“Prezident Volodimir Zelenski Ukraynaya qarşı hücumların dayandırılmasına nail ola bilməyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel deyib.
O, bu fikri Kiyevdə baş verən silsilə partlayışlardan sonra “X” sosial şəbəkəsində yazıb:
“İnsanlar Ukrayna münaqişəsinə son qoyulmasını arzulayırlar. Lakin münaqişənin dayandırılması üçün edilən hər hansı bir çağırış vətənpərvərliyə zidd, təhlükəli və hətta “Rusiyapərəst” kimi qələmə verilir”.
Siyasətçi Zelenskinin tezliklə Ukraynaya hücumlara görə qisas tələb edəcəyini proqnozlaşdırıb.
Onun fikrincə, bununla da münaqişə daha da dərinləşəcək.
Qeyd edək ki, Rusiya ordusu iyunun 2-nə keçən gecə Ukrayna ərazisində yerləşən hərbi və infrastruktur obyektlərinə genişmiqyaslı raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.