• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bakıda su niyə yoxdur? – ADSEA-dan açıqlama
ABŞ-İran arasında yeni razılaşma: İsveçrə görüşü nəyi dəyişəcək?
Ayaqdakı bu simptom ürək xəstəliyinin əlaməti ola bilər
ABŞ imzala dedi, biz də imzaladıq - Pezeşkian
Zelenski polşalılara qarşı mənfi münasibət bəsləyir? - Sorğu
Tüpürcək vəzilərinin şişləri - niyə yaranır?
Vens İsveçrəyə gəldi - ABŞ-İran danışıqları başlayır
Rusiyada kütləvi səfərbərlik: İlk dəfə təlim keçirildi
Diş ərpi və daşlarına qarşı bal çeynəyin
Həkimlərin izah edə bilmədiyi hallar - Cavabsız sirlər
Göz dəymə və nəfsə qarşı xalq təbabəti
Rusiya Ukraynaya ballistik raket zərbələrini kəskin artırdı
Hörmüz boğazına kim nəzarət edir? - CENTCOM real vəziyyəti açıqladı
Hovuz suyunun gözlərə zərəri
Britaniya hərəkətə keçdi - Ukrayna üçün uzaqmənzilli raketlər sınaqdan keçirilir
Bu, Rusiyanın növbəti tələsidir - Tsaxkna
Nevroloq: Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur
Paşinyandan kilsəyə növbəti zərbə: Məhkəmə qərar verdi
Zelenskinin dəyişdirilməsi prosesi başlayıb - Yerinə kim gələcək?
Histamin intoleransı və psevdoallergiya: Allergiyaya bənzəyən, amma fərqli bir vəziyyət
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Tramp və Putinin Alyaskada gizli razılaşması – Ukrayna xəritəsi dəyişir?

Xəbərlər

18-08-2025, 19:38

Tramp və Putinin Alyaskada gizli razılaşması – Ukrayna xəritəsi dəyişir?


Ukraynanın gələcəyi bu gün beynəlxalq gündəmin ən mühüm mövzusudur. Müharibənin uzanması fonunda Qərbdə müxtəlif ssenarilər müzakirə edilir: ABŞ-ın Ukraynanın müəyyən ərazilərini Rusiyaya faktiki olaraq təslim edəcəyi, Kiyevin isə kapitulyasiyaya məcbur ediləcəyi iddiaları səslənir.

Həqiqətənmi Qərb Ukraynanı güzəştə getməyə hazırlayır, yoxsa bu, diplomatik təzyiq alətidir?

Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, Ukraynada ədalətli və dayanıqlı sülhün təmin edilməsi problemi həmişəkindən daha mürəkkəb və qaranlıqdır:

“Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın Alyaskada keçirdiyi görüşdən sonra Kremlin informasiya aparatı ədalətli yekun sülh üçün lazım olan addımlardan çəkinməyəcəyini göstərir. Bu o mənanı verir ki, Putin müharibənin Rusiyaya təqdim edə biləcəyi ideallardan əlini üzməyib.

Putinin Donetsk vilayətindən Ukrayna qoşunlarının çıxarılması, əvəzində isə cəbhənin Zaporojye və Odessadakı xətlərini dondurmaq təklifi də sülhün açarı deyil. Lakin bircə bilinən budur ki, Alyaska sammitindən çıxan ən aydın və ardıcıl tələb Rusiyanın Donetsk müqabilində Ukraynaya barmaqarası şans tanımasıdır. Bu da Putin mümkün razılaşmanın müharibənin “əsas səbəbləri”nin aradan qaldıracağına əmin olduqdan sonra baş verə bilər. Lakin bu, əhatəli sülh üçün kompromis sayılmır, əksinə Kremlin maksimalist ambisiyalarının təkrarlanmasına rəvac verən yanaşmanı göstərir.

Üstəlik, Rusiyanın irəli sürdüyü “müharibə üçün əsas səbəblər” geostrateji baxımdan mürəkkəb olduğundan Trampın sülh məqsədləri çətinləşir.

Buna görə də Ukraynadakı müharibənin taleyi indi daha çox Putin-Tramp sövdələşmələrindən və onun geosiyasi xüsusiyyətlərindən asılıdır. Bu, hər iki dövlətin – ABŞ və Rusiyanın strateji maraqlarını ifadə edən biznes naminə geosiyasi bazarlıq çərçivələrini əhatə edir. Burada ABŞ ilə Rusiyanın Yaxın Şərq, postsovet məkanı, o cümlədən Cənubi Qafqaz, Ukraynada geosiyasi nisbətlərini yenidən təyin etməsi çox şeyi deyəcək”.

Ekspert hesab edir ki, Vaşinqton birtərəfli yekun qələbəyə əsaslanan sülh tərəfdarı kimi çıxış etmir, hərçənd hazırda Ağ Evin tərəzisinin gözü Kremlin maraqlarına doğru əyilməkdədir:

“Bununla belə, Ağ Evin strategiyası Moskvanın maksimalist məqsədlərini cilovlamaqla Avropanı genişmiqyaslı hərbi təhdidlərdən qorumaq səylərinə söykənir. Donald Tramp bu niyyətlə Rusiya ilə daha geniş sövdələşmələrə işarə edir və Putin də bunu uğurla öz hekayəsi ilə uyğunlaşdırmağa cəhd edir.

Cəbhə xəttindəki vəziyyətə də nəzər salsaq deyə bilərik ki, Rusiyanın hərbi baxımdan ərazi nailiyyətləri yavaş tempdədir. Rusiya müharibə başlayandan bu yana Donetski tuta bilməyib və bu, 2014-cü ildən davam edən hərbi-siyasi kampaniyadakı uğursuzluqları göstərir. Lakin ortada bir fakt var – Rusiya qoşunları sürətindən asılı olmayaraq irəliləyir və Donetskin tamamilə tutulmasını prioritetləşdirir. Alyaska sammiti bu prioritetləri əlavə itki vermədən strukturlaşdırmaq üçün Putinə fürsət verir. Lakin Ukrayna qüvvələrinin Donetskin Rusiya tərəfindən tutulmamış ərazilərindən geri çəkilməsi Volodimir Zelenski üçün böyük məğlubiyyət olar. Çünki Donetskdən geri çəkilmə Ukraynanın Rusiyaya böyük strateji hərbi və siyasi güzəşt etməsi deməkdir. Başqa yandan, gələcəkdə Rusiyanın yeni hücumlar həyata keçirməyəcəyinə dair zəmanətlər yoxdur.

Digər aspekt isə budur ki, Ukraynanın Donetskdən çıxması, qoşunlarının Xarkovdakı arxa cəbhə təminatlarına böyük risklər yaradacaq və Rusiya ordusunun irəliləyişini asanlaşdıra bilər.

Buna görə də, Zelenski güzəşt etmək niyyətində deyil və o, Vaşinqtona Putinin addımlarının daha təhlükəli olduğunu Trampa izah etmək üçün yollanır. Onun sadəcə olaraq müvəqqəti atəşkəsə razılaşacağı ehtimal olunan versiyadır. Zelenski bunu özünün Trampın vasitəçiliyi ilə Putinlə mümkün görüşünə hazırlıq naminə göstərə bilər”.

Oxunub: 121
Paylaş:
Digər xəbərlər

Xəbərlər

16-08-2025, 19:24

Ərdoğandan Tramp-Putin görüşünə reaksiya

Xəbərlər

19-05-2025, 17:24

Putin Ukraynanı Rusiyaya belə birləşdirəcək – Şok plan təsdiqlənir

Xəbərlər

14-05-2025, 18:09

Putinin İstanbulu “fəthi” baş tutacaqmı? – Ukraynadan sonra Kremlin hədəfi…

Xəbərlər

27-11-2024, 13:29

Putinin gizli xəritəsi: Qonşu ölkəni üç yerə böldü

Xəbərlər

21-07-2024, 17:10

Ukrayna ilə bağlı son plan açıqlandı - Müharibə bu tarixdə bitir, təslim olan tərəf...

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bakıda su niyə yoxdur? – ADSEA-dan açıqlama
ABŞ-İran arasında yeni razılaşma: İsveçrə görüşü nəyi dəyişəcək?
Ayaqdakı bu simptom ürək xəstəliyinin əlaməti ola bilər
ABŞ imzala dedi, biz də imzaladıq - Pezeşkian
Zelenski polşalılara qarşı mənfi münasibət bəsləyir? - Sorğu
Tüpürcək vəzilərinin şişləri - niyə yaranır?
Son xəbərlər
  • Bu gün, 17:17
    Bakıda su niyə yoxdur? – ADSEA-dan açıqlama
  • Bu gün, 16:14
    ABŞ-İran arasında yeni razılaşma: İsveçrə görüşü nəyi dəyişəcək?
  • Bu gün, 15:34
    Ayaqdakı bu simptom ürək xəstəliyinin əlaməti ola bilər
  • Bu gün, 14:40
    ABŞ imzala dedi, biz də imzaladıq - Pezeşkian
  • Bu gün, 13:11
    Zelenski polşalılara qarşı mənfi münasibət bəsləyir? - Sorğu
  • Bu gün, 12:33
    Tüpürcək vəzilərinin şişləri - niyə yaranır?
  • Bu gün, 11:26
    Vens İsveçrəyə gəldi - ABŞ-İran danışıqları başlayır
  • Bu gün, 10:19
    Rusiyada kütləvi səfərbərlik: İlk dəfə təlim keçirildi
  • Bu gün, 09:02
    Diş ərpi və daşlarına qarşı bal çeynəyin
  • Dünən, 22:24
    Həkimlərin izah edə bilmədiyi hallar - Cavabsız sirlər
  • Dünən, 21:10
    Göz dəymə və nəfsə qarşı xalq təbabəti
  • Dünən, 20:34
    Rusiya Ukraynaya ballistik raket zərbələrini kəskin artırdı
  • Dünən, 19:23
    Hörmüz boğazına kim nəzarət edir? - CENTCOM real vəziyyəti açıqladı
  • Dünən, 18:10
    Hovuz suyunun gözlərə zərəri
  • Dünən, 17:00
    Britaniya hərəkətə keçdi - Ukrayna üçün uzaqmənzilli raketlər sınaqdan keçirilir
  • Dünən, 16:06
    Bu, Rusiyanın növbəti tələsidir - Tsaxkna
  • Dünən, 15:07
    Nevroloq: Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur
  • Dünən, 14:37
    Paşinyandan kilsəyə növbəti zərbə: Məhkəmə qərar verdi
  • Dünən, 13:09
    Zelenskinin dəyişdirilməsi prosesi başlayıb - Yerinə kim gələcək?
  • Dünən, 12:34
    Histamin intoleransı və psevdoallergiya: Allergiyaya bənzəyən, amma fərqli bir vəziyyət
  • Dünən, 11:23
    Bütün Livan yanmalıdır, məhv etmək lazımdır – Ben-Qvir
  • Dünən, 10:28
    Rusiyanın Moldovadakı səfiri də Ermənistanı hədələdi: Biz heç nə itirmədik
  • Dünən, 09:06
    Səhərlər bir qaşıq zeytun yağı – 3 orqana faydalıdır
  • 19-06-2026, 22:11
    Ölümsüzlüyə yaxınlaşırıq? - Uzunömürlülüyün açarı bu kiçik canlıdaymış...
  • 19-06-2026, 21:26
    Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"
  • 19-06-2026, 20:29
    Qərbi Azərbaycanla bağlı mühüm gəlişmə – Bakıda nələr yaşanır?
  • 19-06-2026, 19:44
    Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
  • 19-06-2026, 18:40
    Göz qapağının dartılması nə deməkdir? - Həkimdən xəbərdarlıq
  • 19-06-2026, 17:45
    Vens təkzib etdi - Sanksiyaları qüvvədə qalır
  • 19-06-2026, 16:23
    Çin Avropanın hədəfində - Sammitdə nə təklif edilib?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə