• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
At ili gəlir - Bu şəxslərin taleyi dəyişəcək
Sığortalı əməliyyat zamanı niyə pul tələb edilir? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən qərar nə zaman veriləcək? – Açıqlama
Xamenei təhlükədə: İranda xəbərdarlıq edildi – İnanılmaz sui-qəsd planı
İshalın gizli səbəbləri: allergiya, ferment çatışmazlığı və daha nələr…
Soyuqdəyməyə qarşı təbii dərman - Bir stəkan için
Ermənistan ordusu təmizlənir: Bu kadrlar qovulur
Bu ölkəyə son 300 ilin ən güclü yağışı yağdı
Bakıda bununla bağlı forum keçirildi – İlk dəfə
Sabah hava necə olacaq?
Ürəyin dayanmasının gözlənilməz səbəbi açıqlandı
Tramp sülh danışıqlarından yazdı: Görməyənə qədər inanmayın
Ukrayna üçün “ən qorxulu qış” yaxınlaşır
Dəridə görünən ciddi xəstəliklərin 7 əlaməti
Türkiyə imkan vermədi, “Apaçi”lər geri qaytarıldı
Yaponlar qışda qapılarına darçın çubuqları asırlar: Səbəbi
İshal 2 həftədən uzun çəkərsə, xəstəxanaya müraciət edin
Consondan SƏRT MESAJ - “Bu, Ukrayna dövlətinə tam xəyanətidir”
İsrail qırmızı xətti keçdi! - "Hizbullah"dan hədə dolu bəyanat
Payızda yağlı yeməkləri artırın – Həkim
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Hansı yaşda CHECK-UP müayinə etdirmək lazımdır? - HƏKİM RƏYLƏRİ

Səhiyyə

5-08-2020, 11:46

Hansı yaşda CHECK-UP müayinə etdirmək lazımdır? - HƏKİM RƏYLƏRİ


Son zamanlar qəfil ürək tutmaları, gözlənilmədən gələn xəstəliklərə düçar olanların sayı artıb.

Hansı ki, o adamlar haqqında “sağlam adam idi, ağrımırdı, qəfil niyə belə oldu ki” söyləyirlər. Amma sonradan məlum olur ki, bu problemlər gizli şəkildə illərdir davam edirmiş. Bəs bunları vaxtında necə bilmək olar?

Musavat.com xəbər verir ki, xarici ölkələrdə insanlar ən az ildə iki dəfə çekap (Check-up) müayinədən keçirlər. Bununla da baş verə biləcək müxtəlif xəstəlikləri önləmiş olurlar. “Check-up” vasitəsilə xərçəngin erkən diaqnozu qoyularaq, daha tez və effektiv müalicə edilməsinə nail olmaq olur.

Döş xərçəngindən vərəmə qədər bütün xəstəliklərdən “Check-up” vasitəsilə yaxa qurtarmaq mümkündür. Ümumiyyətlə, “Check-up” erkən diaqnoz məqsədilə edilən müayinə, laboratoriya, rentgen və bütün testlərin birləşməsidir. Ancaq təəssüflə qeyd etməliyik ki, Azərbaycanda bu məsələyə biganə yanaşılır. Bizdə insanlar xəstələnməyincə həkimə müraciət etmir. Hətta çox zaman xəstələnəndə belə öz üsulları ilə müalicə almağa çalışırlar. Məhz buna görədir ki, insanlar bir az yaşlaşdıqdan sonra gənclikdə hiss etmədikləri gizli xəstəliklər baş qaldırır və çox zaman da müalicə üçün gec olur. Mütəxəssislər bildirirlər ki, böyüklər ildə iki dəfə, uşaqlar bir yaşına qədər hər ay, qadınlarsa 6 aydan bir “Check-up” müayinədən keçməlidir.

Həkim Vasif İsmayıl bildirdi ki, insan 45 yaşdan sonra müntəzəm olaraq həkim nəzarətindən keçməlidir: ““Check-up” müayinəsinin müntəzəmliyinin hər kəsə görə dəyişən xarakteri var. Bu insanın yaşına, həyat tərzinə görə dəyişir. Hər kəsin müəyyən yoxlanılacaq parametrləri var. Bu məsələyə çox ciddi diqqət etmək lazımdır. Sığortada olan həkim buna nəzarət edir və müəyyən bir “Check-up” qrafiki çıxarır. İnsanlar bu qrafik əsasında gedib yoxlanılırlar. Hər mədəni ölkədə bu belədir. Yəni hər kəs ağlına gəldiyi zaman gedib “Check-up” olunmur. Sadəcə olaraq, vəziyyətinə görə tənzimlənmiş “Check-up” müayinəsinə gedir. Ümumiyyətlə, hər bir insan 45 yaşından sonra müntəzəm olaraq “Check-up” üçün həkimə getməlidir. Amma orada hansı təhlilləri verəcək, bu, artıq hər bir fərdin şəxsən qərar verəcəyi bir məsələdir".

Qadınların “Check-up” müayinədən ildə neçə dəfə keçməsinə və hansı xəstəliklərin gizlin gedə biləcəyi məsələsinə gəlincə isə cərrah mama-ginekoloq Ləman Əliyeva qadınların ildə iki dəfə müayinədən keçməsinin vacib olduğunu dedi: “Türkiyədə və digər xarici ölkələrdə qadınlar uşaqlıq boynu xərçənginin öncədən aşkara çıxması üçün altı aydan bir və ya ən az ildə bir dəfə retrospektiv analiz verirlər. Bizdə yaşı 30-un üzərində olan qadınlardan çoxu bu analizin nə olduğunu bilmir və keçməyib. Biz təbii ki, qəbulumuza gələn xanımlara bunu başa salırıq. Hətta ola bilər ki, onun heç bir problemi, şikayəti yoxdur, sadəcə, ginekoloqun müayinəsində olur? retrospektiv testindən keçir. O zaman uşaqlıq boynunun xərçəngi ilə bağlı şübhələr ortaya çıxır. Bunu öncədən biləndə müalicələr tətbiq etməklə qarşısını ala bilirik. Amma bəzən elə halda gəlirlər ki, uşaqlıq boynu xərçənginin ilkin mərhələsi olur. Qadınlar bunu gecikdirirlər. Biz qəbulumuza gələn qadınlara gücümüz çatan qədər deyir, maarifləndiririk. Qadın problemi oldu olmadı, ildə iki dəfə, altı aydan bir ginekoloq müayinəsində olmalıdır”.

Uşaqlara gəlincə isə pediatr Günay Rəsulova bildirdi ki, maddi sıxıntıya baxmayaraq valideynlər övladlarını rutin kontrollardan və pediatr müayinələrindən mütləq keçirməlidir: “Uşaqlara tətbiq olunmalı müayinələr və pediatr kontrolları var ki, bunlar olduqca vacibdir. Məsələn, yeni dünyaya gələn uşağa topuq testi müayinəsi edirik. Hansı ki, bu, dünyanın hər yerində tətbiq edilir. İlk 3-4 ay ərzində çanaq müayinəsi edirik. Bu da mütləq lazımdır. Uşaqdan asılı olaraq exo kardeoqrafiyası və s. aylıq kontrollar edirik. Bundan başqa, uşaqlar bir yaşdan sonra altı aydan bir, sonra isə ildə bir dəfə pediatriv müayinədən keçirilməlidir. 1, 3 və 6 yaşda da keçilməli olduğu vacib müayinələr var. Bir yaşa qədər uşaqlarda peyvənddən öncə həkim baxışı, peyvəndlərin olunması hər uşağa mütləq şəkildə tətbiq edilməlidir. Dünyanın hər yerində tibbi sığorta tətbiqinə əsasən insanların vaxtı-vaxtında həkimə getmək kimi bir üstünlükləri olur. Bizdə də dövlət tərəfindən tibbi sığorta uğurla tətbiq olunmaqdadır. Tibbi sığorta tətbiq edildikdən sonra insanlar bu barədə maddi sıxıntı çəkmədən aylıq rutinlərini yerli yerində edə biləcəklər”.

Pediatr valideynlərin sırf maddi çətinliyə görə övladlarının müayinəsini gecikdirdiyini dedi: “Dövlət tibbi sığortanın tətbiqindən sonra bizdə də bu cür sıxıntılar qalmayacaq. Hər bir valideyn təbii ki, övladının sağlamlığı üçün heç bir müayinədən kənarda qalmaq istəməz. Valideynlərə tövsiyə edərdim ki, maddi çətinliyə baxmayaraq, övladlarını mümkün olduqca rutin müayinələrdən və pediatr kontrollarından keçirsinlər. Həmçinin mümkün olduqca profilaktik peyvəndlər tətbiq olunmalıdır. Bir yaşa qədər uşaqlara poliklinikalarda ödənişsiz müayinələr və peyvəndlər tətbiq olunur. Ən azından bunlardan kənarda qalmaq olmaz”.

Oxunub: 961
Paylaş:
Digər xəbərlər

Manşet / Səhiyyə

4-01-2020, 11:46

Hansı yaşda CHECK-UP müayinə etdirmək lazımdır? - HƏKİM RƏYLƏRİ

Səhiyyə

3-11-2019, 20:14

Gizli infarkt necə olur– Niyə onu hiss etmirik?

Manşet / Gündəm / Səhiyyə

6-01-2019, 17:27

Centoscreening evlilik öncəsi genetik check-up

Klinika

30-09-2018, 14:33

Hamiləlik zamanı profiklaktik müayinə vacibdirmi?

Manşet / Gündəm / Səhiyyə

11-03-2018, 19:08

Check Up nədir?

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
At ili gəlir - Bu şəxslərin taleyi dəyişəcək
Sığortalı əməliyyat zamanı niyə pul tələb edilir? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən qərar nə zaman veriləcək? – Açıqlama
Xamenei təhlükədə: İranda xəbərdarlıq edildi – İnanılmaz sui-qəsd planı
İshalın gizli səbəbləri: allergiya, ferment çatışmazlığı və daha nələr…
Soyuqdəyməyə qarşı təbii dərman - Bir stəkan için
Son xəbərlər
  • Dünən, 22:23
    At ili gəlir - Bu şəxslərin taleyi dəyişəcək
  • Dünən, 21:11
    Sığortalı əməliyyat zamanı niyə pul tələb edilir? - AÇIQLAMA
  • Dünən, 20:42
    Pensiyalarla bağlı gözlənilən qərar nə zaman veriləcək? – Açıqlama
  • Dünən, 19:27
    Xamenei təhlükədə: İranda xəbərdarlıq edildi – İnanılmaz sui-qəsd planı
  • Dünən, 18:24
    İshalın gizli səbəbləri: allergiya, ferment çatışmazlığı və daha nələr…
  • Dünən, 18:06
    Soyuqdəyməyə qarşı təbii dərman - Bir stəkan için
  • Dünən, 17:28
    Ermənistan ordusu təmizlənir: Bu kadrlar qovulur
  • Dünən, 16:11
    Bu ölkəyə son 300 ilin ən güclü yağışı yağdı
  • Dünən, 14:21
    Bakıda bununla bağlı forum keçirildi – İlk dəfə
  • Dünən, 13:54
    Sabah hava necə olacaq?
  • Dünən, 12:25
    Ürəyin dayanmasının gözlənilməz səbəbi açıqlandı
  • Dünən, 11:08
    Tramp sülh danışıqlarından yazdı: Görməyənə qədər inanmayın
  • Dünən, 10:26
    Ukrayna üçün “ən qorxulu qış” yaxınlaşır
  • Dünən, 09:10
    Dəridə görünən ciddi xəstəliklərin 7 əlaməti
  • 23-11-2025, 22:54
    Türkiyə imkan vermədi, “Apaçi”lər geri qaytarıldı
  • 23-11-2025, 22:43
    Yaponlar qışda qapılarına darçın çubuqları asırlar: Səbəbi
  • 23-11-2025, 21:04
    İshal 2 həftədən uzun çəkərsə, xəstəxanaya müraciət edin
  • 23-11-2025, 20:23
    Consondan SƏRT MESAJ - “Bu, Ukrayna dövlətinə tam xəyanətidir”
  • 23-11-2025, 19:16
    İsrail qırmızı xətti keçdi! - "Hizbullah"dan hədə dolu bəyanat
  • 23-11-2025, 18:34
    Payızda yağlı yeməkləri artırın – Həkim
  • 23-11-2025, 17:29
    Xameneiyə qarşı sui-qəsd cəhdləri... - İran kəşfiyyatından açıqlama
  • 23-11-2025, 16:17
    Cenevrədə ABŞ-Ukrayna danışıqları başladı
  • 23-11-2025, 15:22
    Saçınız tez yağlanırsa, belə edin - 20 qəpiklik çarə
  • 23-11-2025, 14:22
    Ekran qarşısında keçirdiyiniz vaxt xəstəliyə səbəb olur - Texno boyun sindromu nədir?
  • 23-11-2025, 11:25
    Ukraynaya qarşı sülh planı: Tramp Putindən nə qopardı?
  • 23-11-2025, 10:33
    G20-nin sonu çatıb – Makrondan etiraf
  • 23-11-2025, 09:09
    Qocalmanı yavaşladan 9 super qida
  • 22-11-2025, 21:33
    Qışda qadınlarda istəksizliyin səbəbi açıqlandı
  • 22-11-2025, 21:20
    Gecə yatmazdan əvvəl qatıq yesəniz nə baş verir?
  • 22-11-2025, 20:28
    Netanyahu: Türkiyənin Suriyanın cənubuna daxil olmasına imkan vermədik
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə