• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Yumurtanı səhər yox, axşamlar yeyin
Həkimlər ən çox miqrenə səbəb olan qidaları müəyyən ediblər
Dünəndən qalan çayı içmək olar?
ABŞ İrana niyə hücum edib? - Tramp tək səbəbi açıqladı
Türkiyə hərbi gücünü artırır: İsrail gəmiləri ilə bağlı GƏRGİNLİK
Qarında piyləri azaldan çörək növü hansıdır?
Hərbi biletlə bağlı qərar: Onlar 200 manat cərimə olunacaqlar - RƏSMİ
Hava ilə bağlı gözlənilməz dəyişiklik: oktyabra qədər davam edəcək – Yeni rekord
Qovunu kimlər ehtiyatla yeməlidir?
İsrail Ərdoğanı hədəf aldı: “Bizi sınağa çəkmə”
Rusiyadan İsrailə şok xəbərdarlıq: Dövlət kimi yox olacaqlar
Tez-tez başgicəllənmənin mümkün səbəbləri
Ermənistan həmin dəmir yolunu özü çəkəcək – Paşinyan açıqladı
Banklar şəxsi məlumatlarımızı niyə toplayır?
Kivini qabığı ilə yeməyin bu faydaları varmış...
Ay qırmızıya boyanacaq: Tarix və saat açıqlandı
Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun
Sərhəddə panika: Ermənilər “azərbaycanlılar edib” dedi, həqiqət ortaya çıxdı
Avropa böyük təhlükədə – İran bu iki ölkəyə hücum edə bilər
Yorğunluq və qulaqda, başda küy bu xərçəngdən ola bilər
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Alkoqolizm - öldürən sərxoşluq...

Manşet / Araşdırma

7-01-2019, 02:40

Alkoqolizm - öldürən sərxoşluq...

Qanda spirtin konsentrasiyası 6 faizdən çox olduqda xəstədə ağır alkoqol zəhərlənməsi yaranır


Alkoqolizm, sırf tibbi mənada etil spirtinə aludəçiliklə şərtlənən ən geniş yayılmış toksikomaniyadır. İctimai mənada isə alkoqolizm bir sıra davranış, əmək fəaliyyəti və digər pozuntularla müşayiət edilən, bəzi cinayət əməllərinin törənməsinə şərait yaradan spirtli içkilərdən sui-istifadədir.

Psixoloq Elnarə Bağırovanın sözlərinə görə, alkoqolizmin yaranmasının səbəbləri müxtəlif ola bilər. Bu asılılığın yaranmasına şəxsin tərbiyəsi, böyüdüyü mühit, təhsili, sosial statusu, keçirdiyi sarsıntılar təsir edir. Xüsusilə də pis mühitə düşmək, alkoqolizmə meyl edən insanlarla yaxından dostluq etmək və ya problemlərlə, streslərlə mübarizə apara bilməmək alkoqolizmə gətirib çıxara bilər. Belə ki, iradəsi zəif olanlar bu cür hallarla üzləşəndə alkoqol içkilərə sığınmağı yeganə çıxış yolu kimi görürlər. Nəticədə uzun müddət alkoqol qəbulu asılılığa və psixi pozuntulara səbəb olur. Alkoqolun qəbulu nəticəsində yaranan psixi pozuntular isə iki qrupa bölünür: spirtli içkilərin birdəfəyə və ya epizodik qəbulu nəticəsində meydana çıxan alkoqol sərxoşluğunun törətdiyi psixi pozuntular, uzun müddət, müntəzəm olaraq spirtli içkilərin qəbulu nəticəsində meydana çıxan və xroniki alkoqolizmlə şərtlənən psixi pozuntular.

Qeyd edək ki, alkoqol sərxoşluğu və ya kəskin alkoqol intoksikasiyası etil spirtinin psixotrop təsiri nəticəsində yaranır. İntoksikasiyanın əmələgəlmə və əlamətlərin inkişafı bir çox amillərlə, o cümlədən alkoqolun nazik bağırsaqlardan sorulma sürəti, yəni onun mədədən evakuasiyası tezliyindən asılıdır. Mədədə olan qidanın miqdarı və tərkibi spirtin sorulmasını ləngidir. Alkoqolun tündlüyü, müxtəlif dərman maddələrinin qəbulu alkoqolun sorulma surətinə və onun toksikliyinə təsir göstərir.

Spirtli içkilərin təsir gücünə müqavimət göstərən orqanizmin fərdi fiziki və bioloji imkanları da nəzərə alınmalıdır. Ümumi və psixi yorğunluq, müxtəlif somatik xəstəliklər, mərkəzi sinir sisteminin üzvi patologiyası bu prosesdə fəal iştirak edir. Spirtli içkilərə qocalar, uşaqlar və qadınlar daha həssas olurlar.

