• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Türkiyə ilə İraq arasında TARİXİ SÖVDƏLƏŞMƏ - Ərdoğan vəd verdi
İsti hava 4 xəstəliyi ağırlaşdıra bilər
Artıq hər kəs bundan danışır – 2030-cu ildə dünyada nə baş verəcək?
Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
Putin referendumu soruşub? - Nikoldan sərt cavab
Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
Şirniyyata qarşısıalınmaz istək nədən yaranır? - Dietoloq səbəbləri açıqladı
ABŞ və Səudiyyə Ərəbistanı İraqı vurdu - Hədəf nə olub?
Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?
İnsan beyninin tutumu neçə giqabaytdır?
Ali məktəblərə ixtisas seçimi nə vaxt başlanacaq?
Lavrov Mertsə meydan oxudu: Belə cəsarətlisənsə, hazır ol!
İnsulin dirənci gələcəkdə xərçəngə yol açırmı?
İran Odessanı vura bilər - Hərbi ekspertdən sensasion iddia
Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...
Bu bitki yağı bədəndə iltihabı azaldır
İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Türkiyənin 3 düşməni razılaşdı – Yeni “müharibə”nin arxasında o olacaq

Xəbərlər

25-12-2025, 11:45

Türkiyənin 3 düşməni razılaşdı – Yeni “müharibə”nin arxasında o olacaq


“İsrailin Baş naziri Benyamin Netanyahu Yerusəlimdə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Kipr Prezidenti Nikos Xristodulides ilə görüşüb. Bu görüş Şərqi Aralıq dənizində formalaşan “3+1” ittifaqının geosiyasi əhəmiyyətini və regionda yeni təhlükəsizlik arxitekturasının yaranmasını göstərir”.

Globalinfo.az xəbər veri ki, bu sözləri politoloq Rüstəm Tağızadə deyib.

Politoloq bildirib ki, ittifaqın meydana çıxması üç əsas amillə izah edilə bilər:

“Birincisi, regionda kəşf edilmiş təxminən üç trilyon kubmetr təbii qaz ehtiyatı yalnız iqtisadi deyil, həm də strateji və təhlükəsizlik baxımından əhəmiyyət daşıyır. Avropanın enerji mənbələrini diversifikasiya etmə təşəbbüsləri bu resursları geosiyasi alətə çevirir.

İkincisi, Şərqi Aralıq dənizi Avropa, Yaxın Şərq və Şimali Afrika arasında kritik dəniz yollarının kəsişməsində yerləşir. Burada dəniz səlahiyyət sahələrinin idarəsi yalnız enerji resurslarına deyil, həm də strateji təsir imkanlarına çıxış deməkdir.

Üçüncüsü, regiondakı təhlükəsizlik doktrinalarındakı dəyişikliklər də ittifaqın yaranmasına səbəb olub. Xüsusilə Türkiyənin “Mavi Vətən” doktrinası milli suverenliyi və dövlətin davamlılığını dəniz hüquqlarına bağlayır, bu isə Yunanıstan və Kiprin iddiaları ilə üst-üstə düşərək “Türkiyəni məhdudlaşdırmaq” zərurətini əsaslandırır.

“3+1” ittifaqı Brjezinskinin “böyük şahmat taxtası” nəzəriyyəsi kontekstində, regiondakı əsas geosiyasi oyunçu kimi qəbul edilən Türkiyəyə qarşı tarazlaşdırıcı koalisiya kimi qiymətləndirilə bilər. ABŞ isə ittifaqın “+1” aktoru olaraq, regiondakı mövcudluğunu gücləndirir, strateji tərəfdaşlığı dərinləşdirir və rəqib güclərin təsirini məhdudlaşdırır. Bununla yanaşı, ABŞ Yunanıstan, Kipr və İsraili yaxınlaşdıraraq NATO daxilində və Yaxın Şərqdə stabil bir ox formalaşdırır, Kipr embarqosunun ləğvi isə hərbi əməkdaşlığı gücləndirir və Ankaraya diplomatik siqnal verir”.

Politoloqun sözlərinə görə, ittifaqın əsas hədəfləri dəqiq müəyyələşib:

“Burada məqsəd Türkiyədən qaynaqlanan təhlükələrə qarşı kollektiv təhlükəsizlik təmin etmək, Şərqi Aralıq dənizində enerji layihələrini həyata keçirmək və Ankaranı strateji qərarvermə prosesindən kənarda saxlamaqdır. Lakin yeni qütbləşmə sabitliyi pozma və qarşıdurma riskini artırır. Yüksək ehtimallı risklər arasında hərbiləşmənin sürətlənməsi, diplomatik elastikliyin azalması və regionda qarşıt blokların formalaşması var. Orta və aşağı ehtimallı, lakin yüksək təsirli risklər isə məhdud hərbi qarşıdurmalar, ABŞ-Türkiyə münasibətlərində gərginlik və enerji layihələrinin maliyyə baxımından qeyri-cəlbedici olmasıdır.

Şərqi Aralıq dənizi post-soyuq müharibə dövründə görünməmiş geosiyasi rəqabət sahəsinə çevrilib. “3+1” ittifaqı ABŞ-ın rəhbərliyində Türkiyənin regiondakı manevr imkanlarını məhdudlaşdırmaq məqsədilə klassik güc siyasəti tətbiq edir. İsrail isə bu bölgədə həm passiv müşahidəçi, həm də hegemon deyil; o, riskləri minimuma endirməyə çalışaraq, struktur üstünlüklərini qoruyan rasional bir aktordur.

Ən ehtimal olunan ssenari, hərbi gərginliklərin dövri olaraq alovlandığı, lakin tərəflərin tammiqyaslı qarşıdurmanın bahasından çəkindiyi “nəzarətli gərginlik” vəziyyətinin davam etməsidir. Uzunmüddətli perspektivdə isə həll yalnız bütün sahil dövlətlərini – Türkiyə, Misir, Livan, İsrail, Kipr və Yunanıstan – əhatə edən, enerji resurslarını əməkdaşlıq vasitəsinə çevirən hərtərəfli təhlükəsizlik və çoxtərəfli əməkdaşlıq çərçivəsində mümkün ola bilər. Hazırkı ittifaq isə daha çox qütbləşməyə xidmət edir və əməkdaşlıq üçün məkan açmır”.

Oxunub: 152
Paylaş:
Digər xəbərlər

Xəbərlər

30-05-2025, 10:26

ABŞ-dan Bakıya kritik səfər – 907-ci düzəliş ləğv edilir?

Xəbərlər

13-01-2025, 17:52

Yunanıstan və Kipr ​​hərəkətə keçdi: Bu ölkədən Türkiyəyə qarşı istifadə edəcəklər

Bioqrafiya

24-12-2024, 20:08

Türkiyə Suriya ilə Şərqi Aralığı bölüşdürür

Xəbərlər

15-07-2019, 18:11

Türkiyə yeni sanksiya dalğası ilə üz-üzə

Xəbərlər

22-06-2019, 13:41

28 ölkə Türkiyəyə qarşı BİRLƏŞDİ - Yeni SANKSİYA DALĞASI gəlir

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Türkiyə ilə İraq arasında TARİXİ SÖVDƏLƏŞMƏ - Ərdoğan vəd verdi
İsti hava 4 xəstəliyi ağırlaşdıra bilər
Artıq hər kəs bundan danışır – 2030-cu ildə dünyada nə baş verəcək?
Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
Putin referendumu soruşub? - Nikoldan sərt cavab
Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
Son xəbərlər
  • Bu gün, 10:29
    Türkiyə ilə İraq arasında TARİXİ SÖVDƏLƏŞMƏ - Ərdoğan vəd verdi
  • Bu gün, 09:12
    İsti hava 4 xəstəliyi ağırlaşdıra bilər
  • Dünən, 22:56
    Artıq hər kəs bundan danışır – 2030-cu ildə dünyada nə baş verəcək?
  • Dünən, 21:31
    Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
  • Dünən, 20:18
    Putin referendumu soruşub? - Nikoldan sərt cavab
  • Dünən, 19:36
    Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
  • Dünən, 18:28
    Şirniyyata qarşısıalınmaz istək nədən yaranır? - Dietoloq səbəbləri açıqladı
  • Dünən, 17:24
    ABŞ və Səudiyyə Ərəbistanı İraqı vurdu - Hədəf nə olub?
  • Dünən, 16:08
    Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?
  • Dünən, 15:22
    İnsan beyninin tutumu neçə giqabaytdır?
  • Dünən, 14:35
    Ali məktəblərə ixtisas seçimi nə vaxt başlanacaq?
  • Dünən, 13:51
    Lavrov Mertsə meydan oxudu: Belə cəsarətlisənsə, hazır ol!
  • Dünən, 12:20
    İnsulin dirənci gələcəkdə xərçəngə yol açırmı?
  • Dünən, 11:22
    İran Odessanı vura bilər - Hərbi ekspertdən sensasion iddia
  • Dünən, 10:12
    Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...
  • Dünən, 09:09
    Bu bitki yağı bədəndə iltihabı azaldır
  • 28-07-2026, 22:46
    İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
  • 28-07-2026, 21:50
    Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
  • 28-07-2026, 20:23
    İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
  • 28-07-2026, 19:40
    Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi?
  • 28-07-2026, 18:19
    Ağır infarkt keçirmiş xəstələrin qanında təəccüblü nəticə
  • 28-07-2026, 17:54
    SDQ özünü buraxmağa və Suriyadan çıxmağa hazırlaşır
  • 28-07-2026, 16:55
    Əlaqələri kəs, onları həbs et - Avropadan Ermənistana Rusiya tələbi
  • 28-07-2026, 15:53
    Stomatoloqların sirri - Diş minasını zədələməmək üçün bunları edin
  • 28-07-2026, 14:47
    Proses başlayıb, geridönüş yoxdur: Yaponiyada dünyanın ən təhlükəli kəşfiyyat sistemi qurulur
  • 28-07-2026, 13:02
    17 gəmi bu dənizdədir: Hər gün zərbə endirirlər
  • 28-07-2026, 12:29
    İsti havanın yaratdığı TƏHLÜKƏLƏR - Ürək ritmi pozulur, tromb yaranır
  • 28-07-2026, 11:50
    KTMT Qarabağ münaqişəsinə müdaxilə edə bilməzdi
  • 28-07-2026, 10:27
    Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu
  • 28-07-2026, 09:08
    Bu qidalar stresi azaldır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə