• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Putin qəti tapşırıq verib: NATO daxildən məhv edilməlidir
Putinin Qərblə bağlı dəhşətli planı: NATO və Aİ-ni dağıtmaq əmrini verdi
Rusiyada gecə kabusu: 553 Ukrayna PUA-sı vuruldu
Tez-tez baş ağrısı yaşayanlar bunu bilməlidir
Lavrovdan KRİTİK MESAJ - “Avropa İttifaqı çox təhlükəli yol seçib”
ABŞ Yaxın Şərqə nəhəng hərbi güc göndərir: İrana yeni zərbə endiriləcək?
Qarayara xəstəliyi nədir? - Əlamətləri, qorunma yolları
İranlı general: Tehran TRİPP layihəsi üzrə Ermənistanla heç bir razılığa gəlməyib
Şimali Koreya Putinə belə dəstək verir
Çox çörək yedikdən sonra bu içki şişkinliyi azalda bilər
Bir gecədə hər şeyi dəyişdirən qərar: 65 il əvvəl Berlində nə baş verdi? – FOTOLAR
Britaniya İsrailə təzyiqi artırır: Hərbi ixrac risk altındadır
Trampın İran açıqlaması narahatlıq yaratdı – Azərbaycana risk varmı?
Ayaqyalın gəzmək böyrək xəstəliklərinə səbəb olur? - Pediatrdan cavab
Türkiyədən gözlənilməz həmlə: “düşməni” ilə yaxınlaşır – İkinci Əsəd ssenarisi
Gürcüstan Rusiya ilə sərhədi bağladı
Azərbaycanlılar Ermənistanda araşdırma aparır... - Paşinyan Əliyevin sözlərini təsdiqlədi
Gərginliyin arxasında İran dayanır - Yəmən
Hamiləliklər arasında fasilə az olarsa... - Həkim xəbərdarlıq etdi
Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Qrip: yoluxma niyə artır, qorunmaq üçün nə etmək lazımdır?

Araşdırma

30-01-2023, 11:26

Qrip: yoluxma niyə artır, qorunmaq üçün nə etmək lazımdır?


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa regionunda ötən ilin noyabrdan etibarən influenza epidemiyası elan edib. "İnfluenza" el arasında mövsümi qrip olaraq tanınan xəstəlikdir.

Milli.Az BBC News Azərbaycancaya danışan tibb mütəxəssisləri ötən ilin payızından etibarən, Azərbaycanda da qripə yoluxmanın artdığını müşahidə etdiklərini deyirlər.

Bəs, hazırda yayılan qripin əlamətləri, müalicəsi ənənəvi qripdən nə ilə fərqlənir? BBC News Azərbaycanca bu və digər suallara mütəxəssislərin köməyi ilə cavab tapmağa çalıışıb.

Qripin belə kütləvi yayılmasının səbəbi nədir?

TƏBİB bildirib ki, 2022-2023-cü il qış mövsümündə RSV və COVID-19 virusu ilə yanaşı qripə yoluxmanın da artması nəzərə çarpıb.

BBC-yə danışan tibb mütəxəssislərinin fikincə, bütün ölkələrdə koronavirusa görə qoyulan məhdudiyyətlərin aradan qaldırılması və qoruyucu vasitələrdən istifadənin məcburi olmaması qrip kimi xəstəliklərin kütləvi yayılmasına gətirib çıxarıb. Koronavirusa görə sərt karantin tədbirlərinin tətbiq olunduğu dövrlərdə qrip və bu tip virus infeksiyalarının yayılma səviyyəsi azalmışdı, bu isə öz növbəsində belə viruslara qarşı əvvəllər əldə edilmiş immunitetin də müəyyən qədər zəifləməsinə səbəb olub, həkimlər bildiriblər.

Buna görə də məhdudiyyətlərin aradan qaldırılması zamanı mövsümü infeksiyalara yoluxma halları artıb. Son 3 ildə koronavirusdan qorunmaq üçün əhali arasında "koronavirus davranışı", yəni təmasların sayının məhdudlaşdırılması, qapalı məkanlarda, ictimai nəqliyyatda maska taxılması, gigiyena qaydalarına əməl olunması, otaqların tez-tez havalandırılması, düzgün qidalanma və sağlam həyat tərzi vərdişləri formalaşmışdı. Pandemiyada sərt karantin tədbirləri aradan qaldırıldığından insanlar "koronavirus davranışlarına" getdikcə daha az diqqət etməyə başlayıblar və bu da respirator xəstəliklərin yayılmasını artırıb.

Bu qrip hansı əlamətlərlə özünü göstərir?

BBC News Azərbaycancaya danışan həkimlərin sözlərinə görə, xəstəlik özünü qızdırma, burun axması, baş və boğaz ağrıları, yorğunluq, quru öskürək kimi simptomlarla biruzə verir və adətən, simptomatik müalicə olunur. Bunları nəzərə alaraq, yüksək temperatur 5-7 gündən çox davam etdikdə, hərarətsalıcı dərmanlara tabe olmadıqda, kəskin zəiflik, halsızlıq, təngnəfəslik, boğulma halları müşahidə edildikdə, habelə oksigen saturasiyasının aşağı düşməsi, arterial təzyiqin enməsi, döş qəfəsində darlıq hissinin, ağrıların olması, müxtəlif nahiyələrdə qansızmalar və qanaxmalar, huşsuzluq əlamətləri, ürək ritminin pozulması, qusma ilə müşayət olunan güclü baş ağrıları, nevroloji defisit kimi hallara rast gəldikdə təcili olaraq həkimə müraciət olunmalıdır, həkimlər tövsiyə edir.

Qripə yoluxarkən narahat olmaq lazımdırmı?

Koronavirus pandemiyası müddətində həkimlər ilkin yoluxma əlamətləri olduqda dərhal həkim müayinəsindən keçməyi, analiz verməyi tövsiyə edir, əks halda xəstəliyin getdikcə ağırlaşa və hətta ölümlə nəticələnə biləcəyi xəbərdarlığını edirdilər. Ümid Səlimzadə deyir ki, qripə də yoluxarkən ağırlaşma müşahidə oluna bilər. Tromb və ağciyər iltihabı bu xəstəlik zamanı olan əsas ağırlaşmalardandır. Xəstəliyin risk qruplarında ağır keçməsi, fəsadlaşması, arzuolunmaz nəticələrə səbəb olması mümkündür. Tibb mütəxəssisləri qripi ölümlə nəticə bilən infeksiya sayırlar.

Ev şəraitində respirator viruslardan qorunmaq üçün nələrə diqqət edilməlidir?

Həkimlər tövsiyə edir ki, qripin ən kiçik əlaməti hiss olunanda belə, maska taxılması faydalı olar.

Almaniyada yaşayan azərbaycanlı həkim Ümid Səlimzadə deyir ki, özünü təcrid etmək, bol maye içmək, otağın havasını dəyişmək və təmiz havada uzun zaman keçirtmək xəstəlikdən sağalmağa yardımçı olur. Ümid Səlimzadə deyir ki, qripin müalicəsində reseptsiz dərman almaq istəyənlər həkim məsləhəti olmadan antibiotiklərdən istifadə etməməlidirlər. Onun sözlərinə görə, antibiotik tərkibli dərmanlar bakteriya təmayüllü xəstəliklər zamanı həkim nəzarəti ilə tətbiq edilməlidir. "Virus bakteriya deyil, antibiotik bakteriyaya təsir edir. Belə xəstəlik zamanı antibiotik kömək etmədiyi kimi, tromb əmələgəlmə riski yüksək olan xəstələrdə o, tromb yaratmaq təhlükəsin yarada bilər", - o deyib.

Bu qripi "Covid"lə eyniləşdirmək olarmı?

Ümid Səlimzadə deyir ki, indi yayılan qripi koronavirusla müqayisə etmək olmaz. "İldə bir dəfə qripə qarşı peyvənd vurdurmaqla biz özümüzü bir mövsüm qripdən qoruya bilirik, amma koronavirusda yeni variantların və ştammların əmələ gəlməsi davam etdiyi üçün bizim Coviddən aldığımız buster dozalar hələ ki, yetərli deyil. Hələ ki, biz bunu dörd-altı aydan bir təkrar etməliyik, amma qripdə bu vəziyyət stabildir". Həkim BBC Azərbaycancaya müsahibəsində deyib ki, qripə hazırda yüngül hallarda, endemik şəkildə rast gəlinir, amma buna baxmayaraq, koronavirusun tez-tez müxtəlif yeni stammları aşkar edilir. Səhiyyə Nazirliyi bildirib ki, koronavirusun son ştamı sayılan Omikron XBB.1.5 ştammının Azərbaycanda yayılmasına rast gəlinməyib. "Bu virus variantı əksərən yüngül, fəsadsız xəstələnmə halları törətsə də, koronavirusa qarşı immuniteti olmayan və ya müxtəlif səbəblərdən zəifləmiş immunitetə malik, o cümlədən ağır xroniki xəstəlikləri olan və yaşlı insanlara ehtiyatlı olmaları tövsiyə edilir", - Azərbaycan Səhiyyə Nazirliyinin infeksionisti Təyyar Eyvazov deyib.

Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən BBC Azərbaycancaya verilən məlumata görə, bu şəxslərdən götürülmüş nümunələrdə ara-bir koronavirus aşkarlanır və bu halların sayı gündəlik statistik məlumatlarda öz əksini tapır. Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən bildirilib ki, kəskin respirator virus infeksiyaları mülayim iqlimə malik ölkələrdə mövsümü qrip xarakteri daşıyır. Yəni, hər ilin soyuq aylarında vəziyyət təkrarlanır. Bu mövsüm də istisna deyil. Yoluxmadan qorunmaq tədbirləri hava-damçı yolu ilə yayılan bütün infeksiyalar (qrip, koronavirus, digər respirator viruslar) üçün eynidir.

Qripə qarşı harda peyvənd ola bilərəm?

TƏBİB-dən BBC Azərbaycancaya bildirilib ki, hal-hazırda dövlət tibb müəssisələrində influenza virusuna qarşı vaksinasiya aparılır. İstəyən şəxslər vaksin üçün qeydiyyatda olduqları tibb müəssisələrinə müraciət edərək peyvənd oluna bilərlər.

Oxunub: 886
Paylaş:
Digər xəbərlər

Xəbərlər

8-01-2023, 19:15

Azərbaycanı cənginə alan virus nədir? - DİQQƏTLİ OLUN

Səhiyyə

5-01-2022, 19:05

Azərbaycanda yayılan İNFLUENZA VİRUSU - Əlamətləri, müalicəsi

Xəbərlər

5-01-2022, 23:54

Son günlər kütləvi şəkilən yayılan virusla bağlı AÇIQLAMA

Araşdırma / Maraqlı

4-01-2021, 13:49

Qripdən qorunmaq üçün nə etməli?

Araşdırma

29-10-2020, 13:16

Eyni vaxtda koronavirus və qripə yoluxmanın ölümcül təhlükəsi açıqlandı

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Putin qəti tapşırıq verib: NATO daxildən məhv edilməlidir
Putinin Qərblə bağlı dəhşətli planı: NATO və Aİ-ni dağıtmaq əmrini verdi
Rusiyada gecə kabusu: 553 Ukrayna PUA-sı vuruldu
Tez-tez baş ağrısı yaşayanlar bunu bilməlidir
Lavrovdan KRİTİK MESAJ - “Avropa İttifaqı çox təhlükəli yol seçib”
ABŞ Yaxın Şərqə nəhəng hərbi güc göndərir: İrana yeni zərbə endiriləcək?
Son xəbərlər
  • Dünən, 20:24
    Putin qəti tapşırıq verib: NATO daxildən məhv edilməlidir
  • Dünən, 19:00
    Putinin Qərblə bağlı dəhşətli planı: NATO və Aİ-ni dağıtmaq əmrini verdi
  • Dünən, 17:02
    Rusiyada gecə kabusu: 553 Ukrayna PUA-sı vuruldu
  • Dünən, 15:41
    Tez-tez baş ağrısı yaşayanlar bunu bilməlidir
  • Dünən, 14:33
    Lavrovdan KRİTİK MESAJ - “Avropa İttifaqı çox təhlükəli yol seçib”
  • Dünən, 13:16
    ABŞ Yaxın Şərqə nəhəng hərbi güc göndərir: İrana yeni zərbə endiriləcək?
  • Dünən, 12:50
    Qarayara xəstəliyi nədir? - Əlamətləri, qorunma yolları
  • Dünən, 11:09
    İranlı general: Tehran TRİPP layihəsi üzrə Ermənistanla heç bir razılığa gəlməyib
  • Dünən, 10:28
    Şimali Koreya Putinə belə dəstək verir
  • Dünən, 00:56
    Çox çörək yedikdən sonra bu içki şişkinliyi azalda bilər
  • 13-08-2026, 22:43
    Bir gecədə hər şeyi dəyişdirən qərar: 65 il əvvəl Berlində nə baş verdi? – FOTOLAR
  • 13-08-2026, 20:26
    Britaniya İsrailə təzyiqi artırır: Hərbi ixrac risk altındadır
  • 13-08-2026, 19:37
    Trampın İran açıqlaması narahatlıq yaratdı – Azərbaycana risk varmı?
  • 13-08-2026, 18:55
    Ayaqyalın gəzmək böyrək xəstəliklərinə səbəb olur? - Pediatrdan cavab
  • 13-08-2026, 17:53
    Türkiyədən gözlənilməz həmlə: “düşməni” ilə yaxınlaşır – İkinci Əsəd ssenarisi
  • 13-08-2026, 16:39
    Gürcüstan Rusiya ilə sərhədi bağladı
  • 13-08-2026, 14:20
    Azərbaycanlılar Ermənistanda araşdırma aparır... - Paşinyan Əliyevin sözlərini təsdiqlədi
  • 13-08-2026, 13:30
    Gərginliyin arxasında İran dayanır - Yəmən
  • 13-08-2026, 12:40
    Hamiləliklər arasında fasilə az olarsa... - Həkim xəbərdarlıq etdi
  • 13-08-2026, 11:17
    Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
  • 13-08-2026, 10:47
    Ermənistan Azərbaycandan qaz almaq istəyir
  • 12-08-2026, 13:09
    İrəvan KTMT-dən çıxır: Rusiya səssiz qalır – Səbəb
  • 12-08-2026, 12:37
    Boğazda düyünlənmə hissi hansı xəstəliklərin əlaməti ola bilər? - Rusiyalı həkimdən AÇIQLAMA
  • 12-08-2026, 11:48
    Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
  • 12-08-2026, 10:51
    İsrail bayrağı o ərazidən enməyəcək! – Netanyahu qərarını açıqladı
  • 12-08-2026, 09:05
    Bu çay damarlarda yağı azaldır – Ucuz və asan
  • 11-08-2026, 22:43
    Çox idman etmək dəmir çatışmazlığı yarada bilər
  • 11-08-2026, 21:35
    Heç kim fərqinə varmır, lakin bu xəstəlik gecələr gizlicə yayılmağa başlayır
  • 11-08-2026, 20:06
    Bu ölkələrin Rusiya qorxusu: Mühafizəni gücləndirirlər...
  • 11-08-2026, 19:21
    Prezident İlham Əliyev Naxçıvana səfər etdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə