• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir
Ərdoğan PK-nı toplayır: Müharibə və Hörmüz...
Zob xəstəliyi ilə bağlı doğru bilinən YANLIŞLAR - Endokrinoloq yazır
Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
Bakıda yeni metrostansiya “20 Sentyabr” adlandırılacaq
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
Zoğal (Cornus) haqqında bilmədikləriniz
Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Çin əhalisinin yarısını itirəcək - Bu, böyük fəlakətdir
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
Çörçillin Türkiyə planı gerçəkləşir? – İstanbul hücumunun pərdəarxası
Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Nargis

Manşet / Maraqlı

2-07-2018, 11:41

Nargis





















Nargis – Əlfəcin


Əlfəcinlər lazım həyatımız üçün…
Ən çox əlfəcinləri qısqanıram mən.
Fikrimcə, onlar Alis kimi möhtəşəmliklər dünyasının sakinləridirlər. Əlfəcinlər hər kəsdən uzaq gəzirlər, gizlənirlər kitabların qoynunda.
Ən çox əlfəcinlər çəkir diqqətimi son zamanlar.
Kim harda qaldı, kim hansı sətri oxuyanda nələr hiss etdi – onlar bilir ancaq. Mənimsə həyatıma dair hər sətir əzbərimdə… Əlfəcinsizdir həyatlarımız. Harda qaldığımız, kimdə kədərləndiyimiz naməlumluqların kölgəsinə sığınır. Bizlər möhtəşəmliklərimizi xatırlamırıq çox vaxt. Əlfəcinlər lazım həyatımız üçün. Xoşbəxtliklərimizi xatırlatsın bizə əlfəcinlər. Bir qədəh şərabda gizlənən eşqimizi, rakı və bəyaz pendirdə qalan kədərlərimizi, vodka-vodka tükənən ümidlərimizi xatırlatsın bizə… Əlfəcinlər gərəkdir hamımıza səhifə-səhifə tükənən ömrümüzdə zəngli saat rolunu oynayan. Bizi-bizə xatırlatmaq üçün lazımdır əlfəcinlər. Əlfəcin olmaq keçir könlümdən. Sənin varaqlanan, saralan səhifələrindəki unudulan mənləri işarələmək üçün. Gözəl anlarımızı, xoşbəxt salisələrimizi elani-azadlıq etmək üçün bəlkə də… Əlfəcin ol əzizim, heçliklərin kölgəsini qucaqlamaqdan daha gözəldir əlfəcin olmaq… Addım-addım uzaqlaşdıqca məqsədlərindən xatırlat özünü-özünə…
Saralan səhifələrdə unudulan göz yaşlarını xatırlat insanlara. Sən də gəl əlfəcin ol, əzizim, sevginin barmaq izlərini tap qopardılmış, vərəqlərə məhkum edilmiş. Bir dodaq boyasında gizlənən məsumiyyətləri göstərmək üçün əlfəcin ol. Göz yaşlarında həbs edilən göy qurşağının ən parlaq rənglərini çıxar suyun üzünə… Addımla suyun üzündə kölgələdiyin içindəki uşağa doğru… Orda tap keçmişini… Körpü olsun ümidlərin keçmişlə gələcəyinin arasında… Sonra əski bir evdə qısıl bir divarın dibinə…Diz çök nə vaxtsa səs, bədən, gözəllik, xəyanət olan kölgələrin önündə… Dur keç masanın başına… Hansı ki, bir çox insani hisslərin şahidi olub… Yandır bir qırmızı şam… Sevgilinin məsumiyyətinin itdiyi anın xatirinə. Sonra bir dodaq boyası kimi təhqir olunmuş hiss et özünü. Dövrə vur şamın ətrafında. Bağışlanmağını dilə atəşdən. Diz çök günahkar ruh, diz çok… Sığın kölgələrin qəhqəhələrinə. Ağla xüdpəsəndliklərini… Nimdaş bir eşqin varisi olan o çarpayıya uzan. Batsın qabırğalarına gerçəklər. Belindəki qəmzələrə dolacaq qədər boşalsın vicdan tərləri bədənindən. Tərin, göy qurşağının, göz yaşlarının, qırmızı dodaq boyasının kirlətilmişlikləri üçün bağışlanmağını dilə… Qalx ayağa diz çök… yanmayan işığın altında…Yanmayacağını dərk et… heç nəyin əvvəliki kimi olmayacağını qəbul et… Unutduqlarınla birlikdə unudulmağa məhkumiyyətini qavra… Qucaqla dizlərini… Onu son dəfə qucaqladığın kimi… Öp kölgənin boynundan. Siyah-bəyaz radio cızırtılarında itir gəncliyini… Əlfəcin olmağı unutduğun anlarının hakimiyyətində məqlubiyyətini elan et… Ağla əzizim, diz çök…yalvar kölgələrə. Qoy səni bağışlamaq üçün cəhd etsin kölgələr. İncit kölgələri. Kölgələri ağlat. Əlfəcin olmaq yerinə, vəhşicəsinə qatla ömür səhifələrini. Qoy intiqam alsın səndən kölgələr. Əllərini kəssin sevgiylə yazdığın o səhifələr… Qanınla ödə qırmızı dodaq boyasının kirlətilmiş məsumiyyətini…
Olma əlfəcin, əzizim… Soyuq ruhuna, aysberqləşmiş ürəyinə kar etməz heç bir kölgənin odlu toxunuşları… Uyu əzizim, qapat gözlərini. Yaşanmışlıqların məhrumiyyətinə ağlasın kölgələr. Sıxsın boğazını ruhun. Gümüşü bir rahatlıq bəxş etsin sənə kölgələr. Sən isə uyu. əzizim… Bağışlandığını xəyal et kölgələr tərəfindən. Seyr etdiyin böyük bir həyatın içindən intihar etsin özünü ruhun əlfəcin tək…

Oxunub: 1 388
Paylaş:
Digər xəbərlər

Manşet / Mədəniyyət

22-06-2018, 12:13

Bu gecə ağlımdan gör nələr keçir

Manşet / Gündəm / Xəbərlər

3-06-2018, 10:09

“Onlara mənim oruc tutub-tutmamağımı bilmək lazım deyil”

Manşet / Gündəm / Səhiyyə

22-05-2018, 08:07

Yaşıl çaydan xərçəngə qarşı effektiv dərman hazırlandı

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
Son xəbərlər
  • Dünən, 21:41
    Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
  • Dünən, 20:31
    ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
  • Dünən, 19:05
    Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
  • Dünən, 18:32
    Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
  • Dünən, 17:24
    Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
  • Dünən, 16:11
    Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
  • Dünən, 15:49
    Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
  • Dünən, 14:59
    Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir
  • Dünən, 13:13
    Ərdoğan PK-nı toplayır: Müharibə və Hörmüz...
  • Dünən, 12:17
    Zob xəstəliyi ilə bağlı doğru bilinən YANLIŞLAR - Endokrinoloq yazır
  • Dünən, 11:20
    Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
  • Dünən, 10:57
    Bakıda yeni metrostansiya “20 Sentyabr” adlandırılacaq
  • Dünən, 09:06
    Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
  • Dünən, 09:04
    Zoğal (Cornus) haqqında bilmədikləriniz
  • 6-09-2026, 21:26
    Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı
  • 6-09-2026, 20:01
    Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
  • 6-09-2026, 19:05
    Çin əhalisinin yarısını itirəcək - Bu, böyük fəlakətdir
  • 6-09-2026, 18:45
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
  • 6-09-2026, 17:28
    Çörçillin Türkiyə planı gerçəkləşir? – İstanbul hücumunun pərdəarxası
  • 6-09-2026, 15:47
    Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 6-09-2026, 13:11
    Meksikada güclü partlayış: 9 nəfər öldü
  • 6-09-2026, 11:43
    İran uzun illər sonra bu qadağanı ləğv etdi
  • 6-09-2026, 10:19
    Şiddətli döyüşlər başladı: Bu ərazi ələ keçirildi
  • 5-09-2026, 19:20
    Türkiyə iki ölkə ilə yeni dəhliz qurur - Böyük plan açıqlandı
  • 5-09-2026, 17:50
    Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?
  • 5-09-2026, 16:08
    SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir
  • 5-09-2026, 14:52
    3-4 gündə pambıq kimi edir - Çatlamış dabanlara təbii həll
  • 5-09-2026, 13:28
    Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
  • 5-09-2026, 12:31
    Düyü, kartof və makaronu soyuq yeyin - İZAH
  • 5-09-2026, 11:51
    Pay torpaqları vətəndaşlardan alınacaq?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə