Bayden adminstrasiyası Konqresdən Türkiyəyə yeni silahların satışını nəzərdə tutan sənədə icazə verilməsini tələb edib.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Baydenin qeyri-rəsmi tələbində F-16 təyyarələri ilə yanaşı çox sayda döyüş sursatlarının, eləcə də AİM-9 raketləri, AİM-120 raketləri və bəzi radar sistemlərinin Türkiyəyə satılması nəzərdə tutulur.
Baydenin tələbini yaxın zamanda rəsmiləşdirməsi gözlənilir.
Konqres nəzərdə tutulan sənədə icazə verəsə, Türkiyəyə 40-dan artıq F-16 təyyarəsi satılacaq.