Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 46 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
Qeyd edək ki, ötən gün koronavirusa 48 yeni yoluxma qeydə alınıb, 31 nəfər müalicə olunaraq sağalıb, analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.