• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Türkiyə iki ölkə ilə yeni dəhliz qurur - Böyük plan açıqlandı
Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?
SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir
3-4 gündə pambıq kimi edir - Çatlamış dabanlara təbii həll
Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
Düyü, kartof və makaronu soyuq yeyin - İZAH
Pay torpaqları vətəndaşlardan alınacaq?
Biləcəridən Ermənistana 977 ton dizel göndərildi - YENİLƏNDİ
Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
Xroniki stresslə mübarizə aparmaq üçün təsirli üsul
Keçməyən burun axıntısı: səbəb onurğa beyni mayesinin sızması ola bilər
Ermənistanı ruslara viza tətbiq etməyə kim məcbur edir? - Detallar açıqlandı
Yunanıstan-İsrail ittifaqının pərdəarxası: Türkiyəyə qarşı plan üzə çıxdı
Qeyri-adi qoxu ciddi xəstəliyin erkən əlaməti ola bilər
Yeni müharibə başladı: Daha bir ölkədə hakimiyyəti dəyişirlər – DETALLAR
Tramp Kanadanı belə parçalayır: Separatizm meyilləri...
Alimlər ürəyi, beyni və bağırsaqları gücləndirən bir giləmeyvə açıqlayıb
Çin liderinin Pezeşkiana qarşı “laqeydliyi”nin səbəbi...
Payız fəsli Azərbaycana nə vaxt daxil olacaq?
Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Ermənistana son Zəngəzur xəbərdarlığı – “Dəhliz açılmasa…”

Xəbərlər

18-06-2022, 22:14

Ermənistana son Zəngəzur xəbərdarlığı – “Dəhliz açılmasa…”


“Zəngəzur dəhlizinin tezliklə açılması regionda gələcək sülhün fundamental elementlərindən biridir”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.

“Bizim üçün bu yol açılmasa, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistan ilə normal birgə yaşayış və qonşuluq münasibətlərinə yönəlmiş səyləri uğursuzluğa düçar olacaq”, – dövlət başçısı xəbərdarlıq edib.

Prezident Ermənistanın müvafiq bəyanatı imzaladığını və bu səbəbdən, Azərbaycanın Zəngəzur dəhlizinin açılmasını tələb etmək hüququna malik olduğunu vurğulayıb. Azərbaycan lideri bununla sözsüz ki, ilk növbədə, rəsmi İrəvanın üçtərəfli bəyanatlarla öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmədiyinə diqqət yönəldərək, Bakının ciddi narazılığını ifadə edib, İrəvanın isə qeyri-konstruktivliyini nəzərə çatdırıb, eyni zamanda, qarşı tərəfə xatırlatma və xəbərdarlıq edib. Bəs Ermənistan yenə vaxtı uzatmağa çalışsa, Bakının hansı sürprizləri ilə üzləşə bilər?

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Azərbaycanın Ermənistanla sülhə getməkdən başqa yolunun qalmadığını söylədi: “Dövlət başçısının bəyanatı onu deməyə əsas verir ki, Zəngəzur dəhlizi inşallah açılacaq. Çünki Azərbaycan bu məsələdə qətiyyət göstərir. Həm də Ermənistanın yadına salır ki, onun başqa variantı yoxdur. Daxildə ciddi ziddiyyətlər yaşayan Ermənistan Azərbaycanla üçüncü savaşa getsə, özünü məhv edər. Ermənistan ümumiyyətlə, dövlət olaraq qalmaq istəyirsə Azərbaycanla sülhə getməlidir. Dövlət başçısı prosesləri ən yaxşı bilir. Əgər belə bir bəyanat səsləndirirsə, deməli məqamıdır. Nə üçün? Ukrayna müharibəsi beynəlxalq tranziti pis günə qoyub. Əslində Rusiya belə bu gün Zəngəzura ehtiyac duyur. Digər yanda Çin ehtiyac duyur. Zəngəzur dəhlizinin işləməsi ehtimal edilən beynəlxalq qida böhranının qarşısının alınması üçün lazımdır. Belə bir dəhliz həm də Turan geoproyekti üçün lazımdır. Ermənistan hakimiyyətinin nala-mıxa vurması sadəcə, zaman uzadır və özlərini bədbəxt edir. Zəngəzur layihəsi həm də Qarabağ və Şərqi Zəngəzurda inşa edilmiş hava limanları və yolların intensiv işləməsi deməkdir. Dövlət başçısı Ermənistandakı revanşizm xəstələrinə mesaj verir ki, ağıllı olun. Bir zaman gələr, biz yeni hərbi doktrina qəbul edərik ki, Cənubi Qafqazda sülh və stabilliyə, təhdidlərə qarşı önləyici zərbə hüququmuz var. Onda nə edəcək Ermənistan? Nə Fransa durub Avropadan onun üçün gələsi deyil, nə Azərbaycanda milyardlıq layihələrdə iştirak edən Amerika onun üçün vuruşan deyil, nə də Paşinyandan zəhləsi gedən və hazırda Azərbaycanla tərəfdaşlıqda maraqlı olan Rusiya onun üçün vuruşası deyil. Ermənistanda əslində bunu anlayırlar. Amma sadəcə arada siyasi ”patı” onları hallandırır. Daha sonra yenə boyunlarını büküb danışıqlara gəlirlər. Amma siyasi “patı” atmaqda davam etsələr, bir də görəcəklər ki, Azərbaycan tarixi torpaqlarımıza hüquqi qayıdış layihəsini işə saldı”.

Siyasi analitik Asif Nərimanlı Azərbaycan tərəfin burada iki gediş etdiyini bildirdi: “Prezidentin çıxışı göstərdi ki, Brüsseldə Zəngəzur dəhlizinin İrəvanın istəyinə uyğun ”yol məntiqi” ilə açılması üzərində şifahi razılaşma olsa da, Bakının dəhliz məntiqi dəyişməyib. Azərbaycan Naxçıvana maneəsiz çıxışın yaradılmasını tələb edir və bunun üçün imzaların atıldığı üçtərəfli bəyanatın icrasını istəyir. Dəhliz məntiqinin yenidən gündəmə gətirilməsi eyni zamanda, Rusiya və Türkiyənin bölgədə birgə fəaliyyəti aktivləşdirmək istəyindən qaynaqlanır. Lavrovun Ankara səfəri bu perspektivi önə çıxardı və bu, Brüssel masasını müəyyən qədər arxa plana keçirə bilər.

İlham Əliyev mümkün perspektiv fonunda Zəngəzurdan maneəsiz çıxışı önə sürür və üçtərəfli razılaşmaların icrasını tələb edir. Bakı buna qarşı daha çox diplomatik təzyiq vasitəsindən istifadə edə bilər. Prezidentin Laçın dəhlizindən maneəsiz keçidə icazə verdiyimizi və Zəngəzur dəhlizində adekvat addımın atılmadığını dilə gətirməsi deməyə əsas verir ki, Bakı dəhlizlərin eyni rejimlə işləməsi prinsipini irəli sürəcək. Bununla Rusiya üzərindən Ermənistana təzyiq edilə bilər. Çünki Moskva Laçında gömrük-keçid məntəqəsinin qurulmasında maraqlı deyil, o cümlədən, Zəngəzurda təhlükəsizliyə özü nəzarət etmək niyyətindədir, bu üçtərəfli bəyanatda da əksini tapıb. Rəsmi Bakı iki gediş edir: Laçından maneəsiz keçidin bağlanmasını gündəmə gətirməklə, Zəngəzurdan maneəsiz keçidə nail olmaq istəyir, Ermənistan maneəsiz keçid verməsə Laçında eyni rejimi tətbiq etmək məsələsini aktuallaşdırmaq imkanı qazanır. Prezidentin Laçın dəhlizindən ilk dəfə “Laçın yolu” olaraq bəhs etməsi bu kontekstdə təsadüfi deyildi. Bununla yanaşı, Azərbaycan sülh sazişi də daxil olmaqla bölgə üzərində razılaşdırılan bütün məsələlərin həlli üçün Zəngəzur dəhlizindən maneəsiz keçid şərtini önə sürə bilər. Prezident də çıxışında bunun mesajını verdi”.“Yeni Müsavat”

Oxunub: 650
Paylaş:
Digər xəbərlər

Xəbərlər

15-12-2021, 08:13

Zəngəzur dəhlizi üzərindən “SİRR PƏRDƏSİ” QALXIR: Paşinyanın reallığı gizlətməyə GÜCÜ ÇATMIR

Xəbərlər

14-12-2021, 20:15

Azərbaycan lideri: “Zəngəzur və Laçın dəhlizlərinin istifadə qaydası eyni olmalıdır”

Xəbərlər

28-11-2021, 21:15

Azərbaycan xalqına BÖYÜK MÜJDƏ - İlham Əliyev ELAN ETDİ

Xəbərlər

23-09-2021, 22:15

SON DƏQİQƏ: İrəvan Zəngəzur dəhlizinin açılmasına RAZILIQ VERDİ

Xəbərlər

19-05-2021, 23:40

Paşinyandan Zəngəzur dəhlizinin açılması ilə bağlı daha bir AÇIQLAMA

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Türkiyə iki ölkə ilə yeni dəhliz qurur - Böyük plan açıqlandı
Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?
SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir
3-4 gündə pambıq kimi edir - Çatlamış dabanlara təbii həll
Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
Düyü, kartof və makaronu soyuq yeyin - İZAH
Son xəbərlər
  • Dünən, 19:20
    Türkiyə iki ölkə ilə yeni dəhliz qurur - Böyük plan açıqlandı
  • Dünən, 17:50
    Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?
  • Dünən, 16:08
    SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir
  • Dünən, 14:52
    3-4 gündə pambıq kimi edir - Çatlamış dabanlara təbii həll
  • Dünən, 13:28
    Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
  • Dünən, 12:31
    Düyü, kartof və makaronu soyuq yeyin - İZAH
  • Dünən, 11:51
    Pay torpaqları vətəndaşlardan alınacaq?
  • Dünən, 10:55
    Biləcəridən Ermənistana 977 ton dizel göndərildi - YENİLƏNDİ
  • Dünən, 09:06
    Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
  • 4-09-2026, 22:46
    Xroniki stresslə mübarizə aparmaq üçün təsirli üsul
  • 4-09-2026, 21:07
    Keçməyən burun axıntısı: səbəb onurğa beyni mayesinin sızması ola bilər
  • 4-09-2026, 20:42
    Ermənistanı ruslara viza tətbiq etməyə kim məcbur edir? - Detallar açıqlandı
  • 4-09-2026, 19:24
    Yunanıstan-İsrail ittifaqının pərdəarxası: Türkiyəyə qarşı plan üzə çıxdı
  • 4-09-2026, 18:07
    Qeyri-adi qoxu ciddi xəstəliyin erkən əlaməti ola bilər
  • 4-09-2026, 17:08
    Yeni müharibə başladı: Daha bir ölkədə hakimiyyəti dəyişirlər – DETALLAR
  • 4-09-2026, 16:22
    Tramp Kanadanı belə parçalayır: Separatizm meyilləri...
  • 4-09-2026, 15:07
    Alimlər ürəyi, beyni və bağırsaqları gücləndirən bir giləmeyvə açıqlayıb
  • 4-09-2026, 14:53
    Çin liderinin Pezeşkiana qarşı “laqeydliyi”nin səbəbi...
  • 4-09-2026, 13:27
    Payız fəsli Azərbaycana nə vaxt daxil olacaq?
  • 4-09-2026, 12:50
    Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb
  • 4-09-2026, 11:32
    Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu
  • 4-09-2026, 10:19
    İranda silahlı qarşıdurma: ölənlər var
  • 4-09-2026, 09:00
    Faydalı bilinən kəsmiyin bu şəxslərə zərəri varmış
  • 3-09-2026, 22:47
    Qatıq xərçəng riskini azaldır: Yeni araşdırma
  • 3-09-2026, 21:53
    Anemiya bir dəqiqədə aşkar edilə bilər: həkim sadə bir ev testi adlandırdı
  • 3-09-2026, 18:40
    Bu qidaları yedikdən əvvəl və sonra çay içmək olmaz
  • 3-09-2026, 15:57
    Zülalın çoxluğu yox, balansı vacibdir: Nələri və necə yeməliyik?
  • 3-09-2026, 14:43
    Fransadan erməni separatçılarına ağır zərbə: Paris geri addım atdı
  • 3-09-2026, 13:51
    Azərbaycan üçün həssas durum: İki istiqamətdə gərginlik artdı, Xəzərdə…
  • 3-09-2026, 12:06
    Qurd Xəstəliyinin Əlamətləri və Müalicəsi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə