Yenidoğulmuşlar anasının danışdığı dilə xarakterik olan intonasiyalarda qışqırırlar, hansı ki ana bətnində o tonları eşidirlər.Alman alimləri 60 körpənin ağlamasını analiz edərək belə qərara gəliblər. 60 körpənin yarısı alman dilli yarısı isə fransiz dilli ailələrdə doğulmuş uşaqlar olub. Aydın olub ki,fransız ailələrində doğulmuş uşaqların qışqırması zamanı səs tonu yüksəlir, alman ailələrində doğulmuş uşaqların isə səs tonu aşağı düşür, məhz danışıq dilinə xarakter olan intonasiya enmələri müşahidə olunur.Belə ki yenidoğulmuşların qışqırtıları anasının danışıq tərzi, dili ilə bağlı olan aksentlərlə, tonlarla sıx əlaqədardır.
F.Rüstəmova