• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Yeni Roma Papası niyə amerikalı oldu? – Vatikan kulislərində geosiyasi mübarizə
Qatı qanın orqanizmə verdiyi ZƏRƏR
Planetdə həyatın sonu: Yerdə oksigenin nə vaxt yox olacağı açıqlandı
Təzyiq dərmanını axşam, yoxsa səhər içməli? - Həkimdən AÇIQLAMA
Bakıda mühüm görüş – Azərbaycan iki düşməni barışdıra biləcək?
ABŞ BMT-də Aİ-nin Ukrayna ilə bağlı layihəsinə niyə "yox" deyib?
SSRİ kosmik stansiyası Azərbaycana düşəcək? – Rəsmi xəbərdarlıq
DTX və DSX-dən birgə əməliyyat: saxlanılan var
Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?
Gözdə narahatlıq yaradan giləmeyvələr
Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? – SƏBƏB
Avropa Parlamentinin Türkiyə hesabatına sərt reaksiya
Tut yarpağının faydaları - Xolesteroldan şəkərə qədər...
Bu gün Bakıda Türkiyə-İsrail danışıqları keçiriləcək
Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki…
Gün ərzində nə qədər duz qəbul etmək olar?
Maskasız 4 bürc - Onların içi də çölü də birdir
Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri
ABŞ və İsrail İranla döyüş qaydalarını dəyişdirdi – Bölgədəki qalası yerlə-yeksan edilir
Pakistan Baş naziri: Qorxaqcasına hücum edən Hindistan layiqli cavab aldı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Ermənilər üç yerə parçalandılar: İrəvan taleyinin seçimini etməlidir

Xəbərlər

23-05-2023, 15:34

Ermənilər üç yerə parçalandılar: İrəvan taleyinin seçimini etməlidir


Ermənilər artıq üç düşərgəyə parçalandılar: diaspor, Ermənistan və Azərbaycan erməniləri. Bu üç düşərgə arasında hələlik sosial şəbəkələrdə didişmə başlanıb. Az sonra qarşıdurmanın daha da aktivləşəcəyi gözlənilir

Ermənistanın baş naziri Nikol Paşinyanın dediyinə görə, o, Azərbaycanla yekun sülh sazişi imzalamağa hazırdır. Hər halda İrəvanda keçirdiyi mətbuat konfransında belə bəyanat vermişdi.

"Regionumuzda hərbi-siyasi vəziyyət gərgin olaraq qalır. Ermənistan hökuməti bu gərginliyin aradan qaldırılması üçün sülh gündəminin təbliğini əsas üsul hesab edir. Azərbaycanla sülh və münasibətlərin qurulması haqqında saziş ətrafında intensiv danışıqlar gedir və biz ümid edirik ki, mətnlə bağlı tezliklə razılığa gəlib, imzalayacağıq. Beynəlxalq ictimaiyyətin təsəvvürü getdikcə daha çox Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü - 29800 kv.km və 86600 kv.km qeyd-şərtsiz tanımalı olduğu formulasına meyillənir. Müvafiq olaraq, Bakı və Xankəndi arasında Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün dialoq aparılmalıdır. Biz bu məntiqlə razıyıq və bu məntiqlə danışıqlar aparırıq, Xankəndi-Bakı dialoquna zəmanət verən beynəlxalq mexanizmlərin son dərəcə vacib olduğunu vurğulayırıq. Eyni zamanda, mən əminəm ki, Ermənistanın təhlükəsizliyinin strateji təminatı sülhdür və bu, bütün qonşularla münasibətlərin normallaşdırılması yolu ilə mümkündür. Bu, asan proses deyil, amma düşünürəm ki, xalqımızın istədiyi və gözlədiyi budur", - Paşinyan söyləyib.

Paşiyanın bu bəyanatı Ermənistan daxilindəki revanşist və ifrat irqçi-millətçi kütləni, az sonra xarici ölkələrdəki erməni diaspor təşkilatlarını, sonda da Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniləri narahat edib.

Hazırda Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdirildiyi ərazilərdəki ermənilər arasında vurnuxma, təlaş və çaxnaşma o həddə çatıb ki, onlar bu gecə təcili "parlament iclası" keçiriblər.

Xankəndindəki toplantıya özlərini "deputat" adlandıran şəxslərlə yanaşı, separatçı xuntanın rəhbərliyi də qatılmışdı.

Toplantı əsnasında separatçılar arasında ciddi narahatlıq aşkar sezilirdi.

Təcili iclasın məqsədi Paşinyana etiraz etmək, "öz müqəddəratını təyinetmə" məsələsini gündəmə gətirmək idi, həmçinin, Araik Arutyunyandan erməni baş nazirə etiraz etməsi tələb olunub. Paşinyanın sözlərinə cavab olaraq "bəyanat" qəbul olunub.

Separatçıların qondarma bəyanatı gecə saatlarında yayılıb. Bəyanatda Brüssel razılaşması, o cümlədən, Ermənistan tərəfindən imzalanan sənədləri qəbul etmədiklərini bildirir, N.Paşinyan "qarabağlı ermənilərin taleyi ilə oynamaqda və onlrın maraqlarını nəzərə almamaqda" suçlanır.

"Baş nazir Nikol Paşinyanın mətbuat konfransında Qarabağı Azərbaycan ərazisi kimi tanımağı hazır olduğunu təsdiqlədiyi bəyanat bizdə böyük hiddət və qəzəb doğurdu. Bizim üçün Nikol Paşinyanın suverenliyimizə, xalqımızın öz müqəddəratını təyinetmə hüququna və onun həyata keçirilməsi faktına məhəl qoymaması ilə bağlı hər hansı bəyanatı və onun əsasında tərtib edilmiş hər hansı sənəd qəbuledilməz və faydasızdır. Qətiyyətli mübarizə yolundan heç vaxt əl çəkməyəcəyik.

Mövcud təhlükəli reallıqdan dərin narahat olaraq bütün erməniləri Ermənistan Respublikasının hazırkı hakimiyyət orqanlarının erməni vətəninin bir hissəsini, bizim və Ermənistan Respublikasının suveren ərazilərini ələ keçirməsinin qarşısını almağa çağırır. Eyni zamanda, Ermənistanın keçmiş prezidentlərinin Nikol Paşinyanın bəyanatlarını pisləməyə çağırırıq. Əks halda, sizin susmağınızı Ermənistan Respublikasının baş naziri ilə razılaşma əlaməti kimi qiymətləndirəcəyik", - bəyanatda deyilir.

Separatçı xuntanın sabiq rəhbərləri Bako Saakyanla Arkadi Qukasyan da Paşinyana etiraz edib. Onların etirazı qondarma deputatların "siz də danışın, əks halda Nikol Paşinyanla razı olduğunuzu düşünəcəyik" xəbərdarlığından sonra edilməsi buna məcbur qaldıqlarından xəbər verir.

Gecə saatlarında keçirilən təcili toplantının digər məqsədinin Bakıya "mübarizə aparacağıq" mesajının verilməsi olduğu da şübhə doğurmur.

Xankəndindəki separatçı xunta Ermənistanın Azərbaycan ərazisini tanımasından sonra Bakının onların zərərsizləşdirilməsi istiqamətində addımlar atacağından qorxur.

Paşinyanın bəyanatı Qarabağdakı erməni əhalisi arasında da çaxnaşma yaradıb. Səbəb bəllidir: açıq mətnlə səslənən bu fikirlər ermənilərin "ya ərazini tərk etmək, ya da Azərbaycan vətəndaşlığını qəbul etmək" seçimini qətiləşdirir və üçüncü seçimin olmadığı gerçəyini ön plana çıxarır.

Məhz bu səbəbdən separatçılar Xankəndində təcili olaraq "Dövlət Müdafiə Komitəsi"nin yaradılmasını təklif ediblər.

Nikol Paşinyanın bəyanatlarına qarşı etirazların digər cəbhələrinin Ermənistan daxilindəki radikallarla revanşistlərdən, habelə müxtəlif ölkələrdəki erməni diaspor təşkilatlarının funksionerlərindən ibarət olduqlarını da unutmayaq.

Onlar bəyan edirlər ki, Paşinyan "Qarabağ məsələsi"ni qarabağlı ermənilərin "milli müqəddəratını təyin etmək" uğrunda savaşından ərazi iddiaları müstəvisinə keçirib. Revanşistlərlə "sprük", yəni erməni diasporu hesab edir ki, Ermənistanı indi nihilistlər, mankurtlar və xəyanətkarlar idarə edirlər: bu səbəbdən də qarabağlı ermənilər "silahlı müqavimətə başlamalıdır".

Ümumiyyətlə, qarabağlı erməniləri silahlı mübarizəyə, savaşa və döyüşlərə çağıranlar həmişə çox olub, indisə onların sayı həndəsi silsilə ilə artıb.

Revanşistlərlə "sprük" belə mübarizəni necə təsəvvür edir?!

RSK-nın nəzarətindəki ərazilərdə olan ermənilərin hazırda təqribən 9800 nəfərlik silahlı terrorçu-diversant qrupları var. Həmin qruplar iriçaplı atıcı silahlara və bir neçə artilleriya qurğusuna da malikdir.

Lakin həmin terrorçuların istisnasız olaraq hamısının yerləşdikləri məkanlar, səngərlərin və blindajların, sursat anbarlarının və daşıma marşrutlarının istisnasız olaraq hamısı ordumuzun atış məsafəsindədir.

Aerokosmik müşahidəni də unutmayaq.

Yəni antiterror əməliyyatı başlayarsa, terrorçu-diversant qrupları maksimum 72 saat ərzində bütünlüklə məhv ediləcəklər.

Yekun sülh sazişinə gəldikdə isə, mayın 25-də Moskvadakı görüş və müzakirələrin sonucunda belə sənədin imzalanma ehtmalı yüksək deyil.

Moskva görüşündən belə nəticəni gözləmək də ifrat nikbinlik olardı.
Ətraflı

Brüssel və Vaşinqtonda Azərbaycanla Ermənistan arasında müzakirələr aparılandan sonra Moskva təşəbbüsün, habelə prosesə kənar nəzarətlə mühahidə imkanlarının əldən çıxmağa başladığını anladığından dərhal aktivləşib.

Əvvəl Azərbaycan və Ermənistanın XİN başçıları, daha sonra isə Ermənistanın baş naziri ilə Azərbaycan Prezidenti arasındakı müzakirələrdə Qərbin vasitəçilik cəhdləri ilə səylərinin miqyasının artdığını anlayan Rusiya 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın aktuallığını itirməməsi adı ilə prosesi kontrol altına almaq niyyətindədir.

Kreml tələsir, çünki Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına yönəlmiş prosesə təkan vermək üçün Qərb bundan sonra ilk əvvəl iyunun 1-də Avropa İttifaqının Kişinyovda keçiriləcəyi sammitində, sonra isə iyunun sonlarına yaxın Brüsseldə Avropa İttifaqı Şurasının vasitəçiliyi ilə Bakı-İrəvan müzakirələrini davam etdirəcək.

Nikol Paşinyan Qərbin moderatorluğu ilə aparılan müzakirələri "pozitiv" dəyərləndirdiyindən Rusiya yaşanan olayların onun üçün təhlükəli məcrada getdiyinin fərqinə varıb və bu səbəbdən mayın 25-də Kremldə görüş keçirərək yekun sülh sazişinin imzalanmasına nail olmayacaqsa belə, sənədin yekun layihəsinin son interpretasiyada ərsəyə gətirilməsinə can atır.

Əks təqdirdə Rusiya proseslərdəki sülhməramlılıq funksionallığını və ən əsası - Ermənistana təsir rıçaqlarını itirə bilər.

Qərbin davranışını destruktiv adlandıran Moskva sülh prosesinin sadəcə, üçtərəfli bəyanatın prinsipləri əsasında ola biləcəyini də bəyan edib.

Daha doğrusu, Moskva hələlik diplomatik ifadələrlə, amma yetərincə konkret şəkildə vurğulayır ki, hazırda Qərbin vasitəçiliyi və moderasiyası ilə aparılan danışıqlarda Rusiya ən aktiv şəkildə iştirak etməlidir.

Nikol Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında "Rusiya ilə münasibətlər və əlaqələr bizim üçün çox önəmlidir, dəyərlidir" desə də, sonrakı ifadələrində üstüörtlü şəkildə ermənilərin artıq Rusiyaya güvənmədiklərini, Moskvanı müttəfiq və tərəfdaş saymadıqlarını, Ermənistanın təhlükəsizliyinin təminatıçısı hesab etmədiklərini söylədi.

MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) gəldikdə isə, Nikol Paşinyan çox açıq danışıb. O, KTMT-nin Ermənistana "yardım etmədiyini və dəstək vermədiyini" söyləyib.

"Ermənistan KTMT-dən yox, KTMT Ermənistandan çıxmaq istəyir" deyən Paşinyan əslində sözügedən qurumda üzvlüyün Ermənistan üçün ağır yükə çevrildiyini nəzərə çatdırmaq istəyir.

Məsələn, Paşinyan administrasiyasının funksionerləri indiyədək dəfələrlə bəyan ediblər ki, Rusiyanın tam nəzarətindəki KTMT-dəki üzvlük səbəbindən Ermənistan Qərb ölkələrindən silah və hərbi texnika ala bilmir. Eyni zamanda, ermənilər 2021-ci ildə Rusiyaya silah-sursat və hərbi texnika üçün 200 milyon dollar ödəsələr də, heç nə əldə etmədiklərini deyirlər.

Bu baxımdan mayın 25-də Moskvada keçiriləcək görüşlə danışıqların nə ilə başa çatmasından asılı olmayaraq Rusiya birinciliyi ələ almaq üçün aktivliyini davam etdirəcək.

Kreml yekun sülh sazişinə aparan prosesin bundan sonra da Rusiyanın vasitəçiliyi və fəal iştirakı ilə davam etməsində maraqlı olduğunu gizlətmir.

Nikol Paşinyan isə strategiyasını dəyişib və bu, ermənilərin bəhs etdiyimiz kəsimini çılğına döndərib.

Əslində nə baş verir?

Nikod Paşinyan "Azərbaycana qarşı ərazi iddialarının olmadığını, qarabağlı ermənilərin hüquqlarının və təhlükəsizliyinin qorunması üçün beynəlxalq təminat mexanizmlərinin yaradılmasının vacibliyini" növbəti dəfə vuruğlayıb.

Beləliklə o, qarabağlı ermənilərin təhlükəsizliyinin təminatı ilə status müzakirələrini ərazi iddiası yox, məhz "hüquqların təminatı" olduğunu bəyan edib.

Nikol Paşinyan qarabağlı erməniləri Azərbaycanla Ermənistan arasındakı danışıqların obyektindən subyektinə çevirməyə, habelə Xankəndini haqqında danışıqlar aparılan məkandan danışıqlarda tərəfə çevirməyə çalışır.

Halbuki proses tam tərsinədir: İrəvandakı hakimiyyət növbəti dozanı əldə etmək üçün evdən hətta mətbəx əşyalarını belə, oğurlayıb satan narkomana bənzəyir.

N.Paşinyan hakimiyyətin qorumaq üçün hər dəfə "hami" saydığı dövlətlərə yeni nəyisə güzəştə gedir, hədiyyə edir.

İndi onun qarşısında duran ən ağır, ən çətin problem psevdovətənpərvərlik edərək "bu hakimiyyət qarabağlı erməniələr xəyanət edir, onları satır" bağıran müxalifətçilər, revanşistlər və diaspor mənsublarıdır.

Nikol Paşinyan öz aləmində Azərbaycana qarşı yeni hiyləgər oyuna başlayıb.

O, qarabağlı ermənilərin statusu əvəzinə hüquq və təhlükəsizliklərinin təminatı məsələsini preambula saydığını söyləyir, bu minvalla Bakıya "tələ" qurduğunu düşünür.

Ermənistanın əsas məqsədi "hüqun və təhlükəsizliklərinin təminatı məqsədilə beynəlxalq mexanizm" yaradılmasına nail olmaq, sonra da uydurma "status"la bağlı danışıqlara başlamaqdır.

Alınan variant deyil, çünik rəsmi Bakı ermənilərin belə yanlış və degenerativ illüziyalarını hələ şüurda formalaşmamış təhlükəsizləşdirib.

Qarabağlı ermənilərin qarşısında indi yalnız 2 variant var: ya Azərbaycana reinteqrasiya, ya da "milli müqəddarat, status, hüquq və təhlükəsizliyin təminatı"nı ölkə sərhədlərimizdən kənarda axtarmaq.

Elçin Alıoğlu
TREND

Oxunub: 294
Paylaş:
Digər xəbərlər

Xəbərlər

2-05-2023, 16:07

Ermənistan Qarabağdan İMTİNA EDİR? - İrəvan şərtləri QƏBUL ETMƏYƏ HAZIRLAŞIR

Xəbərlər

27-09-2022, 10:48

Paşinyandan sülh sazişi ilə bağlı ŞOK AÇIQLAMA

Xəbərlər

25-01-2022, 00:30

“Azərbaycanla sülh sazişi imzalamağa hazırıq” - Paşinyan

Xəbərlər

22-07-2021, 14:30

“Biz Azərbaycanla sülh danışıqlarına başlamağa hazırıq” – Paşinyandan ŞOK AÇIQLAMA

Xəbərlər

26-06-2021, 18:22

SON DƏQİQƏ! Azərbaycan və Ermənistan arasında bu şərtlərlə sülh müqaviləsi İMZALANACAQ – ELAN EDİLDİ…

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Yeni Roma Papası niyə amerikalı oldu? – Vatikan kulislərində geosiyasi mübarizə
Qatı qanın orqanizmə verdiyi ZƏRƏR
Planetdə həyatın sonu: Yerdə oksigenin nə vaxt yox olacağı açıqlandı
Təzyiq dərmanını axşam, yoxsa səhər içməli? - Həkimdən AÇIQLAMA
Bakıda mühüm görüş – Azərbaycan iki düşməni barışdıra biləcək?
ABŞ BMT-də Aİ-nin Ukrayna ilə bağlı layihəsinə niyə "yox" deyib?
Son xəbərlər
  • Bu gün, 11:28
    Yeni Roma Papası niyə amerikalı oldu? – Vatikan kulislərində geosiyasi mübarizə
  • Bu gün, 09:16
    Qatı qanın orqanizmə verdiyi ZƏRƏR
  • Dünən, 22:45
    Planetdə həyatın sonu: Yerdə oksigenin nə vaxt yox olacağı açıqlandı
  • Dünən, 21:22
    Təzyiq dərmanını axşam, yoxsa səhər içməli? - Həkimdən AÇIQLAMA
  • Dünən, 20:52
    Bakıda mühüm görüş – Azərbaycan iki düşməni barışdıra biləcək?
  • Dünən, 19:29
    ABŞ BMT-də Aİ-nin Ukrayna ilə bağlı layihəsinə niyə "yox" deyib?
  • Dünən, 18:06
    SSRİ kosmik stansiyası Azərbaycana düşəcək? – Rəsmi xəbərdarlıq
  • Dünən, 17:34
    DTX və DSX-dən birgə əməliyyat: saxlanılan var
  • Dünən, 16:10
    Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?
  • Dünən, 15:21
    Gözdə narahatlıq yaradan giləmeyvələr
  • Dünən, 14:24
    Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? – SƏBƏB
  • Dünən, 13:41
    Avropa Parlamentinin Türkiyə hesabatına sərt reaksiya
  • Dünən, 12:28
    Tut yarpağının faydaları - Xolesteroldan şəkərə qədər...
  • Dünən, 11:14
    Bu gün Bakıda Türkiyə-İsrail danışıqları keçiriləcək
  • Dünən, 10:27
    Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki…
  • Dünən, 09:03
    Gün ərzində nə qədər duz qəbul etmək olar?
  • 7-05-2025, 21:46
    Maskasız 4 bürc - Onların içi də çölü də birdir
  • 7-05-2025, 21:04
    Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri
  • 7-05-2025, 20:12
    ABŞ və İsrail İranla döyüş qaydalarını dəyişdirdi – Bölgədəki qalası yerlə-yeksan edilir
  • 7-05-2025, 19:39
    Pakistan Baş naziri: Qorxaqcasına hücum edən Hindistan layiqli cavab aldı
  • 7-05-2025, 18:17
    İnfarktdan sonra ürək niyə iltihablaşır?
  • 7-05-2025, 17:50
    Alimlər insanın ən xoşbəxt olduğu yaşı açıqladı
  • 7-05-2025, 16:34
    Almaniyada ŞOK ÇAĞIRIŞ: Kansler 9 May Qələbə Günündə Moskvada olmalıdır
  • 7-05-2025, 15:48
    Qlobal isinmə ölümcül göbələk xəstəliyini yaya bilər - Araşdırma
  • 7-05-2025, 14:31
    Quterreşdən HƏYƏCAN TƏBİLİ: "Dünya bu hərbi qarşıdurmaya dözə bilməz"
  • 7-05-2025, 13:26
    Sakinlərin nəzərinə: Bakıda bu binalar plana salına bilər
  • 7-05-2025, 12:42
    Faydalı bilib hər gün içirik - Qaraciyəri məhv edirmiş
  • 7-05-2025, 11:11
    Şagirdlər daha bir testdən keçiriləcək? – Rezonans doğuran TƏKLİF
  • 7-05-2025, 10:24
    Pakistandan Hindistana cavab zərbələri: hədəfləri vurur
  • 7-05-2025, 09:20
    Alçanı duzlayıb yeyənlərə vacib xəbərdarlıq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə