İsrail Müdafiə Qüvvələri Livanın cənubunda quru əməliyyatını gücləndirib.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail ordusunun məlumatında qeyd olunub.
Əməliyyatlar bir qədər əvvəl tutulmuş Bofor silsiləsi və Saluki çayı ətrafında həyata keçirilir.
Bildirilir ki, əsas məqsəd “Hizbullah”a məxsus hərbi infrastrukturun, müşahidə məntəqələrinin və digər strateji obyektlərin zərərsizləşdirilməsidir.
İsrail hərbçiləri qeyd ediblər ki, əməliyyatlar bölgədə təhlükəsizlik təhdidlərinin qarşısının alınması və sərhəd ərazilərində nəzarətin gücləndirilməsi məqsədi daşıyır.