Şimali Atlantika Alyansı (NATO) ABŞ prezidenti Donald Trampın bəzi ölkələrin müdafiə xərclərini azaltmaq qərarına qarşı qəzəbindən qorxur.
Publika.az xəbər verir ki, bu barədə “The Financial Times” məlumat yayıb.
Bildirilib ki, xüsusilə Çexiyanın müdafiə xərclərini ÜDM-in 2 faizindən aşağı salmaq ehtimalı NATO rəsmilərini ciddi şəkildə düşündürür. Onlar sammit zamanı Trampın sərt reaksiyasından yayınmağa çalışırlar.
Qərb rəsmilərinin sözlərinə görə, Tramp artıq bəzi müttəfiqlərindən narazıdır və bu vəziyyət alyans daxilində gərginliyi artıra bilər.
NATO isə digər ölkələrin də Çexiyanı nümunə götürərək müdafiə xərclərini azaltmasından ehtiyat edir.
Çexiyanın baş naziri Andrey Babiş isə ölkəsinin bu il NATO-nun 2 faizlik hədəfinə çatmayacağını açıqlayıb.