Fermerlərə Moskvanın tətbiq etdiyi məhdudiyyətlər səbəbindən Rusiyaya çatdıra bilmədikləri məhsulun müqabilində pul ödəyəcəyik.
Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Bu gün biz strateji seçim mərhələsindəyik. Dövlətimizin, respublikamızın məsələsini həll edirik və yeni bir dövlət keyfiyyətinə yiyələnirik. Və mən bildirirəm: əgər bibər xarab olarsa, bu bibərin pulunu mən ödəyəcəyəm, hökumət ödəyəcək. Amma bütün bunların nəticəsində həm Ermənistanda bibər istehsalı, həm də ixrac artacaq. İxracda ədalətsiz maneələrin yarandığı bütün hallarda, ixrac ediləcək məhsullar ixrac edilmədikdə dəstək və subsidiya proqramları tətbiq ediləcək”, - o bildirib.
Qeyd edək ki, Rusiya Ermənistandan bir sıra məhsulların idxalını qadağan edib.