Qanda spirtin miqdarından asılı olaraq sərxoşluğun dərəcələri fərqli olur. Psixoloq bildirib ki, 0,1-0,5 faiz yüngül dərəcə, 0,5-2 faiz orta dərəcə, 2-6 faiz ağır dərəcə, 6 faizdən yuxarı sərxoşluğun ölümlə nəticələnə bilən dərəcəsidir: "Sərxoşluğun ilkin mərhələsində əhvalın yüksəlməsi, sərbəstlik, əzələlərin relaksasiyası, bütün bədəni bürüyən xoş istilik duyğusunun təsiri altında məstolma, rahatlıq hissi yaranır. Orqanizmin keçirdiyi belə bir hal adamı məmnunluğa və cəsarətli olmağa sövq edir. Belə şəxslər yad adamlarla asanlıqla tanışlıq yarada bilir, zarafatcıl, şən və çox danışan olurlar. İçkinin miqdarı azdırsa, mədə şirəsi ifrazının güclənməsi nəticəsində iştaha artır. Belə adamlar yeməkdən xüsusi ləzzət alırlar. Qeyd edilənlərlə yanaşı, tənəffüsün dərinləşməsi, nəbzin sürətlənməsi, damarların genişlənməsi nəticəsində dərinin, dodaqların və gözlərin qızarması müşahidə edilir. Eləcə də sərxoşluğun ilk mərhələsindən başlayaraq hərəkətlərin qeyri-dəqiqliyi, özünə və ətrafdakılara qarşı tənqidi münasibətin enməsi qeyd edilir".

Orta dərəcəli alkoqol intoksikasiyası zamanı isə bədənin müvazinətinin, koordinasiyasının pozulması baş verir. Xoş əhval-ruhiyyə, qıcığa qarşı həssaslığın artması, mənasız yerə əsəbiləşmək, hiddətlənmək, qaşqabaq sallamaq, çoxları ilə razılaşmadıqları üçün mübahisəyə girmək kimi hallar qeyd edilir. Belə hallarda impulsiv, aqressiv hərəkətlər mümkündür. Şəxsin nitqi də dəyişir, sözlər anlaşılmaz, qeyri-səlis tələffüz olunur. İfadə və cümlələr lüzumsuz təkrarlanır, bəzən isə onların arasında əlaqə pozulur. Sərxoşluq mərhələsi qurtardıqdan sonra ümumi zəiflik, süstlük, əzginlik, baş ağrısı, ağızda xoşagəlməz hissiyyat, susuzluq, qıcığa qarşı həssaslığın artması kimi əlamətlər təzahür edir. Yüngül və orta dərəcəli sərxoşluq zamanı baş vermiş hadisələr, keçirilən hisslər, davranış pozuntuları şəxsin yadında qalır.

Ağır dərəcəli alkoqol sərxoşluğunda düşüncənin keyləşməsindən komayadək pozulması inkişaf edə bilər. Bununla yanaşı əzələlərin atoniyası, hipotermiya, reflekslərin itməsi, tənəffüsün, ürək fəaliyyətinin pozuntuları, bəzən isə qeyri-ixtiyari sidik ifrazı və defekasiya aktları, epilepsiyaya bənzər cəngolma tutmaları müşahidə edilir. Ağır dərəcəli sərxoşluq tam amneziyaya səbəb olur.

Ən təhlükəli sərxoşluq dərəcəsi 6 faizdən yuxarı hesab olunur. Belə ki, qanda spirtin konsentrasiyası 6 faizdən çox olduqda xəstədə ağır alkoqol zəhərlənməsi yaranır. Xəstə, adətən komatoz vəziyyətdə xəstəxanaya gətirilir. Belə ağır zəhərlənmə vəziyyətində xəstəxanaya gətirilən xəstələrdən yalnız üçündən birinin həyatını qorumaq olur.

Müsahibimizin dediyinə görə, xroniki alkoqolizmin yaratdığı intoksikasiyalar bir sıra somatik və nevroloji pozuntulara səbəb olur: "Alkoqoliklar populyasiyasında mədə-bağırsaq sistemi xəsətlikləri: qastrit - 70-95 faiz, mədənin və onikibarmaq bağırsağın xorası - 4-9 faiz pankreatit, hepatit, qaraciyər sirrozu, alkoqol piy distrofiyası - 35 faiz hallarda təsadüf edilir. Alkoqoliklər arasında rast gəlinən ürək-damar xəstəlikləri tez-tez ölümlə nəticələnır. Bundan başqa, zülal, karbohidratlar, piy mübadiləsinin pozulmasını, endokrin sistemin xəstəliklərini, vitamin çatışmazlığını da qeyd etmək olar. Həm də ağır keçən xroniki alkoqolizm 20-30 faiz hallarda alkoqol polinevritinə çevrilir".

Psixoloq qeyd edib ki, alkoqolizmin müalicəsi çox çətin və uzunsürən prosesdir: "Müalicənin əsasını isə insanın alkoqoldan fiziki və psixi asıllığını aradan qaldırmaq təşkil edir. Adətən müstəqil olaraq müalicə olmaq mümkün olmur və çox vaxt tam müalicə üçün mütəxəssisə müraciət etmək ehtiyacı yaranır".

Ekspress.az

Oxunub: 2 068
Paylaş:
Digər xəbərlər

Maraqlı

11-10-2018, 00:06

​Alkoqollu içkilər içdikdə orqanizmdə nə baş verir? - DƏHŞƏTƏ GƏLƏCƏKSİNİZ

Maraqlı

27-09-2018, 00:43

İnsanların ən çox öldürən məhsul - ÜST

Manşet / Gündəm / Xəbərlər

4-08-2018, 09:33

Agentlik: Energetik içkilərdən istifadə etməyin

Manşet / Gündəm / Səhiyyə

21-05-2018, 08:03

Sirroz qaraciyərdə uzun müddət davam edən və fərqli səbəblər üzündən qaynaqlanan xroniki iltihab proses nəticəsində formalaşır

Manşet / Gündəm / Səhiyyə

10-03-2018, 09:18

Ailə Həkimi Klinikası - Ağrının əhəmiyyəti.

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Yumurtanı səhər yox, axşamlar yeyin
Həkimlər ən çox miqrenə səbəb olan qidaları müəyyən ediblər
Dünəndən qalan çayı içmək olar?
ABŞ İrana niyə hücum edib? - Tramp tək səbəbi açıqladı
Türkiyə hərbi gücünü artırır: İsrail gəmiləri ilə bağlı GƏRGİNLİK
Qarında piyləri azaldan çörək növü hansıdır?
Son xəbərlər
  • Bu gün, 09:02
    Yumurtanı səhər yox, axşamlar yeyin
  • Dünən, 22:41
    Həkimlər ən çox miqrenə səbəb olan qidaları müəyyən ediblər
  • Dünən, 21:23
    Dünəndən qalan çayı içmək olar?
  • Dünən, 20:16
    ABŞ İrana niyə hücum edib? - Tramp tək səbəbi açıqladı
  • Dünən, 19:08
    Türkiyə hərbi gücünü artırır: İsrail gəmiləri ilə bağlı GƏRGİNLİK
  • Dünən, 18:13
    Qarında piyləri azaldan çörək növü hansıdır?
  • Dünən, 17:32
    Hərbi biletlə bağlı qərar: Onlar 200 manat cərimə olunacaqlar - RƏSMİ
  • Dünən, 16:25
    Hava ilə bağlı gözlənilməz dəyişiklik: oktyabra qədər davam edəcək – Yeni rekord
  • Dünən, 15:38
    Qovunu kimlər ehtiyatla yeməlidir?
  • Dünən, 14:21
    İsrail Ərdoğanı hədəf aldı: “Bizi sınağa çəkmə”
  • Dünən, 13:40
    Rusiyadan İsrailə şok xəbərdarlıq: Dövlət kimi yox olacaqlar
  • Dünən, 12:10
    Tez-tez başgicəllənmənin mümkün səbəbləri
  • Dünən, 11:17
    Ermənistan həmin dəmir yolunu özü çəkəcək – Paşinyan açıqladı
  • Dünən, 10:36
    Banklar şəxsi məlumatlarımızı niyə toplayır?
  • Dünən, 09:00
    Kivini qabığı ilə yeməyin bu faydaları varmış...
  • 20-08-2026, 22:22
    Ay qırmızıya boyanacaq: Tarix və saat açıqlandı
  • 20-08-2026, 21:53
    Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun
  • 20-08-2026, 20:38
    Sərhəddə panika: Ermənilər “azərbaycanlılar edib” dedi, həqiqət ortaya çıxdı
  • 20-08-2026, 19:13
    Avropa böyük təhlükədə – İran bu iki ölkəyə hücum edə bilər
  • 20-08-2026, 18:05
    Yorğunluq və qulaqda, başda küy bu xərçəngdən ola bilər
  • 20-08-2026, 17:42
    Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...
  • 20-08-2026, 16:24
    NATO qəfil hərəkətə keçdi: 50-dən çox təyyarə Rusiya sərhədlərinə uçdu
  • 20-08-2026, 15:23
    Avokado ilə birlikdə bu 4 qidanı yeyin: Ürək və beyin üçün faydalıdır
  • 20-08-2026, 14:11
    Neft ölkələri üçün yeni çağırış: 3 qüvvə rəqabəti artırır – 15 illik plan
  • 20-08-2026, 13:36
    ABŞ-ın daha bir müttəfiqi üsyan etdi: Tramp 350 milyard dolları niyə istəyib?
  • 20-08-2026, 12:20
    Böyrək xəstəliyi: Əllər və ayaqlardakı əlamətlər
  • 20-08-2026, 11:30
    Avropa çalxalanır: iki ölkəyə hücum gözlənilir – Bu dəfə Rusiya deyil…
  • 20-08-2026, 10:18
    Ermənistan Azərbaycanla bağlı bunu planlaşdırır - 5 il ərzində...
  • 20-08-2026, 09:02
    Mixək çayı yaddaşa və stressə fayda verə bilərmi?
  • 19-08-2026, 21:52
    Bu içkilər insult yaradır - Həkim açıqladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə