• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ağcaqanad dişləyibsə... Qaşınma və şişkinliyi azaldan 7 sadə vasitə
Smartfonlar tək gözləri deyil, bütün bədəni zədələyir
Ürəyə zərər verən sağlam qidalar
Netanyahunu Türkiyə xofu basıb: İsterik açıqlama verdi
İranı gözləyən yeni “imtahan” – Xameneinin dəfnindən sonra gözlər iki fiqura çevrildi
Prostat vəzinin adenoması - xoşxassəli şişdir
Ankara zirvəsindən CAATSA MÜJDƏSİ - “F-35” satışı isə...
Dünyada yayılmışdı, Azərbaycanda da oldu: Minlərlə insanı sevindirəcək QANUN
Yüksək qan təzyiqini azaltmaq üçün RESEPT
“Heç bir gizli təmas olmayıb” - Kreml Avropa liderindən ZƏNG GÖZLƏYİR
Ərdoğandan müharibə açıqlaması: “Ukrayna, İran və Qəzza ilə bağlı…”
Panik atakdan ölmək mümkündürmü?
Azərbaycan-Rusiya xəttində yeni gərginlik – Moskvadan Bakıya mesaj var…
Nüvə silahı hərəkətə gətirildi, 4 ölkədə vəziyyət qarışdı – Yeni təhlükə…
Razyananın hansı faydaları var?
Bu bitkinin yağı depressiyanın dərmanıdır - Türk həkimlər
Xroniki yorğunluq sindromu: Səbəbləri, əlamətləri və müalicə yanaşmaları
Qan təzyiqi aşağı düşən 34 yaşlı qadın öldü
Bu tədbir Türkiyədə olmasa, iştirak etməzdim - Tramp
Beyində anevrizma olub-olmadığını necə bilmək olar?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Nazirlər Kabineti ləğv olunacaq - Seçkidən sonra

Manşet / Gündəm / Xəbərlər

8-04-2018, 19:01

Nazirlər Kabineti ləğv olunacaq - Seçkidən sonra






















Nazirlər Kabinetinin daha bir səlahiyyəti əlindən alınıb. Belə ki, qurum “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişiklik edib. Əgər əvvəllər dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin yerli gəlir və xərclərinin tənzimlənməsi üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitin məbləği Nazirlər Kabineti tərəfindən 20 faizədək artırıla və yaxud yerli gəlirlərin proqnozuna nisbətən əlavə daxil olan vəsait qədər azaldıla bilərdisə, dəyişikliyə əsasən, artıq bu halda hökumət prezidentlə razılaşdırmaqla bu addımı ata bilər.

“Ailehekimiklinikasi.az” xəbər verir ki, “Yeni Müsavat”ın yazdığına görə, mövcud qaydaya görə, dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulmuş birdəfəlik təyinatlı vəsaitlər üzrə hesabat ili ərzində yaranmış qənaət NK ilə razılaşdırmaqla dövlət büdcəsinin Ehtiyat Fonduna yönəldilərək, il ərzində digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə bilərdisə, dəyişikliklə bu sahədə də NK-nın səlahiyyəti ləğv olunub.

Qeyd edək ki, bundan əvvəl də Kabinetin bir sıra səlahiyyətləri alınmışdı. Bu proses cəmiyyətdə qurumun ləğv olunacağı ilə bağlı müzakirələrə səbəb olub. Bir sıra tanınmış politoloqlar NK-nın tamamilə ləğv olunaraq səlahiyyətlərinin birinci vitse-prezident institutuna verilməsini təklif edirlər. Bir qrup ekspert isə qurumun ləğvini deyil, ciddi dəyişikliklər aparılmaqla dinamik bir struktura çevrilməsinin tərəfdarıdır.

İqtisadçı-ekspert qəzetə açıqlamasında Natiq Cəfərliyə görə, sərt prezident üsul-idarəsi olan ölkələrdə NK olmur: “Yəni belə bir quruma ehtiyac qalmır. Azərbaycanda son referendumdan bəri qarışıq bir sistem mövcuddur. Anlaşıqlı deyil ki, səlahiyyət bölgüsü necə olacaq. Çünki artıq referendumda qəbul olunmuş vitse-prezidentlik institutu var. Ona görə də çox qarışıq bir sistem yaranıb. Nazirlər Kabineti doğrudan da analitik bir quruma çevrilməkdədir. Vitse-prezidentlik institutları yaradılacaq və prezidentin birbaşa idarəçiliyi altında ayrı-ayrı sahələrə nəzarət edəcəksə, o zaman Nazirlər Kabinetinin funksiyası nədən ibarət olacaq - bu, anlaşılmır. Ona görə də sərt vertikal üsul-idarəsi olan respublikalarda Nazirlər Kabinetinin yeri olmur. Məsələn, Amerika kimi ölkədə Nazirlər Kabineti formatında bir qurum yoxdur. O boyda dövlətdə 15 federal nazirlik var. Bizdə isə nazirlik və nazirlik statusunda olan dövlət qurumlarının sayı 40-dan yuxarıdır. Azərbaycan kimi kiçik ölkə üçün bu, həddən artıq çoxdur. Eyni zamanda paralel strukturlar mövcuddur. Məsələn, "ASAN xidmət" yaradıldı, onun icra etdiyi funksiyalar bir sıra dövlət qurumlarında da qalıb”.

N.Cəfərli, ümumiyyətlə, Azərbaycanda parlamentli respublikanın yaradılmasının tərəfdarıdır: “Bu respublikada Nazirlər Kabineti geniş funksiyaları olan əsas quruma çevrilməlidir. Lakin reallıq budur ki, artıq bizdə oturuşmuş prezidentlik üsul-idarəsi var. Çox böyük səlahiyyətləri olan prezidentlik üsul-idarəsi varsa, o zaman Nazirlər Kabinetinin yeri görünmür bu sistemdə. Birinci vitse-prezidentlə bağlı hər şey aydındır: səlahiyyət və funksiyaları qanunlarda əksini tapıb. Lakin digər vitse-prezidentlərlə bağlı belə aydınlıq yoxdur. Onlarla bağlı say məhdudiyyəti də nəzərdə tutulmur konstitusiyada. Bu halda onlar da təyin olunacaqsa, onlar müxtəlif sahələrdə icra strukturlarının başında dayanacaqlarsa, bu zaman nazirlər nə edəcək, Nazirlər Kabineti nə işlə məşğul olacaq? Düşünürəm ki, 11 aprel seçkilərindən sonra əsas müzakirə mövzusu məhz bu suallar ətrafında olmalıdır. Bu məsələdə həlledici söz, əlbəttə, prezidentə məxsus olacaq”.

Ekspertin fikrincə, son qərarı da nəzərə almaqla, seçkilərdən sonra Nazirlər Kabinetinin kiçildilmiş və daha aşağı səlahiyyətli quruma çevriləcəyi daha realdır: “Onun tamamilə ləğv olunacağını gözləmirəm. Bu qurum konstitusiyada nəzərdə tutulan qurumdur. Onun ləğv olunması üçün yenidən referendum keçirilməlidir. Düşünmürəm ki, seçkilərdən dərhal sonra yenidən referenduma gedilsin”.

İqtisadçı-ekspert, Sosial İqtisadi İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov məsələnin konstitusiyaya uyğun həll olunmasının gərəkdiyini deyir: “Amma bütövlükdə götürdükdə, ölkədə vitse-prezidentlik institutu yaradılıbsa, idarəetmə sistemi ona uyğunlaşdırılmalıdır. Müasir dünyada vitse-prezidentlik institutunun fəaliyyət göstərdiyi ölkələr var. Həmin ölkələrdə Nazirlər Kabinetinin fəaliyyətinə ehtiyac azalır. Azərbaycanda da vitse-prezidentlik insititutunun gücləndirilməsinə ehtiyac var. Bu, həm də islahatların səmərəliliyini artırmaq, çevikliyi təmin etmək baxımından zəruridir. Hazırda ölkədə mövcud olan dövlət qurumlarının fəaliyyətinin çevik əlaqələndirilməsinə, sistemli fəaliyyətlərin həyata keçirilməsinə ehtiyac duyulur. Bu gün ayrı-ayrı dövlət qurumlarının, bütövlükdə hökumətin fəaliyyətini qiymətləndirən zaman bizim ən çox təklif etdiyimiz məqamlardan biri dövlət qurumlarının fəaliyyətinin effektiv əlaqələndirilməsidir. Ona görə də belə bir əlaqələndirmənin yaradılması üçün vitse-prezidentlik institutunun gücləndirilməsinin, iqtisadi islahatlara nəzarətin bu instituta verilməsinin tərəfdarıyıq”.

Oxunub: 1 185
Paylaş:
Digər xəbərlər

Manşet / Gündəm / Xəbərlər

29-03-2018, 07:56

Ceyranbatan su anbarının statusu dəyişib

Manşet / Gündəm / Xəbərlər

26-03-2018, 16:28

Prezident avtomobil yolunun tikintisinə 7 milyon manat ayırdı

Manşet / Gündəm / Xəbərlər

22-03-2018, 19:37

Abşeronda xalça emalatxanasının tikintisinə 2 milyon manat ayrılıb

Manşet / Gündəm / Xəbərlər

22-03-2018, 10:28

Azərbaycan universitetlərində “İslamşünaslıq” ixtisası yaradılıb

Manşet / Gündəm / Xəbərlər

15-03-2018, 08:40

Büdcədən maliyyələşən müəssisələrdə maaşlar artırılıb

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ağcaqanad dişləyibsə... Qaşınma və şişkinliyi azaldan 7 sadə vasitə
Smartfonlar tək gözləri deyil, bütün bədəni zədələyir
Ürəyə zərər verən sağlam qidalar
Netanyahunu Türkiyə xofu basıb: İsterik açıqlama verdi
İranı gözləyən yeni “imtahan” – Xameneinin dəfnindən sonra gözlər iki fiqura çevrildi
Prostat vəzinin adenoması - xoşxassəli şişdir
Son xəbərlər
  • Bu gün, 09:04
    Ağcaqanad dişləyibsə... Qaşınma və şişkinliyi azaldan 7 sadə vasitə
  • Dünən, 22:09
    Smartfonlar tək gözləri deyil, bütün bədəni zədələyir
  • Dünən, 21:34
    Ürəyə zərər verən sağlam qidalar
  • Dünən, 20:04
    Netanyahunu Türkiyə xofu basıb: İsterik açıqlama verdi
  • Dünən, 19:21
    İranı gözləyən yeni “imtahan” – Xameneinin dəfnindən sonra gözlər iki fiqura çevrildi
  • Dünən, 18:23
    Prostat vəzinin adenoması - xoşxassəli şişdir
  • Dünən, 17:37
    Ankara zirvəsindən CAATSA MÜJDƏSİ - “F-35” satışı isə...
  • Dünən, 16:51
    Dünyada yayılmışdı, Azərbaycanda da oldu: Minlərlə insanı sevindirəcək QANUN
  • Dünən, 15:19
    Yüksək qan təzyiqini azaltmaq üçün RESEPT
  • Dünən, 14:06
    “Heç bir gizli təmas olmayıb” - Kreml Avropa liderindən ZƏNG GÖZLƏYİR
  • Dünən, 13:43
    Ərdoğandan müharibə açıqlaması: “Ukrayna, İran və Qəzza ilə bağlı…”
  • Dünən, 12:12
    Panik atakdan ölmək mümkündürmü?
  • Dünən, 11:41
    Azərbaycan-Rusiya xəttində yeni gərginlik – Moskvadan Bakıya mesaj var…
  • Dünən, 10:27
    Nüvə silahı hərəkətə gətirildi, 4 ölkədə vəziyyət qarışdı – Yeni təhlükə…
  • Dünən, 09:00
    Razyananın hansı faydaları var?
  • 7-07-2026, 22:00
    Bu bitkinin yağı depressiyanın dərmanıdır - Türk həkimlər
  • 7-07-2026, 21:07
    Xroniki yorğunluq sindromu: Səbəbləri, əlamətləri və müalicə yanaşmaları
  • 7-07-2026, 20:27
    Qan təzyiqi aşağı düşən 34 yaşlı qadın öldü
  • 7-07-2026, 19:13
    Bu tədbir Türkiyədə olmasa, iştirak etməzdim - Tramp
  • 7-07-2026, 18:32
    Beyində anevrizma olub-olmadığını necə bilmək olar?
  • 7-07-2026, 17:10
    Kiyev bunu etsə, müharibə dərhal dayanacaq - Moskvadan mesaj
  • 7-07-2026, 16:25
    Bu şəxslər 5 min manat məbləğində cərimə ediləcəklər - İlham Əliyev təsdiqlədi
  • 7-07-2026, 15:44
    Uzun müddət oturmaq ölüm riskini artırır
  • 7-07-2026, 14:08
    Avqustda qeyri-iş günü olacaqmı?
  • 7-07-2026, 13:22
    Rusiya dövlət büdcəsinin yarısını hərbiyə ayırır
  • 7-07-2026, 12:50
    Qaraciyər xərçənginin əlamətləri yemək yeyəndə görünür
  • 7-07-2026, 11:32
    BƏƏ-nin Hörmüzdə gizli əməliyyatı üzə çıxdı: Nefti belə daşıyıblar
  • 7-07-2026, 10:10
    Makron Suriyada: Şara ilə görüşdü...
  • 7-07-2026, 09:07
    Şaftalının faydaları nələrdir, neçə kaloridir?
  • 6-07-2026, 22:42
    Yayda hər gün ayaqyalın gəzin – Həkim
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə