Tehran Belarus Prezidenti Aleksandr Lukaşenkonun 2026-cı ildə İrana səfərini gözləyir.
Axar.az xəbər verir ki, bu sözləri İran xarici işlər nazirinin müavini Səid Xətibzadə deyib.
"Biz gələn il Belarus prezidentinin İrana yüksək səviyyəli səfərini gözləyirik", - diplomat bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında əlaqələr dinamik inkişaf edir. Bununla yanaşı, Xətibzadə hesab edir ki, Minsk və Tehranın, xüsusən də hər iki ölkənin xalqları və biznes dairələri arasında əlaqələrin möhkəmləndirilməsi üçün çoxlu görüləsi işləri var:
"Məsələn, İran hazırda Belarus vətəndaşları üçün vizaları birtərəfli qaydada ləğv edib. Belarus da vizanıı ləğv etsə, biz də öz turistlərimizi göndərə biləcəyik”.
Xətibzadənin sözlərinə görə, Belarus və İranın nəqliyyat dəhlizlərindən istifadə ilə bağlı müxtəlif layihələri var.