• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Xərçəng müalicəsində yeni araşdırma
Rusiya və İrandan Azərbaycana hücum təhlükəsi? – ABŞ-ın göndərdiyi hərbi texnika haqda sensasion iddia
Azərbaycanda onlayn alış-veriş məhdudlaşdırılır? – Gömrükdən qalmaqallı bəyanat
Ramazanda qəfil ürək tutması və insult riski - Xəbərdarlıq
Qonşu ölkədə 23 ildən sonra eyni ssenari təkrarlanacaq? – Tarix verildi
Azərbaycana qarşı skandal təxribat: İlk dəstəyi onlar verdi, lakin…
Orucun orqanizmə xeyri varmı? - Rəşad Mahmudov
Britaniya monarxiyasında son 90 ilin ən böyük böhranı - Epşteyn işinə görə gərginlik artır
Putinə verilən yalan məlumat: Ukraynaya hücumdan əvvəl Kremldə nə baş verib?
Qaraciyər üçün 5 ən yaxşı müalicəvi bitki
4 ən sadiq bürc - Sizi heç vaxt tərk etməyəcəklər
Çoxlu idman edən qadında limfoma aşkarlandı
ABŞ səfiri: İsrail demək olar ki, bütün Yaxın Şərqə iddia edə bilər
Oruc tutarkən çox susamamaq üçün - Nə etməli?
Çin İranın tələbi ilə Oman dənizinə "Liaowang-1" kəşfiyyat gəmisi göndərib
Ölkədə nikah və boşanmaların sayı...
100 yaşa çatmaq üçün ayda nə qədər ət yeməliyik?
Bu hava limanı Trampın adını daşıyacaq
Tramp təsdiqlədi: İrana zərbələr endirməyi düşünürəm!
Qatığın suyunu tökməli, yoxsa içməli?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Rusiya və İrandan Azərbaycana hücum təhlükəsi? – ABŞ-ın göndərdiyi hərbi texnika haqda sensasion iddia

Xəbərlər

Bu gün, 17:37

Rusiya və İrandan Azərbaycana hücum təhlükəsi? – ABŞ-ın göndərdiyi hərbi texnika haqda sensasion iddia


Globalinfo.az amerikalı politoloq, Mərkəzi Asiya Məhsuldarlığı Araşdırma Mərkəzi (CAPRC) Müşahidə Şurasının üzvü Piter M. Teyslə müsahibəni təqdim edir:

– Cənab Teys, Cenevrədə keçirilən ABŞ-İran danışıqları hansı nəticəni verdi?

– Amerika Birləşmiş Ştatları hökuməti Tehrana qarşı geniş müharibəyə başlamağa bu qədər yaxın olmamışdı. Ötən çərşənbə günü Prezident Tramp Vaşinqtonda səfir Stiv Uitkoff və Cared Kuşner ilə görüş keçirib. İranın nüvə proqramı ilə bağlı Cenevrə danışıqlarının son mərhələsi ABŞ-ın Ayətullahlar rejiminə qarşı hərbi əməliyyatlarını daha aşkar edir. Oman səfirliyində üç saat davam edən müzakirələr ikitərəfli danışıqlarda vəziyyəti daha çıxılmaz hala gətirib. Tramp administrasiyası Fars körfəzi bölgəsindəki hərbi qüvvələrini artırmağa hazırlaşır. Tramp administrasiyası blef etmir və İran teokratiyasını devirmək, ölkənin idarəetmə strukturunda yeni bir səhifə açmaq Vaşinqtonun marağındadır. Digər bir geosiyasi çətinlik isə Rza Pəhləvinin İranın qütbləşmiş siyasi mənzərəsində birləşdirici fiqur olmaması ilə bağlıdır.

– Kremlin sözçüsü Dmitri Peskov “Əl-Cəzirə”yə açıqlamasında deyib ki, İran yüksək zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsini Rusiyaya köçürə bilər. Bu addım ABŞ-ın mümkün zərbəsinin qarşısını ala bilərmi?

– Peyk görüntüləri Tehranın müxtəlif nüvə obyektlərini və böyük yeraltı komplekslərini gücləndirdiyini göstərir. Kremlin İranın zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsini Moskvaya köçürməsinin mümkünlüyünü açıq şəkildə bildirməsi təmamilə təbliğat xarakterlidir. Həm Vaşinqton, həm də Təl-Əviv İranın nüvə proqramını məhv etməkdə qəti mövqe tutublar.

İrana qarşı istənilən vaxt zərbələr baş verə bilər. Müharibə Departamenti qonşu İraqda hərbi tanker təyyarələrini səfərbər edir️. Daha davamlı əməliyyatların şahidi olacağıq. Keçən il hücum təxminən bir gün davam etdi. İndi bölgəyə hərəkət edən iki aviadaşıyıcı zərbə qrupu və qırıcılardan ibarət donanmadan əlavə təxminən 100 tanker təyyarəmiz var.

69975aa599972792bc838485
Piter M. Teys

– Rusiya və Çin Hörmüz boğazında hərbi təlimlərə başlayır. Bu cür gedişat İrana hücumun qarşısını ala bilərmi?

– Rusiya və Çin Xalq Respublikası arasında “Dəniz Təhlükəsizliyi Kəməri – 2026” birgə hərbi dəniz təlimi, Müharibə Departamentinin Yaxın Şərqə Gerald R. Ford aviadaşıyıcı zərbə qrupunu göndərdiyi olduqca ziddiyyətli qlobal şəraitdə keçirilir. Gerald R. Ford təyyarədaşıyan gəmisi bu bazar günü İranın ərazi sularına çatmalıdır. Prezident Tramp bölgəyə nüvə enerjisi ilə işləyən qeyri-müəyyən sayda sualtı qayıq, beş “Arleigh Burke” tipli raket esminesi də daxil olmaqla doqquz müasir hərbi gəmi, Yaxın Şərqdəki 18 ABŞ hərbi bazasına 30 mindən çox əsgər göndərib.

– Donald Tramp ABŞ daxilində nüfuzunu artırmaq və qalib obrazını yaratmaq məqsədilə İranla müharibə variantından istifadə edə bilərmi?

– Prezident Donald J. Tramp və onun nadir liderlik qabiliyyəti general Duqlas MakArturun bir vaxtlar irəli sürdüyü “Qələbə əvəzsizdir” doktrinasını təcəssüm etdirir. İran bölgədə getdikcə daha çox qarışıqlıq yaradır və İran rejimi şimali İranda yaşayan Azərbaycan xalqına – türklərə qarşı amansızcasına zülm edir. Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan və Həmədanda yaşayan Azərbaycan xalqı insan haqlarının pozulması və sui-istifadəsi hallarına məruz qalıblar. Belə bir ağırlaşdırılmış repressiya daha çox beynəlxalq diqqətə layiqdir. ABŞ-ın İrana qarşı gözlənilən hərbi hücumlarından Prezident Tramp, general Duqlas MakArturun əsas prinsipini – ABŞ-ın hava və dəniz qüvvələrinin üstünlüyünü təmin edən, müdafiə qüvvələrini yenidən canlandıran əsl qlobal memar kimi ortaya çıxacaq.

– Bu məqamda daha bir sual vermək istərdim. ABŞ-ın Bakıya göndərdiyi hərbi texnikalar – xüsusilə də sahil-mühafizə katerləri Azərbaycanı Rusiya və İranın ehtimal hücumundan mühafizə etmək üçündür, yoxsa Pentaqonun Xəzərdə öz maraqlarını həyata keçirmək üçün?

– Prezident İlham Əliyev Tramp – Vens administrasiyası ilə strateji tərəfdaşlıq qurub. Azərbaycan Respublikası Avrasiyada Vaşinqtonun ən böyük hörmətini qazanıb. Prezident Tramp Bakının geosiyasi və coğrafi əhəmiyyətini çox yaxşı başa düşür. Prezident İlham Əliyevin qüsursuz idarəetmə bacarığı, Azərbaycan xarici siyasətinin həyata keçirilməsində səriştəsi, həmçinin, Vaşinqtonla sıx strateji münasibətlər ABŞ və Azərbaycanın tarix dərsliklərinə qızıl hərflərlə həkk olunacaq. Pentaqondan Bakıya göndəriləcək hərbi texnologiya və avadanlıqlar hər iki dövlət arasında artan müttəfiqliyi və formalaşmış tərəfdaşlığı təmsil edir. Bu sahil-mühafizə katerləri Azərbaycan Hərbi Dəniz Qüvvələrinə Xəzər dənizində ərazi sularını patrul etməyə və böyük ərazilərə və əhəmiyyətli hərbi potensiala malik iki ölkə ilə əhatə olunduğundan Azərbaycanın hərbi qüdrətini daha da gücləndirməyə kömək edəcək.

Azərbaycan Prezidenti İlham Əliyev xaotik beynəlxalq nizamda Azərbaycan xalqının milli iqtisadi maraqlarını təmin edib. Bir lider olaraq Prezident İlham Əliyev həmişə prioritet maraqlara üstünlük verib və milli iradəni ehtiyatla və müdrikliklə qoruyub saxlayıb.

Oxunub: 11
Paylaş:
Digər xəbərlər

Xəbərlər

14-03-2025, 17:19

Bu üç ölkə ABŞ-a qarşı birləşdi: nüvə danışıqlarının detalları

Xəbərlər

26-04-2025, 14:04

ABŞ-İran danışıqlarının üçüncü raundu başladı

Xəbərlər

23-04-2020, 00:01

Tramp ƏMR VERDİ: "İran gəmilərini vurun..." - SENSASİYA

Xəbərlər

26-10-2025, 11:03

Bu prezidenti Qəddafinin taleyi gözləyir

Xəbərlər

5-01-2026, 10:13

Maduro edam ediləcək? – Amerikalı politoloq inanılmaz əməliyyatın şifrələrini açdı

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Xərçəng müalicəsində yeni araşdırma
Rusiya və İrandan Azərbaycana hücum təhlükəsi? – ABŞ-ın göndərdiyi hərbi texnika haqda sensasion iddia
Azərbaycanda onlayn alış-veriş məhdudlaşdırılır? – Gömrükdən qalmaqallı bəyanat
Ramazanda qəfil ürək tutması və insult riski - Xəbərdarlıq
Qonşu ölkədə 23 ildən sonra eyni ssenari təkrarlanacaq? – Tarix verildi
Azərbaycana qarşı skandal təxribat: İlk dəstəyi onlar verdi, lakin…
Son xəbərlər
  • Bu gün, 18:24
    Xərçəng müalicəsində yeni araşdırma
  • Bu gün, 17:37
    Rusiya və İrandan Azərbaycana hücum təhlükəsi? – ABŞ-ın göndərdiyi hərbi texnika haqda sensasion iddia
  • Bu gün, 16:32
    Azərbaycanda onlayn alış-veriş məhdudlaşdırılır? – Gömrükdən qalmaqallı bəyanat
  • Bu gün, 15:20
    Ramazanda qəfil ürək tutması və insult riski - Xəbərdarlıq
  • Bu gün, 14:24
    Qonşu ölkədə 23 ildən sonra eyni ssenari təkrarlanacaq? – Tarix verildi
  • Bu gün, 13:40
    Azərbaycana qarşı skandal təxribat: İlk dəstəyi onlar verdi, lakin…
  • Bu gün, 12:45
    Orucun orqanizmə xeyri varmı? - Rəşad Mahmudov
  • Bu gün, 11:47
    Britaniya monarxiyasında son 90 ilin ən böyük böhranı - Epşteyn işinə görə gərginlik artır
  • Bu gün, 10:14
    Putinə verilən yalan məlumat: Ukraynaya hücumdan əvvəl Kremldə nə baş verib?
  • Bu gün, 09:07
    Qaraciyər üçün 5 ən yaxşı müalicəvi bitki
  • Dünən, 22:37
    4 ən sadiq bürc - Sizi heç vaxt tərk etməyəcəklər
  • Dünən, 21:11
    Çoxlu idman edən qadında limfoma aşkarlandı
  • Dünən, 20:30
    ABŞ səfiri: İsrail demək olar ki, bütün Yaxın Şərqə iddia edə bilər
  • Dünən, 18:46
    Oruc tutarkən çox susamamaq üçün - Nə etməli?
  • Dünən, 17:32
    Çin İranın tələbi ilə Oman dənizinə "Liaowang-1" kəşfiyyat gəmisi göndərib
  • Dünən, 16:23
    Ölkədə nikah və boşanmaların sayı...
  • Dünən, 15:02
    100 yaşa çatmaq üçün ayda nə qədər ət yeməliyik?
  • Dünən, 14:45
    Bu hava limanı Trampın adını daşıyacaq
  • Dünən, 13:10
    Tramp təsdiqlədi: İrana zərbələr endirməyi düşünürəm!
  • Dünən, 12:25
    Qatığın suyunu tökməli, yoxsa içməli?
  • Dünən, 11:23
    Regionda müharibə anonsu: tarixin ən böyük qarşıdurması olacaq
  • Dünən, 10:01
    Trampdan Suriya ilə bağlı yeni qərar: Yaxın iki ay ərzində...
  • Dünən, 09:15
    Xərçəng hüceyrələrini məhv edən meyvə
  • 19-02-2026, 22:45
    Bu bürcləri böyük yeniliklər gözləyir: Tale tam dəyişir
  • 19-02-2026, 21:39
    Hansı qidalar bağırsaqları bloklayır?
  • 19-02-2026, 20:42
    Regionda kritik gedişat: iki ölkə hərəkətə keçdi – Müharibə başlayır?
  • 19-02-2026, 19:29
    Epşteyn qalmaqalında İsraillə bağlı şok detal
  • 19-02-2026, 18:31
    Ramazanda gizli təhlükə: Çay və qəhvə ağız sağlamlığını necə korlayır?
  • 19-02-2026, 17:14
    Şoyqudan Ermənistana xəbərdarlıq: Bir gecədə çökə bilər!
  • 19-02-2026, 16:52
    Bu, tammiqyaslı savaş olacaq: ABŞ İrana doğru nələr göndərir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə