• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ay qırmızıya boyanacaq: Tarix və saat açıqlandı
Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun
Sərhəddə panika: Ermənilər “azərbaycanlılar edib” dedi, həqiqət ortaya çıxdı
Avropa böyük təhlükədə – İran bu iki ölkəyə hücum edə bilər
Yorğunluq və qulaqda, başda küy bu xərçəngdən ola bilər
Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...
NATO qəfil hərəkətə keçdi: 50-dən çox təyyarə Rusiya sərhədlərinə uçdu
Avokado ilə birlikdə bu 4 qidanı yeyin: Ürək və beyin üçün faydalıdır
Neft ölkələri üçün yeni çağırış: 3 qüvvə rəqabəti artırır – 15 illik plan
ABŞ-ın daha bir müttəfiqi üsyan etdi: Tramp 350 milyard dolları niyə istəyib?
Böyrək xəstəliyi: Əllər və ayaqlardakı əlamətlər
Avropa çalxalanır: iki ölkəyə hücum gözlənilir – Bu dəfə Rusiya deyil…
Ermənistan Azərbaycanla bağlı bunu planlaşdırır - 5 il ərzində...
Mixək çayı yaddaşa və stressə fayda verə bilərmi?
Bu içkilər insult yaradır - Həkim açıqladı
Gərginliyi azaltmaq üçün İranla əlaqə saxlayırıq - Qahirə
Erməni ordusunda intiharlar: Paşinyan qərarını verdi...
Bədəndə xərçəng necə başlayır? - Erkən xəbərdarlıq əlamətləri
Tokayevdən Nazarbayevə zərbə: Bu hüququndan məhrum edildi
Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

O qırıcıların arxasından gələn nəhəng fırtınanı görürsünüz?

Xəbərlər

12-07-2024, 17:44

O qırıcıların arxasından gələn nəhəng fırtınanı görürsünüz?


Bu görüntülər Azərbaycanda emosional ovqat yaradıb. Xalqı qürurlandırıb.

İlham Əliyevin təyyarəsinin bu cür hörmətlə, ehtiramla müşayiət edilməsinə, özünün Pakistan Baş naziri Şahbaz Şərif tərəfindən belə qarşılanmasına soyuqqanlı və təmkinli baxmağa çalışıram. Görüntülərin arxasındakı geopolitik məqsədləri, hədəfləri gözdən qaçırmamaq lazımdır.

Yaxın Şərqin ən qüdrətli müsəlman ölkələrindən olan Pakistanın Azərbaycana doğma, səmimi münasibəti hər kəsə bəllidir. Vətən müharibəsində azərbaycanlılar evinin önündən, maşınının aynasından 4 bayraq asmışdı. O bayraqlardan biri Pakistanın idi. Pakistanda iqtidarlar dəyişir, hökumətlər, baş nazirlər bir-birini əvəz edir, amma bu ölkənin Azərbaycana münasibəti dəyişməz olaraq qalır.

Pakistanla Azərbaycan arasında münasibətlərin tarixi kökləri var. Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə Pakistandır. Beynəlxalq tribunalarda hər zaman ölkəmizin mövqeyini müdafiə edib. Hələ məğlubiyyətlərin ard-arda gəldiyi 90-cı illərin işğal günlərində BMT TŞ-nın dönəm sədri olan Pakistan sayəsində işğal aktı tanınmış, qətnamə qəbul edilərək, Ermənistana qarşı mövqe göstərilməsinə nail olunmuşdur. Yaman günün dostu, yaxşı günümüzdə də sevincimizə şərik olmağa başladı.

44 günlük Vətən müharibəsində isə Pakistanın Azərbaycana dəstəyi xalqı riqqətə gətirmişdi. Azərbaycanlılar Pakistanın dəstəyinə, yardımına öz minnətdarlığını, sevgisini bayrağına ehtiramla bildirirdi.

Müharibədən sonra da Pakistanla münasibətlərdə yaxınlaşmanın şahidi olduq. Birgə hərbi təlimlərdən tutmuş başqa sahələrdə əməkdaşlığa qədər artan istiqaməti görürük. Artıq iki ölkə arasında münasibətlər hərbi sahədəki əməkdaşlığın sərhədlərini aşıb. Yaranmaqda olan yeni geopolitik reallıqlarda İslamabadla Bakının növbəti düzən formalaşdırdığı aydın görünür.

Bəli, Hindistan silahlarının Ermənistana dayanmadan daşındığı son aylarda Prezident Əliyev Pakistan Hərbi Hava Qüvvələrinin qırıcılarının müşayiəti ilə bölgəyə, regiona və daha sonra bütün dünyaya yüksəkdən, ən yüksəkdən baxaraq, hindlidən daha yaxşı şahmatçı olduğunu dəfələrlə olduğu kimi bir daha göstərdi.

Şərqdə yeni güc mərkəzi təsis edilməkdədir. ABŞ-ın bu coğrafiyada fəallığı Çin daxil, bölgə dövlətlərini önləyici tədbirlər görməyə vadar edir. Birləşmiş Ştatların Hindistanla artan təmasları, intensivləşən yaxınlığı, həyata keçirmək istədiyi dəhliz layihələri Şərqin aparıcı dövlətlərində özünümüdafiə mexanizmini işə salıb.

Qərbin çoxalan həmlələrini dəf etmək üçün alternativ və daha cəlbedici layihələr reallaşdırılmalıdır. Müasir dünyada dəhliz savaşları artan istiqamətdə gedir. Azərbaycan isə “Bir kəmər bir yol” layihəsi üzərindəki həlledici ölkədir. Zəngəzur dəhlizi Orta Dəhlizin ən vacib keçidlərindəndir. Azərbaycan bütövlükdə dəhliz habıdır. Şərq-Qərb, Cənub-Şimal dəhlizlərinin kilid nöqtəsidir.

ABŞ son aylar boşuna sülh göyərçininə çevrilməyib. Sülh sazişinin öz masasında tərəflərə imzaladıb, Zəngəzur amilinə sahiblənməyi hədəfləyir. Bu da Çinin, Rusiyanın, İranın, Pakistanın, Türkiyənin və digər region ölkələrinin hazırkı və gələcək maraqlarını təhlükə altına qoyur. Ona görə də hazırda Çin, Mərkəzi Asiya respublikaları, Pakistan, İran, Rusiya Azərbaycanın artan önəmini dərk edərək, onunla daha yaxın olmağa çalışır. Türkiyə bu məsələdə Azərbaycanla ortaq maraq və mənafeyə malikdir.

Azərbaycan da bu istiqamətdə əlaqələri gücləndirir. Astanada ŞƏT-in iclasında iştirak zamanı bunu daha yaxından müşahidə etdik. Astanada Çinlə imzalanan Bəyannamə, BRICS-ə daxil olmaqla bağlı açıqlama, ardından Pakistana səfər bunlara tutarlı dəlildir. Rəsmi Bakı Şərq Blokunda təmsil olunmaqla bağlı mövqeyini açıq ifadə edir.

Yeri gəlmişkən, Azərbaycanın Yaxın Şərqin başqa bir qüdrətli müsəlman ölkəsi olan Misirlə də münasibətləri üst səviyyədədir. İyunun 7-də İlham Əliyevin Misirə səfəri zamanı qarşılanmada, görüşlərdə, mətbuata birgə açıqlamalarda, imzalanmış sənədlərdə Qahirə ilə Bakı arasında münasibətlərin yalnız rəsmi protokolla çərçivələnmədiyini hamı gördü.

Azərbaycan Şərqdə yaranan yeni geopolitik konfiqurasiyada böyük güclərin yanında bərabərhüquqlu, heç bir üstün tövrlə üzləşmədən təmsil olunur. Yeni reallıqlar Azərbaycanı güclü dövlətlər üçün vazkeçilməz edib. Müharibədən sonra açar ölkə statusu qazanmışıq. Bu səbəbdən də ölkəmizə və Prezident İlham Əliyevə diqqət, hörmət əvvəlki illərdə olduğundan da artıqdır. Bir gerçəkliyi unutmaq olmaz: hamı vacib ölkənin qalib və uğurlu liderinin yanında olmağa çalışır.

Rəsmi Bakı Qərblə, Avropa ilə münasibətləri, əməkdaşlığı dayandırırmı?

Məncə, gündəmdə belə məsələ yoxdur. Sadəcə Qərbin Azərbaycana olan ədalətsiz, riyakar münasibəti, etibarsız tərəfdaşlığı fonunda Bakı qlobal mənada seçimini edir, mövqeyini aydınlaşdırır. Həm də Qərb amili Şərq gerçəkliyinə uduzmağa başlayıb. Bunu indidən fərq etmək və balansı bu gerçək üzərində qurmaq zəka, iradə, həm də cəsarət tələb edir.

Azərbaycanın və Prezident Əliyevin bu cür qlobal proseslərdə rol aldığı dönəmdə Ermənistan nə ilə məşğuldur? Nikol Paşinyan hansı işlərlə, kimlərlə uğraşır? Müqayisəolunmaz mənzərədir. Ermənistan daxili siyasi mübahisələrin, narazılıqların, iqtisadi çöküşün əsirinə çevrilib. Artıq İrəvandan Azərbaycana yalvarış janrında mesajlar göndərilir. Parlamentin sədri Alen Simonyan son çıxışlarında deyib ki, Azərbaycanla düşmənçiliyə son vermək lazımdır. Bizi Bakını işğal etməklə hədələyən bir ölkə görün necə durumdadır. Bu həm də o deməkdir ki, sülh sazişi Azərbaycanın şərtləri, diktəsi çərçivəsində imzalanacaq.

Bu möhtəşəm prosesin davamı var. Bizi qarşıda sürprizlər və maraqlı hadisələr gözləyir. O qırıcıların arxasından gələn geopolitik fırtınanı, nəhəng ittifaqları, dünyanın böyük mənada dəyişməsini görürsünüzmü?

Əslində İlham Əliyevin təyyarəsini dövrəyə alan, müşayiət edən, sayğı uçuşu həyata keçirən Pakistan qırıcıları yeni geopolitik konfiqrusiyanın göydəki maketidir. O hərbi təyyarələrin hər biri bir gücün simgəsidir.

Oxunub: 372
Paylaş:
Digər xəbərlər

Xəbərlər

11-07-2024, 14:20

İnanılmazdır: Bilirsinizmi top atəşi ilə kimlər qarşılanır?

Xəbərlər

12-06-2023, 16:36

Şahbaz Şərif: “Pakistan-Azərbaycan münasibətləri qarşılıqlı dəstək və etimad üzərində qurulub”

Xəbərlər

10-06-2021, 08:24

Pakistan Azərbaycana minaların təmizlənməsi prosesində yardım TƏKLİF ETDİ

Xəbərlər

23-05-2021, 03:20

"Pakistan da Qarabağa gəlir..." - AÇIQLAMA

Xəbərlər

26-09-2020, 01:04

40 min pakistanlı Azərbaycana gəldi – RƏSMİ AÇIQLAMA

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ay qırmızıya boyanacaq: Tarix və saat açıqlandı
Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun
Sərhəddə panika: Ermənilər “azərbaycanlılar edib” dedi, həqiqət ortaya çıxdı
Avropa böyük təhlükədə – İran bu iki ölkəyə hücum edə bilər
Yorğunluq və qulaqda, başda küy bu xərçəngdən ola bilər
Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...
Son xəbərlər
  • Dünən, 22:22
    Ay qırmızıya boyanacaq: Tarix və saat açıqlandı
  • Dünən, 21:53
    Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun
  • Dünən, 20:38
    Sərhəddə panika: Ermənilər “azərbaycanlılar edib” dedi, həqiqət ortaya çıxdı
  • Dünən, 19:13
    Avropa böyük təhlükədə – İran bu iki ölkəyə hücum edə bilər
  • Dünən, 18:05
    Yorğunluq və qulaqda, başda küy bu xərçəngdən ola bilər
  • Dünən, 17:42
    Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...
  • Dünən, 16:24
    NATO qəfil hərəkətə keçdi: 50-dən çox təyyarə Rusiya sərhədlərinə uçdu
  • Dünən, 15:23
    Avokado ilə birlikdə bu 4 qidanı yeyin: Ürək və beyin üçün faydalıdır
  • Dünən, 14:11
    Neft ölkələri üçün yeni çağırış: 3 qüvvə rəqabəti artırır – 15 illik plan
  • Dünən, 13:36
    ABŞ-ın daha bir müttəfiqi üsyan etdi: Tramp 350 milyard dolları niyə istəyib?
  • Dünən, 12:20
    Böyrək xəstəliyi: Əllər və ayaqlardakı əlamətlər
  • Dünən, 11:30
    Avropa çalxalanır: iki ölkəyə hücum gözlənilir – Bu dəfə Rusiya deyil…
  • Dünən, 10:18
    Ermənistan Azərbaycanla bağlı bunu planlaşdırır - 5 il ərzində...
  • Dünən, 09:02
    Mixək çayı yaddaşa və stressə fayda verə bilərmi?
  • 19-08-2026, 21:52
    Bu içkilər insult yaradır - Həkim açıqladı
  • 19-08-2026, 20:50
    Gərginliyi azaltmaq üçün İranla əlaqə saxlayırıq - Qahirə
  • 19-08-2026, 19:45
    Erməni ordusunda intiharlar: Paşinyan qərarını verdi...
  • 19-08-2026, 18:04
    Bədəndə xərçəng necə başlayır? - Erkən xəbərdarlıq əlamətləri
  • 19-08-2026, 17:09
    Tokayevdən Nazarbayevə zərbə: Bu hüququndan məhrum edildi
  • 19-08-2026, 16:41
    Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır
  • 19-08-2026, 15:47
    Alzheimer ağızdan başlayır?
  • 19-08-2026, 14:16
    İsrail Suriyadakı bazanı Türkiyəyə görə vurub - ŞOK SƏBƏB AÇIQLANDI
  • 19-08-2026, 13:49
    Qalibaf 6 şərti açıqladı: İran yerinə yetirilməsini gözləyir
  • 19-08-2026, 12:25
    Qaraciyərin pisləşdiyini göstərən 7 əlamət: səssizcə başlayır
  • 19-08-2026, 11:07
    İrana qarşı hiyləgər plan: Müəmmalı hücumun pərdəarxasında kim var?
  • 19-08-2026, 10:35
    Suriyada nüvə həyəcanı: Dəməşq qərarını verdi
  • 19-08-2026, 09:03
    Qan testiniz normaldır, lakin siz hələ də yorğunsunuzsa...
  • 18-08-2026, 21:32
    Axirət günü nə vaxt olacaq? - Tarix açıqlandı
  • 18-08-2026, 20:17
    İmran Xanla bağlı kritik qərarlar - İki gün ərzində...
  • 18-08-2026, 17:39
    Ərdoğan gizli plan hazırlayır? - Təhlükəsizlik dəhlizi təşəbbüsü bu halda reallaşa bilər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə