• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Panik atak və infarktı necə ayırd etmək olar?
Ceyhun Bayramovun “Zəngəzur dəhlizi” açıqlaması İrəvanı silkələdi - Paşinyan izahat versin
ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
Əliyevin Şuşadan dünyanı silkələyən bəyanatı...
Qarın köpünün 5 gizli səbəbi
Tramp Konqresi məlumatlandırıb: 60 günlük əməliyyat planı
Qapıları bağlayırıq – Rusiya Avropada ən böyük müttəfiqini itirdi
Yayda qida zəhərlənməsi – İlk yardım və nə vaxt həkimə müraciət etməli?
Dünyada ilk dəfə robot cərrahi əməliyyat etdi - İnsan köməyi olmadan
Qan şəkərini tarazlıqda saxlamaq üçün 3 sadə vərdiş
Netanyahu ermənilərin bu arzusunu ürəyində qoydu – Knessetdən mühüm qərar
Ermənistan məşhur kəndimizi qaytarmağa hazırlaşır? – Paşinyandan rezonans doğuran XƏBƏR
Talassemiya ilə bağlı miflər və həqiqətlər
ABŞ İranda hərbi bazanı vurdu: 1 ölü, 7 yaralı
Taxikardiya və aritmiya - Fərqi, səbəbi
Avropa Rusiyada qaz qoymayıb, hamısını alıb
Trampın Hörmüz qərarı İranı hiddətləndirdi – Müharibə başlayacaq?
40 yaşdan sonra həyatınızı xilas edəcək dörd tibbi test
3 ölkə hərəkətə keçib - İran elan etdi
Avropa İttifaqı Rusiya ilə dil tapa bilmədi - “Bu proses qaçılmazdır”
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

2022-ci il pandemiyanın bitməsi ilə tarixə düşə bilər? – ARAŞDIRMA

Araşdırma

9-01-2022, 16:27

2022-ci il pandemiyanın bitməsi ilə tarixə düşə bilər? – ARAŞDIRMA


Yeni il yeni ümidlər, planlar deməkdir. Bu il, bəlkə də, bütün dünyanın ən böyük ümidi pandemiyanın bitməsi, normal həyata qayıtmağımızdır. Bununla bağlı artıq müsbət proqnozlar da eşidirik.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib ki, dünya 2022-ci ildə COVID-19 pandemiyasına son qoya bilər.

ÜST rəhbəri bəşəriyyətin virusla mübarizə aparmaq üçün birlikdə hərəkət etməli olduğunu vurğulayıb: “Bütün ölkələrin birlikdə çalışaraq 2022-ci ilin ortalarına qədər dünya əhalisinin 70 faizini peyvənd etmək kimi qlobal məqsədə çatması vacibdir. Hökumətlərin heç bir qınaqdan qorxmadan virusun variantlarının yoxlanılması və hesabatı daxil olmaqla, məqsədyönlü sağlamlıq və sosial rifah tədbirlərini həyata keçirməyə davam etməsi zəruridir”.

Koronavirusun mutasiyası nəticəsində yaranan “omicron” variantını bir çox mütəxəssislər tunelin sonundakı işıq adlandırırdılar. Bu ştammın pandemiyanın sonunu gətirəcəyini düşünənlərlə yanaşı, vəziyyətin daha da pisləşəcəyini iddia edənlər də var idi. Bəs bizi nə gözləyir? Arzuladığımız o işığa çatırıqmı?

“Kaspi” qəzetinin əməkdaşı məsələ ilə bağlı araşdırma aparıb.

Almaniya – Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyir ki, artıq “omikron”la bağlı elmi tədqiqatların istinad edilə biləcək nəticələri var. Nəticəyə əsasən demək olar ki, virus az da olsa, zəifləyib:

“Artıq dolğun və elmi əsaslı fikir söyləmək mümkündür. Tədqiqatlar göstərir ki, peyvənd olmayanların "omikron” ştammına yoluxma zamanı "delta” ilə müqayisədə xəstəxanaya düşmə riski 24 faiz azalıb. Biz bu fakta əsaslanıb deyə bilərik ki, "omikron” "delta” ilə müqayisədə bir az zəifləyib. Amma "tam zəifləyib və qorxulu deyil” deyə bilmərik. "Omikron”da da ağır gedişli kliniki hallar var. Bu prosesin isə "delta”ya yoluxan zaman baş verən ağır kliniki gedişatlarla müqayisəli elmi tədqiqatı hələ mövcud deyil, amma önümüzdəki həftələrdə onu da görəcəyik”.

Həkim vurğulayır ki, peyvənd olunanlar arasında da "delta” ilə müqayisədə "omikron”a yoluxma zamanı ağır kliniki hallar ciddi şəkildə azalıb: "Növbəti önəmli tədqiqat isə Avstraliyada aparılıb. Sevindirici nəticələri burada da görmək olur. Belə ki, orada yuxarı yaş qruplarının 95 faizə qədəri peyvənd olunub. Tədqiqata əsasən, peyvənd olunanlar arasında "omikron”a yoluxma zamanı "delta” ilə müqayisədə xəstəxanaya düşmə kvotası 50 faizdən çox azalıb. Bu da bizə bir daha onu deməyə əsas verir ki, nəinki peyvənd olunmayanlar, eyni zamanda peyvənd olunanlar arasında da xəstəxanaya düşmə riski azdır. Bütün bu faktlar göstərir ki, "omikron” bu gün üçün ən optimal postpandemiya virusudur, yəni endemik vəziyyətə ən uyğun virusdur. Bu gün elmin arzuladığı da məhz pandemik vəziyyətdən epidemioloji olaraq qısa zamanda endemik vəziyyətə keçməkdir. Amma bu tədqiqatlara əsasən deyə bilmərik ki, artıq biz heç bir qaydalara riayət etməyək, virus zəifləyib, pandemiya bitib. İndi tətbiq ediləcək doğru strategiya ilə ölkələr 2022-ci il üçün öz müqəddəratını həll edir”.

Mütəxəssisin sözlərinə görə, növbəti həftələrdə "omikron” ştammının dalğasına rast gələcəyik: "Əhalisi çox olan ölkələrdə, xüsusən də Almaniyada növbəti "omikron” dalğasına rast gələcəyik. Əgər "omikron” zəifdirsə, sual oluna bilər ki, insanlar bu dalğadan niyə qorxur? Bunun da cavabı sadədir. Adi qrip dalğaları zamanı nə qədər insanın öldüyü ilə bağlı statistikaya nəzər salsaq, bunu anlayarıq. Xüsusən də yaşı 65-dən yuxarı, immun sistemi zəif olan insanların çoxluq təşkil etdiyi cəmiyyətlərdə "omikron” dalğası ciddi narahatlıq doğurur. Buna görə də artıq həmin dalğanın qarşısını almaq üçün ciddi tədbirlər başlanıb. Bu tədbirlərin əsasında effektiv peyvəndlərlə mübarizə və strategiyada bu günə qədər bildiyimiz qızıl qaydalar - məsafənin saxlanılması, canlı ünsiyyətdən maksimum şəkildə qaçmaq, qapalı otaq şəraitində görüş və tədbirlərin keçirilməsini azaltmaq, maskadan istifadə, əllərin təmiz saxlanılması dayanır ki, onlara da əməl olunmalıdır”.

Həkim qeyd edir ki, effektiv peyvəndlərlə mübarizə strategiyanın əsasını təşkil etməlidir: "Bu da qaçılmazdır ki, bu gün "omikron”a qarşı ciddi mübarizə aparan və təhlükəsini başa düşən ölkələrdə məqsəd gələcək dalğanın zamanını maksimum uzatmaqdır. Təxminən 3 aydan sonra çıxacaq modifikasiya olunmuş peyvəndlər əlimizdə olduqda və onların doğru tətbiqinə başlandıqda, "omikron”la yoluxma zamanı ölüm sayı aşağı düşəcək. Bir faktı da insanlar unutmamalıdır ki, bütün yuxarıda qeyd etdiyimiz tədqiqatlar "omikron”la bağlı müsbət fikirlər göstərsə də, onun sürətli yayılması vətəndaş həyatı önəmli sayılan ölkələrin səhiyyə xidmətinin nəzərəçarpacaq qədər aşağı düşməsinə səbəb ola bilər. Məsələn, yoluxma sayı çox olduqda insanlar narahat olub xəstəxanalara əsassız müraciət edirlər. Müraciət çox olduqda, səhiyyə sistemi ehtiyacı olan şəxslərə zamanında xidmət göstərə bilmir və nəticədə ölüm halları çoxalır”.

Mütəxəssis sonda vurğuladı ki, "omikron”a qarşı strategiyanı düzgün seçsək, pandemik mübarizədən endemik mübarizəyə keçə bilərik: "Bir daha vurğulamaq istəyirəm ki, nəticələri sevindirici olan tədqiqatlar var. Bugünkü mərhələdə strategiyanı doğru seçib, pandemiya ilə mübarizəni endemik mərhələyə keçirmək olar. Buna da ciddi maarifləndirmə, effektiv peyvəndlər, qızıl qaydalara əməl etməklə nail olmaq mümkündür. Bundan əlavə, Azərbaycanda göstərilən səhiyyə xidmətlərinin inkişafı COVID-19-a qarşı mübarizədə ciddi şəkildə pozitiv istiqamətdə uğurlara səbəb ola bilər. Sonda isə deyə bilərəm ki, bu gün elmi cəhətdən gözlədiyim odur ki, normal həyata qayıdış baxımından Azərbaycan 2022-ci ili 2021-ci ildən daha yaxşı keçirəcək”.

Oxunub: 625
Paylaş:
Digər xəbərlər

Səhiyyə

1-01-2022, 21:59

ÜST rəhbəri: “Vaksin milliyyətçiliyi” “Omikron”un yaranmasına şərait yaratdı”

Səhiyyə

27-12-2021, 09:29

ÜST rəhbəri: Dünya 2022-ci ildə COVID-19 pandemiyasına son qoya bilər

Səhiyyə

7-11-2021, 23:59

“Sinovac” şirkətinin direktorundan yeni peyvənd ANONSU: “Pandemiyanın bitməsi üçün ...”

Xəbərlər

25-10-2021, 10:10

ÜST-ün baş direktoru pandemiyanın sona çatacağı vaxtı AÇIQLADI

Səhiyyə

11-03-2021, 21:22

Pandemiyanın elan olunmasından bir il keçir - FOTO

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Panik atak və infarktı necə ayırd etmək olar?
Ceyhun Bayramovun “Zəngəzur dəhlizi” açıqlaması İrəvanı silkələdi - Paşinyan izahat versin
ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
Əliyevin Şuşadan dünyanı silkələyən bəyanatı...
Qarın köpünün 5 gizli səbəbi
Tramp Konqresi məlumatlandırıb: 60 günlük əməliyyat planı
Son xəbərlər
  • Bu gün, 15:52
    Panik atak və infarktı necə ayırd etmək olar?
  • Bu gün, 15:49
    Ceyhun Bayramovun “Zəngəzur dəhlizi” açıqlaması İrəvanı silkələdi - Paşinyan izahat versin
  • Bu gün, 14:08
    ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
  • Bu gün, 13:46
    Əliyevin Şuşadan dünyanı silkələyən bəyanatı...
  • Bu gün, 12:21
    Qarın köpünün 5 gizli səbəbi
  • Bu gün, 11:24
    Tramp Konqresi məlumatlandırıb: 60 günlük əməliyyat planı
  • Bu gün, 10:43
    Qapıları bağlayırıq – Rusiya Avropada ən böyük müttəfiqini itirdi
  • Bu gün, 09:07
    Yayda qida zəhərlənməsi – İlk yardım və nə vaxt həkimə müraciət etməli?
  • Dünən, 22:19
    Dünyada ilk dəfə robot cərrahi əməliyyat etdi - İnsan köməyi olmadan
  • Dünən, 21:21
    Qan şəkərini tarazlıqda saxlamaq üçün 3 sadə vərdiş
  • Dünən, 20:44
    Netanyahu ermənilərin bu arzusunu ürəyində qoydu – Knessetdən mühüm qərar
  • Dünən, 19:16
    Ermənistan məşhur kəndimizi qaytarmağa hazırlaşır? – Paşinyandan rezonans doğuran XƏBƏR
  • Dünən, 18:50
    Talassemiya ilə bağlı miflər və həqiqətlər
  • Dünən, 16:40
    ABŞ İranda hərbi bazanı vurdu: 1 ölü, 7 yaralı
  • Dünən, 15:13
    Taxikardiya və aritmiya - Fərqi, səbəbi
  • Dünən, 14:08
    Avropa Rusiyada qaz qoymayıb, hamısını alıb
  • Dünən, 13:37
    Trampın Hörmüz qərarı İranı hiddətləndirdi – Müharibə başlayacaq?
  • Dünən, 12:25
    40 yaşdan sonra həyatınızı xilas edəcək dörd tibbi test
  • Dünən, 11:45
    3 ölkə hərəkətə keçib - İran elan etdi
  • Dünən, 10:26
    Avropa İttifaqı Rusiya ilə dil tapa bilmədi - “Bu proses qaçılmazdır”
  • Dünən, 09:08
    Miflərə inanmayın: Bu xərçəngə qalib gəlmək mümkündür
  • 12-07-2026, 22:22
    İnsanlar 500 il yaşaya biləcək – Dünya dəyişir
  • 12-07-2026, 21:33
    Bakıda yayıldığı iddia olunan qulaqdibi xəstəliyi ilə bağlı rəsmi açıqlama
  • 12-07-2026, 20:35
    İsrail seçkilərə gedir - 38 il sonra ilk yaşanacaq
  • 12-07-2026, 19:27
    İranın addımlarına ərəb ölkəsindən sərt reaksiya
  • 12-07-2026, 18:48
    Ən xeyirli giləmeyvə bu imiş... - İnfarkt riskini 32 faiz azaldır
  • 12-07-2026, 17:24
    Ermənistan niyə Azərbaycana qalib gələ bilməz?
  • 12-07-2026, 16:03
    Danışıqlar iflasa uğrasa, ilk zərbə Vensə dəyəcək – Politico
  • 12-07-2026, 15:55
    Enerjiniz niyə tükənir? - Mitoxondrial disfunksiyanın elmi izahı və həll yolları
  • 12-07-2026, 14:09
    Azərbaycan və 3 ölkə AB-yə müraciət etdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə