuta böhranı: Almaniya da hərəkətə keçdi...
Hər yemək arasında nə qədər fasilə olmalıdır?
Ən böyük sirr açıldı: 5 min illik məzardan görün nələr çıxdı
Ən romantik və ən qısqanc bürclər
Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum
Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Fransa Ermənistana niyə və nə qədər silah satacaq?

Xəbərlər

15-06-2023, 18:30

Fransa Ermənistana niyə və nə qədər silah satacaq?


Ermənistanı silahlandırmağa hazırlaşan Fransa əslində özünü regionda tərksilah edir

Fransa Milli Məclisinin (ölkənin ali qanunverici orqanının aşağı palatası, - red.) deputatı İzabel Santyaqo parlamentdə çıxış edərkən "Dağlıq Qarabağın erməni xalqının müdafiəsi üçün BMT Təhlükəsizlik Şurasının təcili şəkildə qətnamə qəbul etməsinə zərurət duyulduğunu" vurğulayıb.

"Fransanın Ermənistanla tarixi və çox yaxın əlaqələri var. Xalqımızın borcu hərəkətə keçməkdir, çünki indi biz Ermənistanı beynəlxalq arenada dəstəkləyən və köməklik göstərən yeganə ölkəyik", - İ.Santyaqo deyib.

Fransanın XİN başçısı Katrin Kolonna isə ölkə parlamentinin Azərbaycanla Ermənistan arasındakı problemlərə həsr olunmuş iclasında çıxış edərkən Bakını yenə "tənqid" edib. O, "Laçın yolunun dərhal açılmasını" tələb edib, "yolun blokadası qanunsuzdur" söyləyib.

"Ermənistanın qonşusu ilə sülhü əldə etməsi üçün dünyada heç bir dövlət Fransa qədər səy göstərmir", - Kolonna deyib.

Göründüyü kimi, Fransa Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin hər iki istiqamətdə sərbəst hərəkətini görmək istəmir. Daha doğrusu, fransalı siyasətçilər qarabağlı erməniləri "Dağlıq Qarabağın erməni xalqı", Laçın yolunu "blokadalı yol" adlandırmaqla reallığı ambisiyalara, gerçək vəziyyəti xəstə təxəyyülə qurban verdiklərini nümayiş etdirirlər.

Fransa siyasətçilərinin ölkədəki erməni icmasındakı seçicilərin dəstəyini qazanmaq və qarşıdan gələn seçkilərdə həmin ermənilərin məhz onların namizədliklərini dəstəkləməsi üçün bütün qüvvələrini səfərbər etdiklərini nəzərə alsaq, paradoksal, siyasətdə çox nadir hallarda rast gəlinən situasiyanı müşahidə etmiş oluruq.

Normal dövlət idarəetməsində istənilən siyasətçi və ya siyasi qüvvə hakimiyyətə gəldikdən sonra daxili siyasət bir qədər arxa plana keçir və xarici siyasətin dəstək funksiyalarından biri olur.

Fransada isə son vaxtlar tam əksidir: ölkədəki erməni icmasını öz elektoral bazasına daxil edərək sosial kütləsi arasına almağa can atan fransalı siyasətçilər, siyasi qurumlar, deputatlar, senatorlar, bələdiyyə funksionerləri və sonda da Prezident Emmanuel Makron ermənilərlə Ermənistanı "tam dəstək verilən" subyektlərə çeviriblər.

Belə halda obyektlə subyekt arasındakı münasibətlərin əcaib, Fransanın milli və dövlət maraqlarına tam zidd olay təsiri bağışlaması da Parisi və ermənidən artıq erməni olduqlarını göstərməyə çalışanları, deyəsən, narahat etmir.

Fransanın Azərbaycana qarşı tutduğu mövqe isə sırf ultimativ aktivizmdir.

Bu bəlalı sindrom Azərbaycan-Ermənistan problematikası müstəvisində Fransa isteblişmentinin yeni ideologiyasını təşkil edirdisə, hazırda Parisin İrəvana hərbi-strateji dəstəyini də özündə ehtiva edir.

Parisdəki Siyasi Perspektivlər və Təhlükəsizlik İnstitunun (İPSE) prezidenti, Fransanın müdafiə nazirinin sabiq müşaviri Emmanuel Dupuyun dediyinə görə, Ermənistana az qala bütün sahələrdə maksimum dəstək verən, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına yönəlmiş prosesdə İrəvanı aqressiv davranaraq, utopiya səviyyəsində şərtlər irəli sürməyə vadar edən Paris vasitəçilik də etmək istəyir.

İroniyaya bax: Ermənistanı silahlandıran, Azərbaycanı daim hədəf alan, problemin həll edilməməsi üçün bütün vasitələrdən istifadə edən Fransa, sən demə, "sülh və stabillik tərəfdarı" imiş...

Nəzərə almağımızın zəruri olduğu digər məqam odur ki, Fransada parlamentin iki palatasında - Milli Assambleyada və Senatda - erməniləri dəstəkləyən deputatlarla senatorlar, habelə siyasətçilər, bələdiyyə mənsubları və s.-nin bəyanatları heç bir halda rəsmi Parisin mövqeyi sayıla bilməz.

Doğrudur, Fransa Prezidenti Emmanuel Makron sürəkli olaraq Ermənistanı dəstəklədiyini desə də, rəsmi İrəvan Parisin dəstəyini tam hiss etmədiyini vurğulayır.

Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin təşəbbüsü və vasitəçiliyi ilə keçirilmiş müzakirələrdə Emmanuel Makron az qala "tamhüquqlu tərəf" qismində iştirak etməyə çalışsa da, onun cəhdləri hər dəfə rəsmi Bakının qətiyyətli müqaviməti ilə üzləşib.

Fransanın Ermənistana zenit-raket və hava hücumundan müdafiə sistemləri, özüyeriyən artilleriya qurğuları (ÖAQ), haubitsalar, ilk partiyada 50 "50 VAB MK3" zirehli transportyorları, habelə "Bastion" və "Şerpa" zirehli maşınlarını satmağa hazırlaşması ilə Makronun bəyanatları ilə nə dərəcədə məntiqi uzlaşmadadır? - bunu Yelisey Sarayında yəqin heç kim izah edə bilməz.

Elementar misal kimi Avropa Siyasi İttifaqının Moldovanın paytaxtı Kişineuda keçirilmiş sammitində Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında olan görüşdə Almaniyanın Baş naziri Olaf Şolts və Fransanın dövlət başçısı Emmanuel Makron da iştirak edirdilər.

Üçtərəfli görüş formatında olan bu müzakirələrdən sonra E.Makron "beştərəfli görüşün yekun bəyannaməsi"nin qəbulunda israrlı olsa da, Şarl Mişel və İlham Əliyev bu təklifin qəbuledilməz olduğunu söyləmişdilər.

Ermənistana silah-sursat və hərbi texnikanın satışlarına gəldikdə isə, rəsmi Parisin mövqeyi anlaşılan deyil. Yelisey Sarayı bəyan edir ki, sən demə, 2022-ci ilin sentyabrında Fransa və Ermənistan arasında imzalanmış ikitərəfli anlaşmaya görə, "tərəflər silahlı qüvvələrinin operativ uyğunluğu ilə döyüş qabiliyyətinin də artırılması sahəsində əməkdaşlıq edəcəklər".

İrəvana hərbi attaşe təyin edilməsi barədə qərar qəbul edən rəsmi Paris analoji addımı Azərbaycanla bağlı da atmağa hazırlaşır. Belə ki, Fransanın diplomatik mənbələrindən verilən məlumatlara görə, "Fransa və Azərbaycan arasında sənayə, hərbi-texniki və müdafiə sahəsində əməkdaşlığın intensivləşdirilməsinə təkan vermək üçün Bakıya hərbi attaşenin təyinatı məsələsi nəzərdən keçirilir".

O da vurğulanıb ki, Fransanın "Naval Group" hərbi konserni Azərbaycana 2 korvetin satılması ilə bağlı danışıqlara da hazırdır.

Fransanın Ermənistana satmağa hazırlaşdığı "VAB MK3" zirehli transportyorlarına gəldikdə isə, 1976-cı il modelli bu "zirehli drandulet"lər Ermənistan ordusunun qalıqlarını silahlı qüvvələrə döndərə bilməz.

Sadəcə, Fransa Prezidenti Emmanuel Makron öz illüziyalarının və ambisiyalarının məhbusu olduğundan reallığı anlamaq istəmir, anlamır da.

Elçin Alıoğlu
TREND

Oxunub: 454
Paylaş:
Digər xəbərlər

Xəbərlər

31-12-2022, 17:17

Dünya birliyindən Fransa və Ermənistana NÖVBƏTİ SİLLƏ

Xəbərlər

16-11-2022, 16:15

Fransanın Qarabağ planı: Makron qətnamədən öncə Əliyevdən nə istəyib?

Xəbərlər

14-10-2022, 18:17

ŞOK GƏLİŞMƏ! İlham Əliyevdən Makronun bu bəyanatına sərt REAKSİYA

Video

4-08-2019, 08:22

"Fransa və Azərbaycan Ermənistanı çökdürür" — YAP-çı deputat (VİDEO)

Xəbərlər

12-06-2019, 16:19

Fransa separatçı Qarabağla bütün əlaqələri kəsir - Daha dörd “saziş” ləğv edildi

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ayaqlarda mavi ləkələr qan qatılaşmasını göstərir
Ürək tutmasının qarşısını alan şirə elan olundu
Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
Çox yorğunluq yaşayanlar nələri yoxlatmalıdır?
Türkiyə İraqdakı kürdlərin müdafiəsinə qalxdı – Ankaradan Tehrana sərt xəbərdarlıq
ABŞ onlara xəbərdarlıq etdi: “Bu ölkələrə səfərdən çəkinin və təxliyəyə hazır olun”
Son xəbərlər
  • Bu gün, 12:16
    Ayaqlarda mavi ləkələr qan qatılaşmasını göstərir
  • Bu gün, 09:02
    Ürək tutmasının qarşısını alan şirə elan olundu
  • Dünən, 22:23
    Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
  • Dünən, 21:29
    Çox yorğunluq yaşayanlar nələri yoxlatmalıdır?
  • Dünən, 20:08
    Türkiyə İraqdakı kürdlərin müdafiəsinə qalxdı – Ankaradan Tehrana sərt xəbərdarlıq
  • Dünən, 19:56
    ABŞ onlara xəbərdarlıq etdi: “Bu ölkələrə səfərdən çəkinin və təxliyəyə hazır olun”
  • Dünən, 18:20
    Dəfnə yarpağı dəmləməsinin bilinməyən faydaları
  • Dünən, 17:04
    Asiyada yeni müharibə başlayır
  • Dünən, 16:35
    ABŞ-dan sərt viza qərarı - 20 min dollar tələb ediləcək
  • Dünən, 15:11
    Qaraciyər xəstəliyinin beyinə təsir edən ağırlaşması
  • Dünən, 14:43
    Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi
  • Dünən, 13:31
    Bakı təhlükələrə qarşı hazırlığı artırır - “Forbes”dən diqqətçəkən analiz
  • Dünən, 12:19
    Sağlam onurğa üçün mütəxəssisdən tövsiyələr
  • Dünən, 11:32
    “Ərəb nüvə bombası”na doğru: ABŞ–Səudiyyə sazişinin pərdəarxası
  • Dünən, 10:23
    Seuta böhranı: Almaniya da hərəkətə keçdi...
  • Dünən, 09:00
    Hər yemək arasında nə qədər fasilə olmalıdır?
  • 31-07-2026, 22:53
    Ən böyük sirr açıldı: 5 min illik məzardan görün nələr çıxdı
  • 31-07-2026, 22:19
    Ən romantik və ən qısqanc bürclər
  • 31-07-2026, 20:50
    Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum
  • 31-07-2026, 19:37
    Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?
  • 31-07-2026, 18:05
    Mədə qastriti ağrı vermir? - Həkim bu mifi dağıtdı
  • 31-07-2026, 17:44
    İsrail Trampın planından şübhələnir: HƏMAS-ın silahı yerə qoyacağına inanmır
  • 31-07-2026, 16:22
    Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə razılaşma əldə olundu - Tramp
  • 31-07-2026, 15:07
    Xərçəng tarixə qovuşur? - İlk sınaq müsbət nəticə verdi
  • 31-07-2026, 14:26
    Krım körpüsündə hərəkət qəfil dayandırıldı - Rəsmi açıqlama
  • 31-07-2026, 13:41
    100 gün ərzində müharibənin taleyi həll ola bilər - Tusk
  • 31-07-2026, 12:27
    Qalxanabənzər vəzin xəstəlikləri – Ən çox rast gəlinən simptomlar
  • 31-07-2026, 11:33
    Köçəryan Paşinyanı məhkəməyə verdi, özü cərimələndi
  • 31-07-2026, 10:32
    İspaniya Afrika anklavına qoşun göndərdi - Nə baş verir?
  • 31-07-2026, 09:04
    İnsanlar niyə əsnəyir və niyə yoluxucudur?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə