Rusiya Ukraynaya ballistik raket hücumlarının sayını 2023-cü illə müqayisədə 12 dəfədən çox artırıb.
Publika.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, Rusiya öz ballistik raketlərinin istehsalını da əhəmiyyətli dərəcədə artırıb və bu da zərbələrin sayının artmasına səbəb olub.