Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətinin Cəlalabad şəhərində özəl bir şirkət binasına hücum olub.
Ailehekimiklinikasi.az publika.az-a istinadən xəbər verir ki, Qətərin “Əl-Cəzirə” telekanalının məlumatına görə, hücum nəticəsində 17 mülki vətəndaş həlak olub, 9-u yaralanıb.
Binanın ABŞ ordusu üçün xüsusi layihələr hazırlayan və bu layihələr üzərində işləyən MQ şirkətinə məxsus olduğu bildirilir.
Heç bir təşkilat hücuma görə məsuliyyəti hələlik üzərinə götürməyib.