• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Qatıq xərçəng riskini azaldır: Yeni araşdırma
Anemiya bir dəqiqədə aşkar edilə bilər: həkim sadə bir ev testi adlandırdı
Bu qidaları yedikdən əvvəl və sonra çay içmək olmaz
Zülalın çoxluğu yox, balansı vacibdir: Nələri və necə yeməliyik?
Fransadan erməni separatçılarına ağır zərbə: Paris geri addım atdı
Azərbaycan üçün həssas durum: İki istiqamətdə gərginlik artdı, Xəzərdə…
Qurd Xəstəliyinin Əlamətləri və Müalicəsi
Yaşı 50-dən yuxarı olanların nəzərinə
İki liderin Putinə çağırışı maraq doğurdu: Moskva qərarını dəyişəcək?
İki gün ərzində xolesterolu aşağı salmağın yolu müəyyən edilib
Həftə ərzində az yatırsınızsa, bunu edin
Qazlı İçkilərin 5 Əsas Zərəri Hansılardır?
Ermənistanda dəhşətli qəza - Ölənlər və yaralananlar var
Avropa İttifaqından Ermənistanla bağlı mühüm qərar – Nə baş verir?
Parkinson xəstəliyi riskini 50% azaldan tərəvəz
Baş Qərargah təsdiqlədi: MiQ-29 və Ka-27 məhv edildi
Zelenskinin xəbərdarlığı: Türkiyə bütün uçuşları ləğv etdi
İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq
Tramp “Hörmüz”ün adı dəyişmək istəyir
Yunan generaldan şok xəbərdarlıq: Oktyabrda Türkiyə ilə müharibəyə gedirik
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Qadınlarda insan papilloması virusu (İPV)!

Səhiyyə

22-10-2018, 19:47

IPV (insan papilloması virusu, papillomavirus, HPV) – cinsi yolla ötürülən ən geniş yayılmış infeksiyalardan biridir. İPV-nun əsas təhlükəsi bundadır ki, orqanizmdə uzun müddət olduqda, bu virusun bəzi tipləri xərçəngə səbəb ola bilir.İPV herpes virusundan və İİÇV-dan fərqli bir şeydir.Bütün bu infeksiyalar virus infeksiyaları olsa da və müdafiə olunmamış seks zamanı ötürülsə də, onlar müxtəlif simptomlara və müxtəlif nəticələrə səbəb olur.

İPV-na insan necə yoluxur?

İPV-nun bütövlükdə 120-dən çox müxtəlif tipi var. Onlardan təxminən 40-ı cinsi yolla ötürülür. İPV-nun displaziya və uşaqlıq boynu xərçənginə səbəb olan tipləri əsasən müdafiə olunmamış seks zamanı ötürülür. İPV-na yoluxma vaginal və anal seks zamanı da mümkündür. Nadir hallarda virus oral seksi və ya aralığın yoluxmuş insanın ifrazatları ilə təması zamanı (məsələn, xəstəliyə yoluxmuş partnyor əvvəlcə öz cinsiyyət orqanlarına, sonra da Sizin cinsiyyət orqanlarınıza toxunur) da ötürülə bilir. İPV-na öpüşlə də yoluxmaq mümkündür. Bu halda oral papillomavirus infeksiya simptomları (ağız və boğazda səpgilər) yarana bilər. İnsan papilloması virusu heç vaxt məişət yolu (əgər Siz bu zaman virusun daşıyıcısı ilə sıx təmasda olmursunuzsa, yəni, məsələn, öpüşmürsünüzsə, sekslə məşğul olmursunuzsa) yoluxmur. Nadir hallarda İPV yoluxmuş anadan doğuş zamanı uşağa da keçə bilir.

İPV-na kim yoluxa bilər?

Bu virus çox geniş yayılmışdır. Cinsi həyat keçirən qadınların böyük əksəriyyəti gec-tez İPV-na yoluxacaqdır. Lakin yaxşı bir xəbər bundadır ki, bu qadınların da əksəriyyətində virus immun sistemi tərəfindən məhv ediləcək və heç bir xəstəliyə gətirib çıxarmayacaqdır. Çox nadir hallarda papilloma virusu orqanizmdə uzun müddət qalır və sağlamlıqda problemlər yaradır.

İPV-nun hansı tipləri mövcuddur və bunun nə əhəmiyyəti var?

Bütövlükdə İPV-nun 120 tipi mövcuddur və onlardan 70-i lazımi səviyyədə öyrənilmişdir. Virusun bu və ya digər tipinin xərçəngə səbəb olmasından asılı olaraq İPN-nun aşağıdakı 2 qrupunu fərqləndirirlər: yüksək onkogen riskli papilloma virusu və aşağı onkogen riskli papilloma virusu.

Yüksək onkogen riskli İPV aşağıdakı tipləri özündə birləşdirir: İPV 16, İPV 18, İPV 31, İPV 33, İPV 35, İPV 39, İPV 45, İPV 51, İPV 52, İPV 56, İPV 58, İPV 59, İPV 68.

Aşağı onkogen riskli İPV aşağıdakı tipləri özündə birləşdirir: İPV 6, İPV 11, İPV 42, İPV 43, İPV 44.

Qeyri-onkogen (xərçəngə səbəb olmayan) İPV aşağıdakılardır: İPV 1, İPV 2, İPV 3, İPV 4, İPV 5, İPV 10, İPV 27, İPV 53, İPV 54, İPV 55, İPV 62, İPV 67.

Yüksək onkogen riskli papilloma viruslarının tipləri arasında aşağıdakı 3-ü daha təhlükəlidir, çünki 94% hallarda uşaqlıq boynu xərçənginə səbəb olur: bu, İPV 16, İPV 18 və az dərəcədə İPV 45. İPV tiplərinin bu üçü arasında 16-cı tip daha təhlükəlidir, çünki daha böyük kanserogen risk kəsb edir (yəni daha tez-tez orqanizmdə şiş hüceyrələrinin yaranmasına səbəb olur).

Qadınlar üçün İPV nə dərəcədə təhlükəlidir?

Bir qayda olaraq, qadın insan papilloması virusuna yoluxduğunu hiss etmir və hiss edilmədən də bu virus immun sistemi sayəsində orqanizmdən yox olur. 90% hallarda yoluxmadan sonra virus bir neçə ay və ya il ərzində heç bir iz qoymadan orqanizmdən özü yox olub gedir. Statistikaya görə, İPV-na yoluxmuş qadınların yalnız 5%-də üç ildən sonra uşaqlıq boynunda ciddi dəyişikliklər (2-ci və ya 3-cü dərəcəli displaziya) aşkar edilir. 3-cü dərəcəli displaziya olan qadınların yalnız 20%-də yaxın 5 il ərzində uşaqlıq boynunun xərçəngi inkişaf edə bilər. Bu statistikaya əsaslanaraq, belə bir nəticə gəlmək olar ki, insan papilloması virusuna yoluxmuş qadınların yarısından azı uşaqlıq boynunun xərçəngi problemi ilə üzləşəcəkdir.

İPV qadınlarda hansı simptomlar yaradır?

İPV infeksiyasında inkubasiya dövrünün ( yoluxmadan sonra ilk simptomlarına yaranmasına qədər olan müddət) uzun olması İPV-nun tipindən və bəzi digər amillərdən asılı olur. Belə ki, İPV 6 və 11 virusuna yoluxmadan ilk aralıq ziyillərin yaranmasına qədər orta hesabla 3 həftədən 8 həftəyə qədər vaxt keçir. İPV 16 və ya 18 virusuna yoluxmadan uşaqlıq boynunun xərçənginin inkişafına qədər 10-20 və daha çox vaxt keçə bilir. Əksər hallarda İPV infeksiyası simptomsuz cərəyan edir. Buna baxmayaraq, insan papilloması virusu aşağıdakı əlamətlərlə özünü büruzə verə bilir:

Aralıq ziyillərin yaranması (iti uclu kondilomalar)
Uşaqlıq yolundan seksdən sonra və ya gözə çarpan səbəb olmadan qanlı ifrazatların olması.
Ginekoloji baxış zamanı həkiminiz uşaqlıq boynunun eroziyası, displaziya və ya uşaqlıq boynunun xərçənginin əlamətlərini aşkar edə bilər. Erkən mərhələlərdə ginekoloq uşaqlıq boynunda heç bir dəyişiklik hiss etməyə də bilər. Buna görə də bütün qadınlar mütəmadi olaraq sitologiyaya görə yaxma verməlidirlər.

Qadınlarda İPV-nun diaqnostikası

İPV-na görə analiz uşaqlıq boynunun xərçənginə görə skrininqin elementlərindən biridir. 30 yaşına çatmış hər bir qadına İPV-na görə analiz vermək və bunu hər 3-5 il təkrarlamaq tövsiyə olunur.Orqanizmdə İPV-nin aşkar edilməsinin əsas metodu insan papilloması virusuna görə PZR –analizdir. Bu, keyfiyyətli analizdir. O, yalnız orqanizmdə İPV-nin olub-olmadığını təyin etməyə imkan verir, lakin virus hissəçiklərinin miqdarını (virus yüklənməsini) təyin etmir. PZR-n köməyi ilə papilloma virusunun tipini müəyyən etmək (İPV-nin gen tipləşdirilməsinin aparılması) və İPV-nin daha təhlükəli olan tiplərini aşkar etmək mümkündür.

Sizdə İPV-u akşar edilmişdirsə, siz nə etməlisiniz?

İPV-nun heç də bütün tipləri təhlükəli xəstəliklərə səbəb olmur. Buna görə də ilk növbədə həkiminizdən Sizin halda təhlükənin nə dərəcədə yüksək olduğunu dəqiqləşdirin.

İPV-nun profilaktikası

İnsan papilloması virusuna yoluxmanın əsas yolu müdafiə olunmamış seksdir. Prezervativlərdən istifadə etməklə İPV-na yoluxma riskini azaltmaq olar. Bununla belə prezervativlər də 100%-lik zəmanət vermir. Qadının həyatında cinsi partnyorlar nə qədər çox olsa, İPV-na yoluxma riski də bir o qədər yüksək olar. Daimi monoham münasibətlər İPV-infeksiyalarının riskini əhəmiyyətli dərəcədə azaldır.

İPV-nun müalicəsi
Hal-hazırda İPV-nu birdəfəlik müalicə etmək mümkün deyil. Bu virus 100%-lik müalicə olunmur. Hələ ki, insan orqanizmindən papilloma virusunun xaric edilməsinə zəmanət verən metodlar yoxdur. Əvəzində isə İPV-nun zahiri təzahürlərinin aradan qaldırılmasına və xərçəng də daxil olmaqla, istənilən ağırlaşmaların inkişafının minimuma endirilməsinə yönələn müalicə mütodları mövcuddur. Buna görə də demək olar ki, insan papilloması virusu insana adi həyat tərzi keçirmək və diskomfort hiss etməmək üçün lazım olan dərəcədə müalicə olunur. Qadınlarda İPV –nun müalicəsi kompleks şəkildə, İPV-nun zahiri təzahürlərinin sistemli və yerli virusəleyhinə müalicə ilə birlikdə, o cümlədən immunmodulyatorlardan istifadə etməklə lokal şəkildə götürülməsini nəzərdə tutan kombinə edilmiş terapiya metodlarından istifadə etməklə aparılmalıdır. Həmçinin radio-dalğa koaqulyasiya, lazer trerapiyası, kriodestruksiya, elektrokoaqulyasiya, iti uclu kondilomların cərrahi yolla götürülməsi və iti uclu kondilomların müxtəlif kimyəvi maddələrlə götürülməsi metodlarından da istifadə olunur.

Qadınlarda insan papilloması virusu (İPV)!
[/b][b]

Oxunub: 1 611
Paylaş:
Digər xəbərlər

Manşet / Gündəm / Səhiyyə

22-10-2018, 00:36

Qadınlarda qonoreya: simptomları, müalicəsi

Manşet / Gündəm / Səhiyyə

22-10-2018, 00:32

Qadınlarda xlamidioz: simptomları və müalicəsi

Manşet / Gündəm / Səhiyyə

8-10-2018, 00:12

TORCH-infeksiyalar

Klinika

22-09-2018, 18:33

Uşaqlıq boynu xərçəngi!

Manşet / Maraqlı

19-04-2018, 09:07

Hepatit C - qaraciyərin virus xəstəliyidir

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Qatıq xərçəng riskini azaldır: Yeni araşdırma
Anemiya bir dəqiqədə aşkar edilə bilər: həkim sadə bir ev testi adlandırdı
Bu qidaları yedikdən əvvəl və sonra çay içmək olmaz
Zülalın çoxluğu yox, balansı vacibdir: Nələri və necə yeməliyik?
Fransadan erməni separatçılarına ağır zərbə: Paris geri addım atdı
Azərbaycan üçün həssas durum: İki istiqamətdə gərginlik artdı, Xəzərdə…
Son xəbərlər
  • Dünən, 22:47
    Qatıq xərçəng riskini azaldır: Yeni araşdırma
  • Dünən, 21:53
    Anemiya bir dəqiqədə aşkar edilə bilər: həkim sadə bir ev testi adlandırdı
  • Dünən, 18:40
    Bu qidaları yedikdən əvvəl və sonra çay içmək olmaz
  • Dünən, 15:57
    Zülalın çoxluğu yox, balansı vacibdir: Nələri və necə yeməliyik?
  • Dünən, 14:43
    Fransadan erməni separatçılarına ağır zərbə: Paris geri addım atdı
  • Dünən, 13:51
    Azərbaycan üçün həssas durum: İki istiqamətdə gərginlik artdı, Xəzərdə…
  • Dünən, 12:06
    Qurd Xəstəliyinin Əlamətləri və Müalicəsi
  • Dünən, 11:40
    Yaşı 50-dən yuxarı olanların nəzərinə
  • Dünən, 10:11
    İki liderin Putinə çağırışı maraq doğurdu: Moskva qərarını dəyişəcək?
  • Dünən, 09:09
    İki gün ərzində xolesterolu aşağı salmağın yolu müəyyən edilib
  • 2-09-2026, 22:06
    Həftə ərzində az yatırsınızsa, bunu edin
  • 2-09-2026, 21:13
    Qazlı İçkilərin 5 Əsas Zərəri Hansılardır?
  • 2-09-2026, 20:22
    Ermənistanda dəhşətli qəza - Ölənlər və yaralananlar var
  • 2-09-2026, 19:41
    Avropa İttifaqından Ermənistanla bağlı mühüm qərar – Nə baş verir?
  • 2-09-2026, 18:10
    Parkinson xəstəliyi riskini 50% azaldan tərəvəz
  • 2-09-2026, 17:03
    Baş Qərargah təsdiqlədi: MiQ-29 və Ka-27 məhv edildi
  • 2-09-2026, 16:29
    Zelenskinin xəbərdarlığı: Türkiyə bütün uçuşları ləğv etdi
  • 2-09-2026, 15:58
    İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq
  • 2-09-2026, 14:37
    Tramp “Hörmüz”ün adı dəyişmək istəyir
  • 2-09-2026, 13:18
    Yunan generaldan şok xəbərdarlıq: Oktyabrda Türkiyə ilə müharibəyə gedirik
  • 2-09-2026, 12:29
    Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
  • 2-09-2026, 11:50
    Nümayəndə heyəti Zəngəzura gəldi – Şad xəbər açıqlandı
  • 2-09-2026, 10:09
    İsrail İrandan hücum gözləyir: Təyyarələr hazır vəziyyətdədir
  • 2-09-2026, 09:04
    Orqanizminizdə iltihab varsa qəhvə için
  • 1-09-2026, 21:30
    Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
  • 1-09-2026, 20:46
    İrəvan niyə Bakı və Ankara ilə münasibətlər qurur? - Paşinyanın Bişkekdən verdiyi mesaj
  • 1-09-2026, 18:00
    C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə...
  • 1-09-2026, 16:08
    Prezident “İstisu”nu özü ilə niyə aparıb? – Detallar
  • 1-09-2026, 15:44
    Ürək döyüntüsü 100 olanlar 2 analiz versin
  • 1-09-2026, 14:37
    Rusiya Ukraynada taktikanı dəyişdi: Sistemli zərbələrə keçdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə