• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Hər gün bir fincan - Çobanyastığı çayının faydaları
Modi elan etdi: Pakistana zərbələr…
PKK-nın özünü ləğvetmə qərarının şifrələri - Bundan sonra nələr olacaq?
Hansı qida hansı ruhi xəstəliyə faydalıdır?
44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
Ərdoğan PKK-nın ləğvini belə şərh etdi
İltihabı azaldır, yaşlanma prosesini ləngidir - Möcüzəvi QİDA
Ticarət müharibəsi ilə bağlı sensasion nəticə: ABŞ və Çin…
Şəkər, şirniyyat beyinə niyə lazımdır?
Oynaq ağrılarını sağaldan - Təbii RESEPT
Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…
Ürəyə, beyinə, sümüklərə faydalı - ALLERGENSİZ QİDA
İsrail səfiri açıqladı: səlahiyyət müddəti bitir
2014-cü ilin sirri açıldı: “Rusiya bu faciənin səbəbkarıdır”
Ankara MƏQSƏDİNİ AÇIQLADI - “Hər kəs masanı alt-üst edərkən...”
Stresi azaldan 10 qida - Mütləq sınayın!
ABŞ–İran danışıqlarının növbəti raundu nə vaxt olacaq?
Orqanizmin dostu F vitamini
Putin risk edir, Rusiyanın atəşkəsə ehtiyacı var… – Bolton
Savaş davam edir: Hindistan Pakistan təyyarələrini vurdu
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

BAKIDA DƏHŞƏTLİ UCQUNLAR: "Şəhərin əhali yaşayan massivlərində.... faciə qaçınılmaz olacaq..."

Müsahibə

18-10-2018, 21:27

BAKIDA DƏHŞƏTLİ UCQUNLAR: "Şəhərin əhali yaşayan massivlərində....  faciə qaçınılmaz olacaq..."





















Bakı sürüşmə problemi ilə üz-üzə qalıb.



Bir neçə ildir ki Bakının Bayıl qəsəbəsi sürüşməkdədir. Ancaq problem öz həllini tapmır. Bir neçə gün öncə Azərbaycana problemi çözmək üçün Yaponiyadan mütəxəssis də dəvət edilib.

Yaranmış vəziyyətlə bağlı Yenicag.az-ın suallarını landşaftşünas Şəbnəm Karslı cavablandırıb.

Şəbnəm Karslı ilə müsahibəni sizə təqdim edirik:
BAKIDA DƏHŞƏTLİ UCQUNLAR: "Şəhərin əhali yaşayan massivlərində....  faciə qaçınılmaz olacaq..."
– Bir neçə ildir ki sürüşmə davam edir. Tədbirlər görüləcək deyilir, ancaq ortada nəticə yoxdur. Konkret hansı tədbirlər görülməlidir?

– Əvvəl hansı tədbirlər üçün gec qalındığından başlayım. Bu ərazilər istifadəyə verilmədən öncə mütəxəssis rəylərini nəzərə almaq lazım idi. Bir ərazi vahidi yaşayış massivinə çevrilmədən öncə həmin ərazi tədqiq edilməli, qrunt suları kimi problemli landşaftlar öncəliklə möhkəmləndirilməli idi. Su axarları nəzarət altına alınmalı və yaşayış massivi boyunca torpaq bərkitmə işləri həyata keçirilməli idi. Federal – mühəndislik işləri aparılıb yaşayış binalarının bünövrələri möhkəm torpaq üzərində inşa edilməli idi. Ən önəmlisi infrastrukturdur. Kanalizasiya sistemi olmayan bir ərazidə yaşayış sahələri salınırsa və hələ üstəlik ərazinin qrunt suları kimi problemi varsa, sürüşmə və nəticədə uçqunlar labüddür.

İndi ərazidə artıq tikililər var. Görüləcək işlər daha da çətinləşib. Yeni texnologiyalarla təhlükəli əraziləri müəyyənləşdirib, hissə-hissə möhkəmləndirmə işləri aparılmalıdır. İnfrastrukturdakı əskikliklər mütləq həll edilməli və ancaq ondan sonra əhali yenidən evlərinə qaytarılmalıdır.

– Bakının ən təhlükəli əraziləri hansılardır və paytaxtı gələcəkdə nə gözləyir?

– Abşeron yarımadası bütünlüklə qrunt suları aktiv olan ərazidir. Zamanında kanalizasiya sistemi qurulmuş ərazilər daha az təhlükəlidir. Bayıl yamacı, Lökbatan yamacı, Badamdar artıq təhlükəli olduqlarını nümayiş etdirdilər. Amma ən azı bu ərazilər qədər təhlükəli massivlər var. Əhmədli qəsəbəsi, Zığ şosesi ətrafı, Binəqədi, “Qurd qapısı” deyilən ərazi, Qobustan qəsəbəsində yeni tikililərin olduğu massivlər, Qanlı Göl ətrafı, Ələt qəsəbəsi və Masazır ərazisində də tədbirlər görülməsə, sürüşmə halları qaçınılmaz olacaq. Gələcəkdə isə uçqunlar gözlənilir. Bu gün sürüşmə hallarının qarşısı alınmasa, möhkəmləndirmə tədbirləri aparılıb infrastruktur qurulmasa, yaxın gələcəkdə gündəm sürüşmə deyil, uçqun olacaq.

– Sürüşmənin davam etməsinə görə hansı qurumlar cavabdehdir? Hazırda qurumlar arasında ötür-ötür oyunu gedir. Sual buna görə yaranıb.

– Sürüşmənin davam etməsinə görə cavabdeh Ana Təbiətdir. Qarşısının alınmaması, təhlükəli ərazilərdə tikililərə icazə verilməsi və mütəxəssislərin rəylərini nəzərə almadan yaşayış massivlərinin salınması və infrastrukturun qurulmamasına görə cavabdeh isə icra qurumlarıdır.

– Hazırda paytaxtın köçürülməsi dedi-qodusu gəzir. Ən təhlükəsiz ərazi haradır? Bildiyim qədər, sovet dönəmində paytaxt üçün başqa bir şəhər salmaq məsələsi olub.

– Azərbaycanda elə bir ərazi vahidi yoxdur ki, orada sürüşmə prosesinin heç vaxt olmayacağını deyə bilək. Relyef buna uyğun deyil. Xəstəni ölümə tərk etmək yerinə sağaltmaq lazımdır. Şəhərin yükünü azaltmaq olar. Bunun üçün təhsil müəssisələrinin, zavodların köçürülməsi kimi işlər aparıla bilər. Amma ümumilikdə şəhər sərmayə tələb edir, müvafiq tədbirlər görülərsə, biz bu “xəstəni” xilas edə bilərik.

– Xəritəyə baxdıqda, şəhərin böyük bir hissəsi problemli görünür. Bu o deməkdir ki, şəhərin təxminən yarısı boşaldılmalıdır?

– Ən təhlükəli ərazilər boşaldılmalıdır. Ümumilikdə şəhər və Abşeron yarımadası planlamaya müvafiq yenidən qurulmalıdır. Mütəxəssislərin rəyləri nəzərə alınmadan görülən işlər davam edərsə, faciə qaçınılmaz olacaq.

– Əgər qrunt sularından təmizlənmə düzgün aparılsa, o ərazilərdə yaşayış nə zaman mümkün ola bilər?

– Qrunt sularından təmizləmə – bu ifadə yanlışdır. Bu, yağışın qarşısını almaq kimi səslənir. Bu sular və axarları var, olacaq da. Biz bununla yaşamağı bacarmırıq. Günü bu gün yuxarıda dediyim işlərə başlayacağıqsa, problemin həlli uzunmüddətli planlarla həyata keçiriləcək. Bu işlər müntəzəm qaydada davam etdirilməli, ələxsus yeni massivlərin salınması işləri mütəxəssislərlə bərabər aparılmalıdır. Yaponiyadan və ya digər ölkələrdən isə mütəxəssis yox, texniki avadanlıqlar gətirilməli idi.

– Bakı ilə bağlı ən yaxşı və ən pis proqnoz nədir?

– Landşaftşünas kimi heç bir yaxşı proqnozum yoxdur. Şəhər son illərdə məhv edilib. Kosmetik bəzəklər xaricində bir iş görülməyib. Ən pis proqnozum uçqunlardır. Həqiqətən də qorxuram. Böyük arealların altındakı süxurlar ciddi şəkildə erroziyaya məruz qalıb. Şəhərin əhali yaşayan massivlərində böyük miqyaslı uçqunlar ola bilər. Nəticədə tələfat qaçılmaz olacaq.

Səxavət Məmməd

Oxunub: 1 043
Paylaş:
Digər xəbərlər

Xəbərlər

18-10-2018, 09:51

TƏCİLİ!!! Bakıda nə baş verir? - İNDİ DƏ şəhərin mərkəzində - DƏHŞƏTLİ SÜRÜŞMƏ - Video

Xəbərlər

18-10-2018, 00:31

SON DƏQİQƏ!!! Bakı sakinlərinə dəhşətli XƏBƏR - Şəhər CÖKÜR... - (Yenilənib)

---

15-10-2018, 01:41

"Sürüşmə zonasında tikilən evlər qanunsuzdur, söküləcək..."- Hacıbala Abutalıbov iş başında

Manşet / Gündəm / Xəbərlər

6-09-2018, 12:31

General: Məhərrəm ayı ilə əlaqədar zəruri tədbirlər görüləcək

Manşet / Gündəm / Xəbərlər

6-09-2018, 12:23

Azərbaycanda sürüşmə zonaları aktivləşib, yollar çöküb

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Hər gün bir fincan - Çobanyastığı çayının faydaları
Modi elan etdi: Pakistana zərbələr…
PKK-nın özünü ləğvetmə qərarının şifrələri - Bundan sonra nələr olacaq?
Hansı qida hansı ruhi xəstəliyə faydalıdır?
44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
Ərdoğan PKK-nın ləğvini belə şərh etdi
Son xəbərlər
  • Bu gün, 18:35
    Hər gün bir fincan - Çobanyastığı çayının faydaları
  • Bu gün, 17:27
    Modi elan etdi: Pakistana zərbələr…
  • Bu gün, 16:14
    PKK-nın özünü ləğvetmə qərarının şifrələri - Bundan sonra nələr olacaq?
  • Bu gün, 15:52
    Hansı qida hansı ruhi xəstəliyə faydalıdır?
  • Bu gün, 14:30
    44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
  • Bu gün, 13:06
    Ərdoğan PKK-nın ləğvini belə şərh etdi
  • Bu gün, 12:30
    İltihabı azaldır, yaşlanma prosesini ləngidir - Möcüzəvi QİDA
  • Bu gün, 11:01
    Ticarət müharibəsi ilə bağlı sensasion nəticə: ABŞ və Çin…
  • Bu gün, 09:08
    Şəkər, şirniyyat beyinə niyə lazımdır?
  • Dünən, 15:07
    Oynaq ağrılarını sağaldan - Təbii RESEPT
  • Dünən, 13:17
    Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…
  • Dünən, 12:36
    Ürəyə, beyinə, sümüklərə faydalı - ALLERGENSİZ QİDA
  • Dünən, 11:20
    İsrail səfiri açıqladı: səlahiyyət müddəti bitir
  • Dünən, 10:09
    2014-cü ilin sirri açıldı: “Rusiya bu faciənin səbəbkarıdır”
  • Dünən, 10:02
    Ankara MƏQSƏDİNİ AÇIQLADI - “Hər kəs masanı alt-üst edərkən...”
  • Dünən, 09:00
    Stresi azaldan 10 qida - Mütləq sınayın!
  • 11-05-2025, 22:41
    ABŞ–İran danışıqlarının növbəti raundu nə vaxt olacaq?
  • 11-05-2025, 21:08
    Orqanizmin dostu F vitamini
  • 11-05-2025, 20:15
    Putin risk edir, Rusiyanın atəşkəsə ehtiyacı var… – Bolton
  • 11-05-2025, 19:28
    Savaş davam edir: Hindistan Pakistan təyyarələrini vurdu
  • 11-05-2025, 18:21
    Qaraciyərdə pozulmaların olmasına işarə edən ƏLAMƏTLƏR
  • 11-05-2025, 16:46
    Türkiyə üçün möhtəşəm xəbər: 40 illik gözlənti sona çatır, tarix verildi
  • 11-05-2025, 15:04
    Səhər yeməyindən əvvəl bu dəmləməni için. Arıqlamaq üçün sadə üsul
  • 11-05-2025, 14:46
    Ukrayna görüşə hazırdır, sabahdan... - Zelenski Rusiyadan hansı addımı gözlədiyini açıqladı
  • 11-05-2025, 13:08
    Yenə azaldı, yenə Gürcüstana uduzduq – Səbəb nədir?
  • 11-05-2025, 12:28
    Gündəlik vərdişlər həyatınızı qısaldır: Şok edici həqiqət
  • 11-05-2025, 11:35
    Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
  • 11-05-2025, 10:13
    Vətəndaşların nəzərinə: Qiymətlər 5 dəfə artdı – Ötən həftə 1 manat idi…
  • 11-05-2025, 09:00
    Səhər enerjili oyanmaq üçün nə etmək lazımdır?
  • 10-05-2025, 21:05
    Bütün çarəsi olmayan və ağır xəstələr bunu içsin - Tanınmış həkimdən şəfa iksiri
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə