ABŞ prezidenti Donald Tramp Ağ Evdə Suriyaya zərbələrin başlaması barədə çıxışı zamanı həmçinin Rusiyaya müraciət edib.
Çıxışın yayımını NBC News aparıb.
“2013-cü ildə prezident Putin və onun hökuməti dünyaya vəd edirdilər ki, Suriya kimyəvi silahının ləğvinə zəmanət verirlər”, - deyə, Tramp bildirib.
Lakin onun rəyinə görə, silah məhv edilməyib.
“Əsədin bir neçə gün əvvəlki hücumu və bugünkü cavab (ABŞ-ın zərbələri – red.) – Rusiyanın vədinə əməl etməməsinin nəticəsidir. Rusiya qərara gəlməlidir: qaranlıq yolla getməkdə davam edəcək yoxsa bütün sivil ölkələrlə birgə sabitlik və sülhə dəstək olacaq”, - deyə, Tramp bildirib.