• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Putin qəti tapşırıq verib: NATO daxildən məhv edilməlidir
Putinin Qərblə bağlı dəhşətli planı: NATO və Aİ-ni dağıtmaq əmrini verdi
Rusiyada gecə kabusu: 553 Ukrayna PUA-sı vuruldu
Tez-tez baş ağrısı yaşayanlar bunu bilməlidir
Lavrovdan KRİTİK MESAJ - “Avropa İttifaqı çox təhlükəli yol seçib”
ABŞ Yaxın Şərqə nəhəng hərbi güc göndərir: İrana yeni zərbə endiriləcək?
Qarayara xəstəliyi nədir? - Əlamətləri, qorunma yolları
İranlı general: Tehran TRİPP layihəsi üzrə Ermənistanla heç bir razılığa gəlməyib
Şimali Koreya Putinə belə dəstək verir
Çox çörək yedikdən sonra bu içki şişkinliyi azalda bilər
Bir gecədə hər şeyi dəyişdirən qərar: 65 il əvvəl Berlində nə baş verdi? – FOTOLAR
Britaniya İsrailə təzyiqi artırır: Hərbi ixrac risk altındadır
Trampın İran açıqlaması narahatlıq yaratdı – Azərbaycana risk varmı?
Ayaqyalın gəzmək böyrək xəstəliklərinə səbəb olur? - Pediatrdan cavab
Türkiyədən gözlənilməz həmlə: “düşməni” ilə yaxınlaşır – İkinci Əsəd ssenarisi
Gürcüstan Rusiya ilə sərhədi bağladı
Azərbaycanlılar Ermənistanda araşdırma aparır... - Paşinyan Əliyevin sözlərini təsdiqlədi
Gərginliyin arxasında İran dayanır - Yəmən
Hamiləliklər arasında fasilə az olarsa... - Həkim xəbərdarlıq etdi
Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Bu gün Azərbaycanda Milli Kino Günüdür

Mədəniyyət

2-08-2020, 21:09

Bu gün Azərbaycanda Milli Kino Günüdür



Bu gün Azərbaycanda Milli Kino Günüdür.

Oxu.Az xəbər verir ki, bu gün ümummilli lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə hər il avqustun 2-də qeyd olunur.

1898-ci il iyunun 21-də Bakıda Vasil-Vyatskinin teatr–sirkində tamaşanın tərkib hissəsi kimi Bakı həyatından bəhs edən “Şəhər bağında xalq gəzintisi”, “Qatarın dəmiryol stansiyasına daxil olması”, “Bakı küçəsi sübh çağı” kinosüjetləri nümayiş etdirilib.

Elə həmin il avqustun 2-də 25 ildən artıq Bakıda yaşayıb işləyən, Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mixayloviç Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərin müstəqil nümayişini təşkil edib.

Adıçəkilən süjetlər 1900-cü ildə Parisdə keçirilən Ümumdünya sərgisində nümayiş olunub və orada da saxlanılıb. Onlardan ikisi – “Bibiheybətdə neft fontanı yanğını” və “Balaxanı neft fontanı” 2001-ci ildə Fransanın kino arxivindən Azərbaycana geri qaytarılıb. Həmin kinosüjetlər hazırda 35 mm-lik plyonkada və videokasetdə filmfondda qorunub saxlanılır. Bu tarixi faktın nəticəsi olaraq Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə avqustun 2-ni kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü elan edib.

1908-ci ildə professional kinooperator Qrossman Bakı neft mədənlərinin həyatından bəhs edən süjetlər çəkməyə başlayıb. Bu mövzu Fransanın “Pate” və “Qomon” kinoşirkətlərini də maraqlandırıb və onlar Bakıya öz operatorlarını göndəriblər. Çəkilən filmlər şəhərdəki “Rekord”, “Mikado”, “Ekspress”, “Fransuzski” kinoteatrlarında göstərilib.

1915-ci ildə Pirone qardaşları Bakıda “Filma” Səhmdar Cəmiyyətini yaradıblar və 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında “Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib. Hər iki filmin rejissoru Boris Svetlov, operatoru isə Qriqori Lemberq idi.

1918-ci ilin mayında Azərbaycan Demokratik Respublikası elan olunduqdan sonra yeni hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni-iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda Kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb.

1918-ci ildə onlar “Kinematoqrafiya və teatr qulluqçuları şurası”nda birləşiblər. 1919-cu il mayın 28-də Azərbaycan Demokratik Respublikasının ildönümünə həsr olunan xronikal film çəkilib. Təəssüf ki, Azərbaycanın ilk ekran puublisistikası nümunəsi olan həmin film bizim günlərə çatmayıb.

1920-ci ilin aprelində Azərbaycanın bolşevik ordusu tərəfindən işğalından və milli hökumətin süqutundan sonra iyulun 4-də inqilab komitəsinin sədri N.Nərimanov kinematoqrafiya idarələrinin milliləşdirilməsi haqqında dekret imzalayıb.

Həmin ildə “Bakıda XI Qızıl Ordu hissələrinin paradı”, “Şərq xalqlarının qurultayı” və “26 Bakı komissarlarının dəfni” xronikal filmləri çəkilib.

1923-cü ildə Azərbaycanda kinostudiya yaradılıb. 1925-ci ildən isə əsas istehsalat sahəsi olan kinofabrik istifadəyə verilib.

Kinostudiya 1923-1926-cı illərdə “Azərbaycan Foto-Kino İdarəsi” (AFKİ), 1926-1930-cu illərdə “Azdövlətkino”, 1930-1933-cü illərdə “Azərkino”, 1933-cü ildə “Azfilm”, 1934-cü ildə “Azdövlətkinosənayesi”, 1935-1940-cı illərdə “Azərfilm”, 1941-1959-cu illərdə “Bakı kinostudiyası” adlanıb, 1961-ci ildən bu günə qədər Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası adını daşıyır.

Abbas Mirzə Şərifzadənin 1926-cı ildə çəkdiyi “Bismillah” filmi Azərbaycan kinematoqrafiyasının ilk müstəqil əsəri, Şərifzadə isə ilk milli rejissorudur. 1925-ci ildə milli kino kadrlara kömək məqsədilə İ.Savçenko, V.Pudovkin, A. Beknazarov, N.Şengelaya kimi məşhur kinorejisssorlar Bakıya dəvət olunublar.

1936-cı ildə rejissorlar B.Pumpyanski və V.Yeremeyevin “Şöhrətli Azərbaycan” kinoalmanaxında neftçi Piri Nuriyev və pambıqçı Qüdrət Səmədov danışıblar. Beləliklə, respublikada ilk sinxronlu filmlərin özülü qoyulub.

Elə həmin ildə milli kinomuzun ilk səsli filmi – “Azərfilm”lə “Mejrabpomfilm”in müştərək istehsalı olan “Mavi dənizin sahilində” komediyası çəkilib. Rejissorlar Boris Barnet və Səməd Mərdanov tərəfindən çəkilən “Mavi dənizin sahilində” filmi 1995-ci ildə dünya kinosunun yüz illiyi münasibətilə “Kinovedçeskiye zametki” jurnalının ən nüfuzlu kinoşünaslar arasında keçirdiyi sorğuya əsasən dünya kinosunun ən yaxşı on əsəri siyahısına, həmçinin Fransada Bernar Ayzenşitsin, Rusiyada isə Naum Kleymanın siyahılarına daxil edilib.

“Mavi dənizin sahilində” filminin ikinci rejissoru Səməd Mərdanov Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda dahi Sergey Eyzenşteynin emalatxanasında təhsil alıb və Azərbaycan Kino tarixində ilk ali təhsilli rejissordur. Rejissorun birinci müstəqil bədii filmi “Kəndlilər” peşəkarlıq səviyyəsinə görə milli kinomuzun ən yaxşı nümunələrindən biri sayılır.

İkinci Dünya Müharibəsi illərində bədii film istehsalı zəifləsə də, azərbaycanlı kinooperatorlar daim cəbhənin ön xəttində olublar. Operatorlar S.Bədəlov, C.Məmmədov, M.Mustafayev, A.Həsənov və digərlərinin qaynar nöqtələrdən çəkdikləri kadrlar indi də ekrana çıxan xronika materiallarında istifadə olunur. Müharibənin əvvəlindən sovet ordusunun tərkibində İrana-Cənubi Azərbaycana daxil olan operatorlar orada əhalinin həyatını, 1942-ci il noyabrın 7-də Təbrizdə sovet ordusunun hərbi paradını, demokratik hərəkat prosesini və hərəkatın liderlərini lentə alıblar.

1945-ci ildə rejissor Rza Təhmasib “Arşın mal alan” (Ü.Hacıbəyovun eyniadlı operettası əsasında) filmini çəkib. “Arşın mal alan” kino yarandığı gündən bu günə qədər həm ölkə daxilində, həm də ondan kənarda ən çox baxılan Azərbaycan filmidir. Bu film Rusiya kinosunun 100 illiyi münasibətilə aparılan sosioloji sorğularda məşhur kino mütəxəssislərinin yekdil rəyi ilə sovet ekranında uzun illər nümayiş etdirilmiş “100 ən sevimli film”in siyahısında “qızıl siyahıya” daxil edilib.

50-ci illərdə Bakıda hind filmləri həftəsi keçirilib. Tamaşaçıların kinoteatrlara olan axınını görən rejissorlar öz filmlərinə hind kinosunun elementlərini daxil etməyə başlayıblar. 50-ci illərdə kino istehsalatında musiqili komediyalar, hind filmləri elementləri ilə zəngin melodramalar - “Bəxtiyar” (rej. Lətif Səfərov, 1955), “Görüş” (rej. Tofiq Tağızadə, 1955), “O olmasın, bu olsun” (1956), “Qızmar günəş altında” (rej. Lətif Səfərov, 1957), “Ögey ana” (rej. Həbib İsmayılov, 1958) - üstünlük təşkil edib.

60-cı illərin ortaları - 70-ci illərin əvvəllərində vəziyyət dəyişir. Rejissor və ssenarist Həsən Seyidbəyli Azərbaycan kinosuna yeni, düşünən, çoxqatlı qəhrəmanlar gətirib (“Telefonçu qız”, “Sən niyə susursan?”).

Həmin dövrdə çəkilən filmlərdə – “Yenilməz batalyon” (rej. H.Seydizadə, 1965), “Mən ki gözəl deyildim” (rej. T.Tağızadə, 1968), “Uşaqlığın son gecəsi” (“rej. A.Babayev, 1968), “Bir cənub şəhərində” (rej. E.Quliyev, 1969), “Bizim Cəbiş müəllim” (H.Seyidbəyli, 1969), “Şərikli çörək” (rej. Ş.Mahmudbəyov, 1969), “Yeddi oğul istərəm” (rej. T.Tağızadə, 1970) - italyan neorealizminin təsiri duyulmağa başlayır.

70-ci illər həm də Azərbaycan kinosuda ilk film-operanın yaranması ilə yadda qalıb. 1970-ci ildə rejissor Vladimir Qorriker C.Cabbarlının eyniadlı pyesinin motivləri və bəstəkar F.Əmirovun eyniadlı operasının əsasında “Sevil” film-operasını çəkib.

70-ci illərin sonu - 80-ci illərdə bütün sovet məkanında korrupsiyaya qarşı dövlət səviyyəsində aparılan mübarizə, daha sonra yenidənqurma, aşkarlıq siyasəti kinoda da özünü göstərib. Bu illərdə yaranan filmlərdə (“İstintaq” (rej. R.Ocaqov, 1979) “Anlamaq istəyirəm” (rej. O.Mirqasımov, 1980), “Onun bəlalı məhəbbəti” (rej. Z.Abbasov, 1980), “Şeytan göz qabağında” (rej. O.Mirqasımov, 1987)) daha çox sosial mövzulara – cəmiyyətdə təbəqələşmə, rüşvətxorluq, məmur özbaşınalığına yer ayrılıb.

XXI əsrin gəlişi Azərbaycan kinosunda daha çox müstəqil studiyaların sayının nəzərəçarpacaq dərəcədə azalması, özəl vəsaitin kinodan uzaqlaşması ilə yadda qalır. Belə ki, 2000-ci illərdə dövlət, tədricən kinematoqrafiya üçün dominant maliyyə mənbəyinə çevrilib və istehsalatı öz nəzarətinə götürüb.

Son bir neçə ildə çəkilən filmlərdən Asif Rüstəmovun “Ev”, Əli İsa Cabbarovun “Düyün” qısametrajlı, Elçin Musaoğlunun “40-cı qapı”, Şamil Nəcəfzadənin “Qala”, Çingiz Rəsulzadənin “Kuklalar” tammetrajlı bədii filmləri Rotterdam, Monreal, Təbriz beynəlxalq kinofestivallarında nümayiş olunub və uğur qazanıb.

Ən son olaraq rejissor Hilal Baydarovun çəkdiyi “Səpələnmiş ölümlər arasında” filmi 77-ci Venesiya Film Festivalının əsas müsabiqəsinə seçilib. Bunula da müstəqil kino tariximizdə ilk dəfə dünyanın ən böyük və nüfuzlu üç film festivalından biri olan (Digərləri: Kann Film Festivalı və Berlin Film Festivalı) Venesiya Film Festivalında Azərbaycan filmi əsas müsabiqədə yarışacaq.

Oxunub: 1 239
Paylaş:
Digər xəbərlər

Xəbərlər

24-12-2019, 08:16

Bu gün İlham Əliyevin doğum günüdür

Xəbərlər

29-05-2019, 10:38

İlham Əliyev “Xəzər Neft və Qaz-2019” sərgisində iştirak edib

Manşet / Xəbərlər

26-08-2018, 14:24

Mehriban Əliyevanın doğum günüdür

Manşet / Xəbərlər

3-08-2018, 10:04

2 avqust - Azərbaycanda milli kino günü

Manşet / Gündəm / Xəbərlər

10-05-2018, 08:20

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümüdür

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Putin qəti tapşırıq verib: NATO daxildən məhv edilməlidir
Putinin Qərblə bağlı dəhşətli planı: NATO və Aİ-ni dağıtmaq əmrini verdi
Rusiyada gecə kabusu: 553 Ukrayna PUA-sı vuruldu
Tez-tez baş ağrısı yaşayanlar bunu bilməlidir
Lavrovdan KRİTİK MESAJ - “Avropa İttifaqı çox təhlükəli yol seçib”
ABŞ Yaxın Şərqə nəhəng hərbi güc göndərir: İrana yeni zərbə endiriləcək?
Son xəbərlər
  • Dünən, 20:24
    Putin qəti tapşırıq verib: NATO daxildən məhv edilməlidir
  • Dünən, 19:00
    Putinin Qərblə bağlı dəhşətli planı: NATO və Aİ-ni dağıtmaq əmrini verdi
  • Dünən, 17:02
    Rusiyada gecə kabusu: 553 Ukrayna PUA-sı vuruldu
  • Dünən, 15:41
    Tez-tez baş ağrısı yaşayanlar bunu bilməlidir
  • Dünən, 14:33
    Lavrovdan KRİTİK MESAJ - “Avropa İttifaqı çox təhlükəli yol seçib”
  • Dünən, 13:16
    ABŞ Yaxın Şərqə nəhəng hərbi güc göndərir: İrana yeni zərbə endiriləcək?
  • Dünən, 12:50
    Qarayara xəstəliyi nədir? - Əlamətləri, qorunma yolları
  • Dünən, 11:09
    İranlı general: Tehran TRİPP layihəsi üzrə Ermənistanla heç bir razılığa gəlməyib
  • Dünən, 10:28
    Şimali Koreya Putinə belə dəstək verir
  • Dünən, 00:56
    Çox çörək yedikdən sonra bu içki şişkinliyi azalda bilər
  • 13-08-2026, 22:43
    Bir gecədə hər şeyi dəyişdirən qərar: 65 il əvvəl Berlində nə baş verdi? – FOTOLAR
  • 13-08-2026, 20:26
    Britaniya İsrailə təzyiqi artırır: Hərbi ixrac risk altındadır
  • 13-08-2026, 19:37
    Trampın İran açıqlaması narahatlıq yaratdı – Azərbaycana risk varmı?
  • 13-08-2026, 18:55
    Ayaqyalın gəzmək böyrək xəstəliklərinə səbəb olur? - Pediatrdan cavab
  • 13-08-2026, 17:53
    Türkiyədən gözlənilməz həmlə: “düşməni” ilə yaxınlaşır – İkinci Əsəd ssenarisi
  • 13-08-2026, 16:39
    Gürcüstan Rusiya ilə sərhədi bağladı
  • 13-08-2026, 14:20
    Azərbaycanlılar Ermənistanda araşdırma aparır... - Paşinyan Əliyevin sözlərini təsdiqlədi
  • 13-08-2026, 13:30
    Gərginliyin arxasında İran dayanır - Yəmən
  • 13-08-2026, 12:40
    Hamiləliklər arasında fasilə az olarsa... - Həkim xəbərdarlıq etdi
  • 13-08-2026, 11:17
    Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
  • 13-08-2026, 10:47
    Ermənistan Azərbaycandan qaz almaq istəyir
  • 12-08-2026, 13:09
    İrəvan KTMT-dən çıxır: Rusiya səssiz qalır – Səbəb
  • 12-08-2026, 12:37
    Boğazda düyünlənmə hissi hansı xəstəliklərin əlaməti ola bilər? - Rusiyalı həkimdən AÇIQLAMA
  • 12-08-2026, 11:48
    Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
  • 12-08-2026, 10:51
    İsrail bayrağı o ərazidən enməyəcək! – Netanyahu qərarını açıqladı
  • 12-08-2026, 09:05
    Bu çay damarlarda yağı azaldır – Ucuz və asan
  • 11-08-2026, 22:43
    Çox idman etmək dəmir çatışmazlığı yarada bilər
  • 11-08-2026, 21:35
    Heç kim fərqinə varmır, lakin bu xəstəlik gecələr gizlicə yayılmağa başlayır
  • 11-08-2026, 20:06
    Bu ölkələrin Rusiya qorxusu: Mühafizəni gücləndirirlər...
  • 11-08-2026, 19:21
    Prezident İlham Əliyev Naxçıvana səfər etdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə