Bu, pulsuzdur. Bu barədə kiçik bir mübahisəmiz oldu. Bu, pulsuzdur.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Evian-le-Ben şəhərində keçirilən G7 sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşdən sonra jurnalistlərə açıqlamasında Hörmüz boğazından keçən gəmilərin İrana pul ödəyib-ödəməyəcəyi haqda danışarkən deyib.
ABŞ liderinin sözlərinə görə, boğaz sərbəst naviqasiya üçün açıq qalacaq.