• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Moskvaya böyük hücum: Şəhərin neft strukturu məhv edildi
Almaniya və Polşa müqavilə imzaladı: Hərbi əməkdaşlıq...
Səhər beynin dumanlı olmasının əsas səbəbləri
Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi
Qatığa 1 qaşıq əlavə edin - Qarın piylərindən xilas olun
ABŞ-İran sazişindəki 5 bənd müzakirə yaratdı: Tehrana qarşı gizli plan hazırlanır?
Vətəndaş həyətindəki quyuya görə pul ödəyəcək? - Rəsmi
Siqaret çəkməyənlər də risk altındadır - Bu zəhərli maddə orqanizmə yığılır
Bakıya qarşı yeni müharibə... - Paşinyan planları açıqladı
Bu, tarixi sənəddir və güclü İrandan bir mesajdır!
Zehni rahatlıq üçün bu qaydalara əməl edin
ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma kimi qalib etdi?
Paşinyan kölgə iqtisadiyyatı ilə “müharibə”yə başlayır: Əmr verdi ki...
Faktlar sübut edib ki, İrana güc tətbiqi... - Çin
Miqrenə çarə tapıldı - Həkimdən açıqlama
Tramp Ukrayna məsələsində Avropa ilə razılaşdı - Əvəzində nə tələb edir?
Robert Köçəryanın toxunulmazlığı ləğv edildi
Səhərlər görünən bu 4 əlamət – xərçəngdən ola bilər
Gecə yeyə biləcəyiniz yeganə meyvə: Rahat yatacaqsınız
Almaniya-Polşa sazişində gözlənilməz qərar: Varşava bunları rədd etdi
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Azərbaycan iqtisadiyyatında dedollarlaşma: Gələcəyimiz nədən asılıdır?

Xəbərlər

6-12-2025, 19:23

Azərbaycan iqtisadiyyatında dedollarlaşma: Gələcəyimiz nədən asılıdır?


Azərbaycan iqtisadiyyatında dedollarlaşma meylləri artıb. Bunu Milli Məclisin iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov 2026-cı ilin büdcə zərfinin müzakirəsində deyib. AMB sədri bildirib ki, 2022-ci ildən bəri Mərkəzi Bank tərəfindən həyata keçirilən islahatlar nəticəsində pul siyasətinin ötürücülük mexanizmi gücləndirilib, iqtisadiyyatda dedollarlaşma meylləri artıb: “Rezident fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi ilin əvvəlindən 2,1 faiz bəndi azalaraq oktyabr ayı nəticələrinə görə 28,5 faizə enib ki, bu da tarixi minimum göstəricidir. Bu dinamika həm manatla bağlı gözləntilərin müsbət olduğunu, həm də milli valyutamıza inamın gücləndiyini təsdiq edir”.

“Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsin”

İqtisadçı Xalid Kərimlinin fikrincə, vətəndaşlar pullarının çox az qismini avro, dollar və digər xarici valyutalarda saxlayırlar, daha çox isə manat üstünlük verirlər: “Mərkəzi Bank dedollarlaşmanı əmanətlərin strukturu ilə müəyyənləşdirir. Yəni insanlar əmanətlərini daha çox manatla yığıb, nəinki dollarla. Səbəblərdən biri manatda gəlirin daha çox olmasıdır. Manatla əmanətdə 11-12 faiz depozit gəliri verilirsə, dollarda bu rəqəm 2,5-3,5-dir. Vətəndaş da görür ki, manatın məzənnəsi uzun müddətdir dəyişmir, sabit olaraq qalır. O səbəbdən də pul itirmək istəmir. Əgər manatla olan depozitin gəlirliliyi azalsa, yaxud dollarla eyniləşsə, o zaman insanlar əmanətlərini daha çox dollarla qoymağa çalışacaqlar. Çünki dollar daha etibarlı valyutadır”.

X.Kərimli bildirdi ki, dedollarlaşma bankların gəlirini artırmaq üçün əlverişli vəziyyətdir: “Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsin. Əmanətlərini manatla yatırsınlar ki, iqtisadiyyatda manatın payı artsın. Çünki banklar depozit olaraq götürdüyü məbləği kredit kimi verir. Banklar da kreditdən əlavə gəlir əldə edir. Dedollarlaşma maliyyə sabitliyinə də müsbət təsir göstərir. Mərkəzi Bankın rıçaqlarını, manatın rolunu artırır. İqtisadiyyat üçün müsbət prosesdir”.


Sabit məzənnənin nəticəsi

Bakı Ali Neft Məktəbinin biznesin idarə edilməsi kafedrasının müdiri Altay İsmayılovun sözlərinə görə, dedollarlaşmanın səbəbi insanların manata olan inamı və gəlirin daha çox olmasıdır: “Dedollarlaşma iqtisadiyyatda, maliyyə sektorunda, kredit-depozit hesablaşmalarında dollardan istifadənin azalması, onun yerinə milli valyutaya - manata yönəlmə deməkdir. Azərbaycan üçün dedollarmaşmanın səbəbi budur ki, 10 ilə yaxındır valyuta kursunun sabit saxlanmasına hesablanmış tənzimlənən məzənnə rejimi tətbiq olunur. Yəni dollar-manat kursu sabitdir. İkinci səbəb bankların manatla olan depozitlərə daha yüksək faiz təklif etməsidir. Bu fərq dollarla müqayisədə 3-4 dəfə daha çoxdur. Belə olduğu üçün də bank müştəriləri vəsaitlərini təbii ki, milli valyutada saxlamağa daha maraqlı olurlar. Çünki milli valyutadan daha çox faiz gəliri əldə edilir. Dolların kursu da sabit olduğu üçün dollarla əmanət saxlamaq iqtisadi baxımdan rasional seçim olmur”.

A.İsmayılovun fikrincə, dedollarlaşmanın maliyyə sabitliyinə təsiri ümumilikdə müsbətdir: “Beynəlxalq sferada, qlobal bazarlarda yaranan dalğalanmalar, valyuta kurslarının dəyişməsi baş verdikdə iqtisadiyyatın bundan təsirlənməsinin az olması deməkdir. Bu, Mərkəzi Bank da monetar siyasəti daha uğurlu həyata keçirmə imkanı əldə edir. Ölkənin xarici valyutadan asılılığı da azalmış olur”.

“Gələcək neft gəlirlərindən asılıdır”

Müsahibimiz bildirdi ki, gələcəkdə neft gəlirləri dəyişərsə, vəziyyət də dəyişə bilər: “Gələcəkdə proseslərin necə davam etməsi ölkəyə daxil olacaq valyutanın həcmindən asılı olacaq. Dolayısı ilə bu göstərici ölkəyə daxil olan neft gəlirlərindən birbaşa asılıdır. Neft gəlirlərinə isə iki amil - ixrac edilən neftin həcmi və dünya bazarındakı qiymət təsir edir. Əgər gözlənildiyi kimi ixrac edilən neftin həcmi gələcəkdə də azalmağa doğru getsə, bu, gəlirlərin azalmasına səbəb olacaq. Digər tərəfdən, həcmdən asılı olmayaraq hazırkı tendensiya, yəni neft qiymətlərinin ucuzlaşması davam edərsə, bu da ölkəyə daxil olan valyutanın həcminin azalmasına gətirib çıxara bilər. Belə olduğu halda, bazarın gözləntilərinə uyğun olaraq, dollara olan tələbatın artımını müşahidə edə bilərik. Bu tələbin böyüklüyü dollarlaşma meylini artıra bilər”.

A.İsmayılovun sözlərinə görə, dedollarlaşma banklar üçün müsbət olsa da, tələbin dəyişməsi fonunda onların çətin vəziyyətdə qalma ehtimalı da var: “Dedollarlaşma həm də bankların xarici valyuta ehtiyatlarına təsir edir. Çünki iqtisadi marağa görə dollarla olan əmanətlər azaldıqda, bu, bankların xarici valyuta ehtiyatlarında azalmaya gətirib çıxara bilər. Neftin dünya bazar qiymətinin dəyişməsi riski ilə üz-üzə qaldıqda, bu hal dollara olan tələbi artıracaq. Dollara tələb artdıqda isə bankların hazırkı xarici valyuta ehtiyatlarının azalması öz mənfi təsirini göstərəcək. Bütün bu deyilənlər baxmayaraq, əgər qlobal və lokal bazarda vəziyyət stabil davam edərsə, bu halda dedollarlaşmanın iqtisadiyyat üçün müsbət bir hal olduğunu demək olar”.("Kaspi" qzəeti)

Oxunub: 136
Paylaş:
Digər xəbərlər

Xəbərlər

19-03-2024, 21:08

Manatla bağlı vacib qərar: Mərkəzi Bank faiz dərəcəsini niyə endirdi?

Xəbərlər

5-02-2024, 12:15

Mərkəzi Bank faizləri kəskin azaltdı: Nə gözlənilir?

Xəbərlər

17-05-2023, 16:12

Azərbaycanda daha bir neçə bank bağlanacaq - AÇIQLAMA

Xəbərlər

17-01-2022, 10:25

Mərkəzi Bank dollarla bağlı MƏLUMAT YAYDI

Xəbərlər

31-12-2019, 00:40

SON DƏQİQƏ: Mərkəzi Bankdan manatla bağlı MÜHÜM AÇIQLAMA

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Moskvaya böyük hücum: Şəhərin neft strukturu məhv edildi
Almaniya və Polşa müqavilə imzaladı: Hərbi əməkdaşlıq...
Səhər beynin dumanlı olmasının əsas səbəbləri
Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi
Qatığa 1 qaşıq əlavə edin - Qarın piylərindən xilas olun
ABŞ-İran sazişindəki 5 bənd müzakirə yaratdı: Tehrana qarşı gizli plan hazırlanır?
Son xəbərlər
  • Bu gün, 11:35
    Moskvaya böyük hücum: Şəhərin neft strukturu məhv edildi
  • Bu gün, 10:22
    Almaniya və Polşa müqavilə imzaladı: Hərbi əməkdaşlıq...
  • Bu gün, 09:00
    Səhər beynin dumanlı olmasının əsas səbəbləri
  • Dünən, 22:28
    Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi
  • Dünən, 21:17
    Qatığa 1 qaşıq əlavə edin - Qarın piylərindən xilas olun
  • Dünən, 20:44
    ABŞ-İran sazişindəki 5 bənd müzakirə yaratdı: Tehrana qarşı gizli plan hazırlanır?
  • Dünən, 19:13
    Vətəndaş həyətindəki quyuya görə pul ödəyəcək? - Rəsmi
  • Dünən, 18:07
    Siqaret çəkməyənlər də risk altındadır - Bu zəhərli maddə orqanizmə yığılır
  • Dünən, 17:52
    Bakıya qarşı yeni müharibə... - Paşinyan planları açıqladı
  • Dünən, 16:31
    Bu, tarixi sənəddir və güclü İrandan bir mesajdır!
  • Dünən, 15:32
    Zehni rahatlıq üçün bu qaydalara əməl edin
  • Dünən, 14:27
    ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma kimi qalib etdi?
  • Dünən, 14:20
    Paşinyan kölgə iqtisadiyyatı ilə “müharibə”yə başlayır: Əmr verdi ki...
  • Dünən, 13:02
    Faktlar sübut edib ki, İrana güc tətbiqi... - Çin
  • Dünən, 12:29
    Miqrenə çarə tapıldı - Həkimdən açıqlama
  • Dünən, 11:45
    Tramp Ukrayna məsələsində Avropa ilə razılaşdı - Əvəzində nə tələb edir?
  • Dünən, 10:40
    Robert Köçəryanın toxunulmazlığı ləğv edildi
  • Dünən, 09:07
    Səhərlər görünən bu 4 əlamət – xərçəngdən ola bilər
  • 17-06-2026, 21:44
    Gecə yeyə biləcəyiniz yeganə meyvə: Rahat yatacaqsınız
  • 17-06-2026, 20:54
    Almaniya-Polşa sazişində gözlənilməz qərar: Varşava bunları rədd etdi
  • 17-06-2026, 19:26
    ABŞ-ın Hörmüzlə bağlı sensasion planı bəlli oldu: Rüsum alacaq
  • 17-06-2026, 18:11
    Bu 5 əlamət varsa, ürəyin gücdən düşüb
  • 17-06-2026, 17:40
    Qitə ölkələri Rusiya ilə müharibəyə hazırlaşmağa çağırıldı
  • 17-06-2026, 16:35
    Nə İsrailə, nə də ABŞ-a - HƏMAS silahları yalnız onlara təhvil verəcək
  • 17-06-2026, 15:03
    Evdə pilates: Doğru başlamaq üçün bilməli olduğunuz məqamlar
  • 17-06-2026, 14:29
    Paşinyan: Artıq bunu gizlətmək istəmirəm
  • 17-06-2026, 13:00
    Britaniyadan Rusiyaya yeni zərbə: "Qara siyahı"ya 43 ad əlavə olundu
  • 17-06-2026, 12:40
    İnsan bədəni ölüm yaxınlaşdıqca, necə davranır?
  • 17-06-2026, 11:42
    ABŞ-İran razılaşmasının görünməyən tərəfləri – Gerçəklər üzə çıxdı
  • 17-06-2026, 10:21
    ABŞ-ın borcu dünyada bahalaşma yaradacaq: Dollarla bağlı qorxulu proqnoz
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə