• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Tehran ağır sınaq qarşısında - BƏƏ ticarət və maliyyə əməliyyatlarını dayandırır
Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır
Rusiya tankerlərin istiqamətini dəyişdi: Yeni marşrut...
İsrail və Türkiyə gizli danışıqlar aparır?
Bu qarpızlar mədə və bağırsağı məhv edir
İran bu üç ölkəni hədələdi: Sonradan şikayətlənməyin!
Moskvadakı bütün ölkələrin səfirliklərinə nota göndərildi
Yulaf əzməsi həqiqətən faydalıdırmı?
Həyatında yeni səhifə açacaq 4 bürc
Elmi araşdırma: Hansı idman hansı xəstəliyə faydalıdır?
Bakını tüstü bürüyür – Paytaxtı zəhərləyənlər cəzalanacaqmı?
Sarımsaqdan öskürək siropunu belə hazırlayın
Kanada ABŞ-la ticarət danışıqlarını dayandırdı
Bu ölkənin daxili işlərinə heç vaxt müdaxilə etmirik - Qalibaf
Saç tökülməsinin ümumi səbəbləri - Hər gün neçə tel itirilə bilər?
32 dövlət Makrona görə təşviş içində – O tarixdən sonra hər şey dəyişə bilər
Ən çətin şəraitdə belə, Rusiya bunu edəcək – Putin
Günorta saatlarında yorğunluqdan belə xilas olun - Həkimdən 3 sadə MƏSLƏHƏT
ABŞ-da daimi yaşamaq istəyənlərə ŞAD XƏBƏR - Məhkəmə qadağanı ləğv etdi
Yumurtanı səhər yox, axşamlar yeyin
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Şəfiqə Məmmədəmin qızı Əfəndizadə

Bioqrafiya

14-04-2019, 15:27

Şəfiqə Məmmədəmin qızı Əfəndizadə

Şəfiqə Məmmədəmin qızı Əfəndizadə
Azərbaycanın ilk maarifpərvər qadınlarından biri, pedaqoq, publisist və yazıçı Şəfiqə Məmmədəmin qızı Əfəndizadə 1882-ci ildə Axalsik rayonunun Azqur kəndində tanınmış pedaqoq Məmmədəmin Şeyxzadənin ailəsində anadan olmuşdur. İlk təhsilini evdə öz atasından almışdır. 1918-ci ilin martında bolşevik-daşnak quldurları tərəfindən türk-müsəlman əhalisinə qarşı törədilən soyqırımdan sonra qaçqın düşmüş Qubada, Azqurda, İstanbulda yaşamışdır. Şəfiqə Əfəndizadə 1959-cu ildə Bakı şəhərində vəfat etmişdir.
Hələ 1896-cı ildə 14 yaşında ikən Şəfiqə Əfəndizadə Nuxa şəhərində şəxsi qadın məktəbində dərs demişdir. Qafqaz Müsdəlmanları Ruhani İdarəsində və Bakıda III Aleksandr kişi gimnaziyasında imtahan verərək ibtidai məktəbdə türk dili və şəriət müəllimi vəsiqəsi almışdır. 1901-ci ildə Tiflisdə Zaqafqaziya ruhani idarəsində müəllimlik attestatı almış və həmin ildən məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycan qadın təhsili tarixində ilk dəfə olaraq Bakı şəhərində yenicə yaradılmış rus-müsəlman qadın məktəbində ana dilindən dərs deməyə başlamışdır. Həmin məktəbdə 1910-cu ilə kimi fəaliyyət göstərmişdir. 1906-cı ildə o Azərbaycan müəllimlərinin I qurultayının iştirakçısı olmuşdur. 1910-cu ildən 1920-ci ilədək o, şəhər rus-tatar (azərbaycan) qadın məktəbinin müəllimi olmuşdur. 1915-ci ildən həmçinin qadın pedaqoji məktəbindəki pedaqoji kurslarda da dərs demişdir. 1917-ci ildə Cənubi Qafqaz müsəlman qadın müəllimlərinin Kazan şəhərində çağırılmış qurultayına nümayəndə seçilmiş, qurultayda iştirak edərək söylədiyi nitqində Şərq qadınlarının hüquqsuzluğundan danışmış, yeni məktəblərin, teatrların açılmasını tələb etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra 1919-cu ilin aprelində Bakıya dönmüş, pedaqoji işə bərpa olunmuş, 1920-ci ilin fevralında ərizə verərək istefaya çıxmışdır. Şəfiqə Əfəndizadə 1920-ci ildə Əli Bayramov klubunun təşkilində fəal iştirak etmiş və orada yaradılmış savadsızlığın aradan qaldırılması kurslarında dərs demişdir. 1920-ci ildən sonrakı dövrlərdə dəfələrlə Zaqafqaziyada, Qafqazda, Moskvada keçirilmiş qadınlar konfransında və qurultaylarında nümayəndə kimi iştirak etmişdir. Sovet hakimiyyəti illərində mədəni quruculuq işlərinə cəlb olunmuş, 1920-1926-cı illərdə darülmüəllimatda (qadın müəllim kadrları hazırlayan pedaqoji məktəb) dərs demiş, 1923-cü ildə "Şərq qadını" jurnalı fəaliyyət göstərməyə başlayan andan Şəfiqə Əfəndizadə jurnalla fəal əməkdaşlıq etməyə başlamış, redaksiya heyətinin üzvü seçilmiş, jurnalın məsul katibi və bədii ədəbiyyat şöbəsinin müdiri olmuşdur. Şəfiqə Əfəndizadə həmçinin 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilmişdir.
Şəfiqə Əfəndizadə bədii-publisistik yaradıcılıqla məşğul olmuş, ilk dəfə 1903-cü ildə "Şərqi-rus" qəzetində (1903-cü il, №7) başlamışdır. Sonralar o "Dəbistan", "Məktəb", "Füqara füyüzatı", "Dirilik" jurnalları və "Açıq söz" qəzeti ilə əməkdaşlıq etmiş, təlim-tərbiyə mövzularına dair məqalələr, uşaqlar üçün hekayələr dərc etdirmişdir. Eyni zamanda mətbuatda yazıçı kimi də çıxış etmiş, adları çəkilən nəşriyyatlarda bədii əsərlərini çap etdirmişdir. 1914-cü ildə onun yazdığı "İki yetim" yaxud "Kərimin himməti" povesti isə ayrıca kitab şəklində "Kaspiy" tipoqrafiyasında ("Azərbaycan kitabı", Bakı, 1963., s.139) nəşr olunmuşdur. 1916-cı ildə o "Açıq söz" qəzetində (№187, 17 may 1916-cı il) Cəlil Məmmədquluzadənin"Ölülər" pyesinə ilk rəyi dərc etdirmişdir.
"Şərq qadını" onun haqqında belə yazmışdı: "Şəfiqə xanım bütün Zaqafqaziyada ilk Azərbaycan dili müəlliməsi və bununla yanaşı ilk Azərbaycan qadın jurnalisti və yazıçısı olmuşdur" (1924-cü il, №1)
Şəfiqə Əfəndizadənin şagirdləri içərisində respublikamızın görkəmli dövlət xadimi olan Azərbaycan SSR-nin maarif üzrə xalq komissarı Ayna Sultanova və Azərbaycan xalq şairi Mirvarid Dilbazi və başqalarını qeyd etmək olar.

[/b][b]

Oxunub: 2 214
Paylaş:
Digər xəbərlər

Manşet / Bioqrafiya

4-09-2018, 11:11

Azərbaycan Demokratik Respublikasının Siyasi ictimai xadimlerinen biri Mirzə Əsədullayev

Manşet / Bioqrafiya

30-08-2018, 12:24

İlk azərbaycanlı qadın təyyarəçi

Manşet / Bioqrafiya

22-08-2018, 11:50

Axundova Şəfiqə Qulam qızı

Manşet / Bioqrafiya

26-07-2018, 10:01

Həmidə Ömərova

Manşet / Bioqrafiya

24-06-2018, 08:51

Xədicə Əlibəyova

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Tehran ağır sınaq qarşısında - BƏƏ ticarət və maliyyə əməliyyatlarını dayandırır
Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır
Rusiya tankerlərin istiqamətini dəyişdi: Yeni marşrut...
İsrail və Türkiyə gizli danışıqlar aparır?
Bu qarpızlar mədə və bağırsağı məhv edir
İran bu üç ölkəni hədələdi: Sonradan şikayətlənməyin!
Son xəbərlər
  • Bu gün, 16:21
    Tehran ağır sınaq qarşısında - BƏƏ ticarət və maliyyə əməliyyatlarını dayandırır
  • Bu gün, 15:27
    Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır
  • Bu gün, 14:51
    Rusiya tankerlərin istiqamətini dəyişdi: Yeni marşrut...
  • Bu gün, 14:39
    İsrail və Türkiyə gizli danışıqlar aparır?
  • Bu gün, 12:35
    Bu qarpızlar mədə və bağırsağı məhv edir
  • Bu gün, 11:06
    İran bu üç ölkəni hədələdi: Sonradan şikayətlənməyin!
  • Bu gün, 10:18
    Moskvadakı bütün ölkələrin səfirliklərinə nota göndərildi
  • Bu gün, 09:03
    Yulaf əzməsi həqiqətən faydalıdırmı?
  • Dünən, 22:40
    Həyatında yeni səhifə açacaq 4 bürc
  • Dünən, 21:26
    Elmi araşdırma: Hansı idman hansı xəstəliyə faydalıdır?
  • Dünən, 19:46
    Bakını tüstü bürüyür – Paytaxtı zəhərləyənlər cəzalanacaqmı?
  • Dünən, 18:35
    Sarımsaqdan öskürək siropunu belə hazırlayın
  • Dünən, 17:07
    Kanada ABŞ-la ticarət danışıqlarını dayandırdı
  • Dünən, 16:03
    Bu ölkənin daxili işlərinə heç vaxt müdaxilə etmirik - Qalibaf
  • Dünən, 15:18
    Saç tökülməsinin ümumi səbəbləri - Hər gün neçə tel itirilə bilər?
  • Dünən, 14:50
    32 dövlət Makrona görə təşviş içində – O tarixdən sonra hər şey dəyişə bilər
  • Dünən, 13:06
    Ən çətin şəraitdə belə, Rusiya bunu edəcək – Putin
  • Dünən, 12:20
    Günorta saatlarında yorğunluqdan belə xilas olun - Həkimdən 3 sadə MƏSLƏHƏT
  • Dünən, 11:00
    ABŞ-da daimi yaşamaq istəyənlərə ŞAD XƏBƏR - Məhkəmə qadağanı ləğv etdi
  • Dünən, 09:02
    Yumurtanı səhər yox, axşamlar yeyin
  • 21-08-2026, 22:41
    Həkimlər ən çox miqrenə səbəb olan qidaları müəyyən ediblər
  • 21-08-2026, 21:23
    Dünəndən qalan çayı içmək olar?
  • 21-08-2026, 20:16
    ABŞ İrana niyə hücum edib? - Tramp tək səbəbi açıqladı
  • 21-08-2026, 19:08
    Türkiyə hərbi gücünü artırır: İsrail gəmiləri ilə bağlı GƏRGİNLİK
  • 21-08-2026, 18:13
    Qarında piyləri azaldan çörək növü hansıdır?
  • 21-08-2026, 17:32
    Hərbi biletlə bağlı qərar: Onlar 200 manat cərimə olunacaqlar - RƏSMİ
  • 21-08-2026, 16:25
    Hava ilə bağlı gözlənilməz dəyişiklik: oktyabra qədər davam edəcək – Yeni rekord
  • 21-08-2026, 15:38
    Qovunu kimlər ehtiyatla yeməlidir?
  • 21-08-2026, 14:21
    İsrail Ərdoğanı hədəf aldı: “Bizi sınağa çəkmə”
  • 21-08-2026, 13:40
    Rusiyadan İsrailə şok xəbərdarlıq: Dövlət kimi yox olacaqlar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə