Ukraynanın cənubunda yerləşən Nikolayev şəhəri Rusiya ordusu tərəfindən intensiv şəkildə atəşə tutulub.
Oxu24.com “UNİAN”a istinadən xəbər verir ki, bu barədə şəhərin meri Aleksandr Senkeviç məlumat yayıb.
Onun sözlərinə görə, şəhərdə partlayışlar baş verib, o cümlədən kasetli mərmilərin düşdüyü ərazilərdə yanğınlar başlayıb.
“Bir sıra obyektlər dağılıb, yaşayış binalarına ziyan dəyib. Hazırda ərazidə xilasedicilər işləyir. Biz ətraflı məlumat toplayırıq”.
Oxu24.com