"Azərbaycan Ordusu dinc əhali və mülki infrastruktura atəş açmır”.
Qaynarinfo xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi açıqlama yayıb.
"Ermənistan hazırda elə bir vəziyyətdədir ki, artıq nə edəcəyini və hansı yalan və böhtan xarakterli məlumat yayacağını bilmir.
Düşmən Azərbaycan hərbi aviasiya vasitələrinin guya Şuşa və Xankəndidə dinc əhalini atəşə tutması barədə yalan məlumatlar yaymağa davam edir.
Biz bir daha bildiririk ki, Azərbaycan Ordusu dinc əhali və mülki infrastruktura atəş açmır" - açqılamada deyilir.