Əgər Rusiya nüvə silahından istifadə edərək Ukraynaya zərbə endirmək qərarına gələrsə, dağıdıcı nəticələrlə üzləşəcək.
Axar.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte deyib.
"Onlar bilirlər ki, əgər bu baş versə, nəticələr dağıdıcı olacaq", - deyə o bildirib.
Qeyd edək ki, Belarusda Rusiyanın iştirakı ilə nüvə silahının döyüş istifadəsi və nüvə dəstəyi ilə bağlı hərbi təlimlər başlayıb.