ABŞ-İran danışıqlarının üçüncü raundu başlayıb.
Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat verib.
Məlumata görə, İranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli üçün ABŞ-İran danışıqlarının üçüncü mərhələsi Omanın vasitəçiliyi ilə Maskat şəhərində baş tutub.
Siyasi danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçı rəhbərlik edəcək, ABŞ tərəfini isə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil edir.
Daha əvvəl bildirildiyinə görə, danışıqlar zamanı iki ölkənin nümayəndə heyətləri İranın nüvə proqramı ilə bağlı potensial razılaşmanın detallarının müzakirə ediləcəyi gözlənilir.
Qeyd edək ki, danışıqların əvvəlki iki raundu da Oman vasitəçiliyi ilə keçirilib və tərəflərin mövqelərinin yaxınlaşdırılması istiqamətində müəyyən irəliləyişlər göstərib.