Avstraliya alimləri 10 il ərzində bağırsaq xərçəngi ilə bağlı araşdırma aparıblar.
Mütəxəssislər bu xəstəliyə səbəb olan əsas amilləri araşdırıblar.
MedicalXpress.az xəbər verir ki, araşdırmada yaşı 18-100 arasında olan 370 min insan iştirak edib.
Alimlər belə nəticəyə gəliblər ki, kişilər arasında bu xərçəng növünə qadınlarla müqayisədə daha tez-tez təsadüf edilir.
Mütəxəssislərin fikrinə görə, bağırsaq xərçənginə səbəb olan əsas amillər bunlardır: artıq çəki, piylənmə, siqaret çəkmək və spirtli içkilərin qəbulu.
Araşdırmanın müəllifləri bağırsaq xərçənginin profilaktikası üçün çox sadə tövsiyələr verir: insan həddindən artıq yeməməli, siqaret çəkməməli və spirtli içkilərdən sui-istifadə etməməlidir.