• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
25.05.2025: 2 gündən sonra həyatınız dəyişə bilər - "Güzgü tarixi"nin sirri açıldı
Bu illərdə doğulan insanlarda İNSULTUN riski yüksəkdir
Yaşadığı evdə qeydiyyatda olmayanların nəzərinə – Tələsin, əks halda…
Lavrovun qalmaqallı Kəlbəcər açıqlaması – Rusiyanın yeni PLANI nədir?
Bir tərəfdən xeyirli, digər tərəfdən zərərli - Acılı yemək yeyənlərin diqqətinə!
Lavrovun qalmaqallı Kəlbəcər açıqlaması – Rusiyanın yeni PLANI nədir?
Sabah hava necə olacaq?
Bədənimiz vitaminsizləşəndə bunları yeməliyik! 8 təbii möcüzə
Hindistanda leysan: 45 nəfər həlak oldu
Fransanın keçmiş deputatı: Mənim ölkəmdə “Türk dünyası” anlayışı təhlükə kimi qavranılır
Rasionunuza balqabaq əlavə etməyin 7 SƏBƏBİ
Milli Məclisdə cəmiyyəti sarsıdan hadisədən danışıldı – Elgünlə Turan…
Ukrayna parçalanır, müharibə bitir: Putinin dediyi “bufer zona” bu əraziləri əhatə edəcək
Kron xəstəliyi nədir? İnteqrativ Tibb ilə Kron xəstəliyinin müalicəsi.
Bu bürclər arzuladıqları hər şeyi əldə edəcəklər
Bu meyvəni yeyənlər rahat yuxu yatır
ABŞ-ın qorxulu Qafqaz planı – Yeni müharibə başlayır?
Beyinə rəqəmsal fasilə lazımdır – Nə edək?
Qazaxda yük maşını qatarla toqquşdu: xəsarət alanlar var
Azərbaycan və Türkiyə ilə bağlı arzuolunmaz iddia – Budapeştdə nə baş verdi?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Azərbaycanda VƏRƏM - Hamı üçün təhlükə!

Manşet / Gündəm / Araşdırma / Səhiyyə

12-01-2019, 00:31

Azərbaycanda VƏRƏM - Hamı üçün təhlükə!

Vərəm deyəndə, ətrafın bu barədə düşüncəsi, bəzən də kor-təbii reaksiyasını təssəvvür etmək çətin deyil. Ağır xəstəlikdir, amma dəf olunması mümkünsüz deyil. Bütün xəstəliklər kimi vaxtında müayinə və müalicə insanın normal həyatını xilas edə bilir.

Cəmiyyətdə bu xəstəlik haqqında "kasıb xəstəliyi" və "məhkum xəstəliyi" kimi ifadələr də gəzir. Birincisinə haqq qazandırmaq olar, çünki hər kəsin içində mövcud vərəm çöplərini aktivləşdirən əsas səbəb qeyri-sağlam, aşağı səviyyəli həyat tərzidir. İkinci fikirlə isə tam razı olmaq düz deyil. Çünki vərəm tək cəzaçəkmə müəsisələrində deyil, mülki həyatda da yayıla biləndir. Xəstəlik 90% hava -damçı ilə yoluxur. Vərəm xəstəliyi inkişaf etmiş ölkəyə də baxmır. Misal üçün, Böyük Britaniyada hər il 7500 nəfər xəstəliklə rəsmi qeydiyyata düşür, onun 70%-i dərmana davamlı (MDR) vərəmli xəstələrdir. MDR- multi dərmanlarla rezistent vərəm xəstələri deməkdir, belə xəstələr ağır qrupa daxil olan qurbanlardır ki, onların müalicəsində daha güclü dərman vasitələrindən istifadə olunur. Başqa sözlə, belə xəstələr vərəmlə mübarizə apardıqları halda, başqa əhəmiyyətli orqanlarını da dərmanla zəhərləyirlər. Hər il dünyada 3,5 milyondan çox insan vərəmə yoluxur, 1 minyondan çoxu dünyasını dəyişir.

Azərbaycanda rəsmi rəqəmlərə görə, 10 min vərəmli var. 2016-2020-ci illər üzrə növbəti Vərəmlə Mübarizə Proqramı davam edir. Vərəmin başqa formaları olsa belə, ağciyər vərəmi daha geniş yayıldığı üçün Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu illərdir, xəstələrin aşkarlanması və xəstəliklə mübarizəyə cəhd edir. Dünya Səhiyyə Təşkilatının ilbəil xəstəliyin azaldılması tövsiyyələri dilnəlinir.1995-ci ildən Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti(BQXC) Azərbaycana xəstəliklə mübarizə yardımı edir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin(AQAC) sosiloq və psixoloqu Sona Hacıyevanın sözlərinə görə, 1999-cu ildən vərəmlə mübarizə proqramına şəxsən qoşulub. BQXT və AQAC ötən əsrin sonları ilə müqayisədə xeyli əhəmiyyətli addımlar atıb və mübarizədə uğurlar əldə olunub. O zamanlar ölkənin müharibə və yeni müstəqillik illəri, məcburi-köçkün, qaçqınların ağır vəziyyəti xəstəlik üçün münbit şərait yaratmışdı. İslah əmək müəsisələrində də qapalı məkanlar olduğundan vəziyyət acınacaqlı idi. Vərəmlə mübarizədə texniki vasitələr də zəif idi, amma AQAC bu məsələdə böyük işlər görə bildi. Vərəmlə mübarizədə dövlətin də dəstəyi nəticəsində 3 saylı ixtisaslaşdırılmış koloniyada Azərbaycanda ikinci istinad laboratoriyası tikildi. Təlimlər beynəlxalq səviyyəli tibb işçilərimizi ərsəyə gətirdi. Əvvəllər vərəmli məhkumlar cəzasını bitirdikdən sonra azadlığa çıxırdı, amma müalicəsi yarımçıq qalırdı.

2004-cü ildən isə belə məhkumların izlənilməsi üçün Qızıl Aypara nəzarət proqramına başladı. Həmin xəstələr daimi dərmanla təhciz olundu, onların psixoloji vəziyyətinə dəstək verildi. Həm tibbi, həm iqtisadi, həm də sosial problem olan xəstəliyin müalicəsində vərəm qurbanlarının də istəyi vacibdir. 10 il əvvəl "vərəm xəstəsi evdə müalicə ala bilər" desəydik, bu absurd olardı. Bu gün ilkin diaqnoz qoyulmuş xəstələr müalicəsini ən yaxın tibb müəsisəsinin, dispanser və ya poliklinikalardakı xüsusi DOT kabinetlərində gündəlik ala bilərlər. Həkim nəzarəti altında dərmanların qəbulunda məsuliyyətli olmaq lazımdır, bir gün belə dərmana ara vermək olmaz. Çünki vərəm diaqnozu qoyulan şəxs dərmanların qəbulundan dərhal sonra cəmiyyət üçün təhlükəli mənbə sayılmır. Bu da onu bir daha sübut edir ki, vərəm sağalmaz xəstəlik deyil.

Bu gün də BQXT, Beynəlxalq Qlobal Fond, Dünya Səhiyyə Təşkilatı ilə əlaqələr davam edir. Biz öz missiyamızı təşkilat çərçivəsində azaldıb, əsas işi "Sağlamlığa Xidmət" İctimai Birliyiynə həvalə etmişik. İctimai Birliyin rəhəri Elçin Muxtarlının qafqazinfo-ya verdiyi məlumata görə, Azərbaycanda hər 100 min insana təxminən 99 vərəm xəstəsi düşür. Azərbaycan dünyanın ən çox vərəm yükü olan, xüsusən də, dərmana davamlı vərəm formasının tüğyan etdiyi ölkələr sırasındadır. 2013-cü ildə Azərbaycanda Dərmana Davamlı Vərəmlə bağlı araşdırma göstərdi ki, vərəmin ağır forması sayılan, müalicəsi üçün uzun zaman (20-24 ay) tələb olunan çoxsaylı dərmanlara davamlı vərəmin (MDR-Vərəm) səviyyəsi yeni xəstələr arasında 13 %, təkrar müalicə alan xəstələr arasında isə 27,5% təşkil edir. Bu bizim ölkə üçün olduqca yüksək səviyyə sayılır. Dünya Səhiyyə Təşkilatına görə, Azərbaycan dünyanın ən çox MDR vərəm yükü olan 27 ölkəsi sırasında qərar tutur. Xəstəlik bu gün də cəzaçəkmə müəsisələrində hökm sürür. Amma əvvəlki on illərlə müqayisədə xeyli işlər görülüb, bu gün xəstəliklə mübarizədə proqram, layihələr uğurla həyata keçirilir. Baxmayaraq ki, hər il azadlığa çıxan insanların 140 nəfəri vərəmli olsa da onların hamısına təhlükəli insanlar kimi baxmaq olmaz. Çünki xəstəliyin ilk diaqnozunda müalicə 6-9 ay ərzində başa çata bilir. Cəzaçəkmə müəsisəsindən çıxan 140 nəfərdən təxminən 100-ü MDR vərəmli xəstədir. Biz hər çıxan xəstənin nəzarətini təşkil edirik, həm Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ilə, həm də Səhiyyə Nazirliyi ilə birgə fəaliyyət göstəririk. Beynəlxalq Qlobal Fondun yaratdığı TB-REP reginol sağlamlıq üzrə nəzarət proqramı da bizə dəstək verir. Beynəlxalq Təşkilatın nümayəndələri ilə daim ünsiyyətdəyik, ölkədə vəziyyət barədə hesabat veririk.

Vərəmlə mübarizə layihələrinin eksperti Zəminə Səfərovanın sözlərinə görə, xəstəliklə mübarizədə cəmiyyət səfərbər olmalıdır. Mütəxəsis bildirir ki, 90-cı illəri Azərbaycanın vərəm üçün münbit şəraitli zaman hesab etmək olar. O zamanlar ağır məcburi-köçkünlərin şəraitinə tanıqlıq edən Z. Səfərova deyir ki, həmin sınaqdan böyük uğurla çıxıblar. Bizim ilk layihələrimizdən biri də Lənkəran bölgəsi olub. Bu ərazi xüsusi olaraq seçilmişdi. Həmin müddətdə 250 nəfərin xüsusi aparatla müayinəsi nəzərdə tutulsa da 1000-dən çox adam gəldi. Onlar arasında 150 nəfər vərəm xəstəsi aşkarladıq. Təəssüf ki, ölkəmizin xeyrinə işləyən və çoxu xarici qrantlar hesabına reallaşdırılan layihələr qismən dayanıb.


BMT-nin Qaçqınlar üzrə Ali komissarlığının Azərbaycan üzrə təhsil koordinatoru Fuad Məmmədov da 90-cı illərdən ölkədə vərəmlə mübarizə proqramının iştirakçısıdır. Təcrübəli mütəxəsisin fikrincə, vərəmli xəstələrin müalicəsi üzrə qanunvericilikdə dəyişikliklərə ehtiyac var. Artıq həmin əlavə və dəyişikliklərlə bağlı fikirlərimizi təkliflər paketi şəklində hazırlamışıq. F. Məmmədov bəyan edir ki, vərəmlə mübarizədə ictimai vəkillik, kommunikasiya, sosial səfərbərlik xüsusi rol oynayır.

"Sağlamlığa xidmət" İctimai Təşkilatının həbsdən azadlığa çıxmış vərəmli xəstələrin izlənməsi proqramının eksperti Çİngiz Ramazanlı isə nəzarət prosedurundan danışıb. Onun sözlərinə görə, vərəmli məhbus həbsdən çıxmamışdan bir həftə qabaq cəzaçəkmə müəsisəsindən yerli polis orqanına və yerli icra hakimiyyətinin müvafiq şöbəsinə məlumat verilir. Bundan sonra həmin məlumat bizə də çatır. Biz də öz vəzifəmizi yerinə yetirməyə başlayırıq. Ölkə rəhbərinin sonuncu əfv sərəncamından azadlığa çıxanların 3-ünün vərəmli xəstə olduğu xəbərini almışıq. Artıq bu barədə nəzarət proqramımız hazırdır. Onların müalicəsinə yardım göstərəcəyik.

Vərəmə qalib gəlmək olur!

Gülmirə Əkbərova vərəmə qalib gələnlərdən biridir. Onun hekayəsi belədir: 2010-cu ildə 23 yaşında yayın istisində üşüdür, yüksək temperaturu səngimir, getdikcə zəifləyir. Gənc qızın sözlərinə görə, həkim nəzarətindn keçəndən sonra vəziyyəti düzəlmir. Vərəm əleyhinə dərmanlardan ovuc-ovuc içsə də, özünə gəlmir. Getdikcə bədən çəkisini itirən Gülmirə dərmanlardan imtina edir. Dərmanların əks təsirindən ağrıları artır. Həyatdan əlini üzən gəncın şəfası nəhayət ki, tapılır. Sən demə, ona yazılan müalicə proqramı doğru deyilmiş. Yeni vərəm üzrə peşəkar həkim Gülmirəni həyata qaytaran qəhrəmana çevrilir. Ümidləri qayıdan Gülmirə 8 ay aldığı müalicənin effektini görür, möcüzəli şəkildə sağlamlığına qayıdır. Bir qrup dostları ilə "Vərəmsiz dünya" adlı ictimai təşkilat da yaradır. Gülmirənin fikrincə, cəmiyyət vərəm haqqında xofunu dəf etsə, çox adam sağalar. Bəli, xəstəlik ölümə də apara bilir, amma insan peşəkar həkimi, güclü psixoloji dəstəyi, səbri ilə xəstəliyə qalib gələ bilər!

Oxunub: 1 271
Paylaş:
Digər xəbərlər

Manşet / Gündəm / Səhiyyə

28-09-2018, 01:20

Vərəmə yoluxma səbəbləri və əlamətləri

Manşet / Səhiyyə

19-08-2018, 11:30

Hipertoniya

Manşet / Səhiyyə

7-07-2018, 19:28

Vərəm hava damcı yolu ilə insandan insana yoluxan infeksion xəstəlikdir

Manşet / Gündəm / Səhiyyə

5-07-2018, 10:43

Ürəyin işemik xəstəliyi...

Manşet / Səhiyyə

10-05-2018, 08:45

Miasteniya xəstəliyi

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
25.05.2025: 2 gündən sonra həyatınız dəyişə bilər - "Güzgü tarixi"nin sirri açıldı
Bu illərdə doğulan insanlarda İNSULTUN riski yüksəkdir
Yaşadığı evdə qeydiyyatda olmayanların nəzərinə – Tələsin, əks halda…
Lavrovun qalmaqallı Kəlbəcər açıqlaması – Rusiyanın yeni PLANI nədir?
Bir tərəfdən xeyirli, digər tərəfdən zərərli - Acılı yemək yeyənlərin diqqətinə!
Lavrovun qalmaqallı Kəlbəcər açıqlaması – Rusiyanın yeni PLANI nədir?
Son xəbərlər
  • Dünən, 22:34
    25.05.2025: 2 gündən sonra həyatınız dəyişə bilər - "Güzgü tarixi"nin sirri açıldı
  • Dünən, 21:20
    Bu illərdə doğulan insanlarda İNSULTUN riski yüksəkdir
  • Dünən, 20:57
    Yaşadığı evdə qeydiyyatda olmayanların nəzərinə – Tələsin, əks halda…
  • Dünən, 19:39
    Lavrovun qalmaqallı Kəlbəcər açıqlaması – Rusiyanın yeni PLANI nədir?
  • Dünən, 18:23
    Bir tərəfdən xeyirli, digər tərəfdən zərərli - Acılı yemək yeyənlərin diqqətinə!
  • Dünən, 17:12
    Lavrovun qalmaqallı Kəlbəcər açıqlaması – Rusiyanın yeni PLANI nədir?
  • Dünən, 16:46
    Sabah hava necə olacaq?
  • Dünən, 15:15
    Bədənimiz vitaminsizləşəndə bunları yeməliyik! 8 təbii möcüzə
  • Dünən, 14:54
    Hindistanda leysan: 45 nəfər həlak oldu
  • Dünən, 13:16
    Fransanın keçmiş deputatı: Mənim ölkəmdə “Türk dünyası” anlayışı təhlükə kimi qavranılır
  • Dünən, 12:36
    Rasionunuza balqabaq əlavə etməyin 7 SƏBƏBİ
  • Dünən, 11:27
    Milli Məclisdə cəmiyyəti sarsıdan hadisədən danışıldı – Elgünlə Turan…
  • Dünən, 10:11
    Ukrayna parçalanır, müharibə bitir: Putinin dediyi “bufer zona” bu əraziləri əhatə edəcək
  • Dünən, 09:14
    Kron xəstəliyi nədir? İnteqrativ Tibb ilə Kron xəstəliyinin müalicəsi.
  • 22-05-2025, 22:18
    Bu bürclər arzuladıqları hər şeyi əldə edəcəklər
  • 22-05-2025, 21:45
    Bu meyvəni yeyənlər rahat yuxu yatır
  • 22-05-2025, 20:27
    ABŞ-ın qorxulu Qafqaz planı – Yeni müharibə başlayır?
  • 22-05-2025, 19:04
    Beyinə rəqəmsal fasilə lazımdır – Nə edək?
  • 22-05-2025, 18:10
    Qazaxda yük maşını qatarla toqquşdu: xəsarət alanlar var
  • 22-05-2025, 17:42
    Azərbaycan və Türkiyə ilə bağlı arzuolunmaz iddia – Budapeştdə nə baş verdi?
  • 22-05-2025, 16:33
    Ermənistanı qarışdıracaq “Mehri planı” – Paşinyan üçün pis ssenari
  • 22-05-2025, 15:28
    Ən ağıllı insanlar bu qan qrupundan olurlar
  • 22-05-2025, 14:17
    Kartdan karta pulu səhv köçürmüsünüzsə, pulu bu yolla qaytara bilərsiniz
  • 22-05-2025, 13:40
    Putin açıqladı: Ukraynada bufer zona yaradılır
  • 22-05-2025, 12:26
    Bu əl hərəkətini edə bilmirsinizsə, diqqətli olun – Beyin şişinin gizli əlaməti
  • 22-05-2025, 11:23
    ABŞ niyə Ermənistanla müharibə riskini gündəmə gətirdi? - Bakıya zəng ola bilər
  • 22-05-2025, 10:12
    Bakı və Tehranın Fars körfəzindən Qara dənizə uzanan planı: İrəvanın yolu bağlandı
  • 22-05-2025, 09:00
    Bu səhər yeməyi xərçəngin qarşısını alır
  • 21-05-2025, 21:07
    Bu 6 əlamət varsa, tez və sürətli qocalırsız – Diqqət!
  • 21-05-2025, 20:19
    Azərbaycanda ən çox kimlər ipoteka krediti götürür? - STATİSTİKA
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə